"Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyan evində və şirkətlərində aparılan axtarışlardan sonra saxlanılıb. Tsarukyanın fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunur.
Cinayət işlərindən birində İstintaq Komitəsinə Qaqik Tsarukyanın rəhbərliyi altında bir sıra şəxslərin 2022-2024-cü illərdə irimiqyaslı fırıldaqçılıq və külli miqdarda çirkli pulların yuyulmasından bəhs edilir (söhbət təxminən 22 milyon dollardan gedir).
İstintaq Komitəsinin açıqlamasına görə, külli miqdarda dələduzluq, çirkli pulların yuyulması və vergidən yayınma ilə bağlı ondan çox cinayət işi üzrə ilkin istintaqın bir hissəsi olaraq, Milli Təhlükəsizlik Xidməti, Dövlət Gəlirləri Komitəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 70-dən çox adresdə axtarışlar aparılıb. Axtarışlar nəticəsində İran şirkətlərindən oğurlanmış nəqliyyat vasitələri də daxil olmaqla, cinayət işi ilə bağlı əhəmiyyətli sənədlər və əşyalar aşkar edilib.
Tsarukyanla yanaşı cinayətkar qrupun başqa bir üzvü də saxlanılıb, cinayətkar qrupun digər üzvünün həbsi barədə qərar qəbul edilib.
Tahir TAĞIYEV