Ankarada 7-8 iyul tarixlərində keçiriləcək 36-cı NATO Liderləri Zirvəsinə hazırlıqlar başlayıb. Türkiyə mediasının xəbərinə görə, Zirvə görüşünə hazırlıqlar çərçivəsində hava limanına hərbi nəqliyyat təyyarəsinin enişi müşahidə edilib. Bildirilib ki, təyyarədə zirvə görüşündə iştirak edəcək 32 liderdən biri olan ABŞ prezidenti Donald Trampın Ankarada istifadəsi üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri və helikopter hissələri var.
Yük təyyarəsi ilə Ankaraya çatdırılan karvandan gələn nəqliyyat vasitələri daha sonra yanacaqdoldurma məntəqəsində görülüb.
SAMİRƏ