Bu gün Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə para-karate idmançıları arasında keçirilən kəmər imtahanını uğurla başa vuran idmançılara sertifikatlar təqdim olundu.
Bu uğura imza atan idmançılar arasında Birlik Karate Klubunun idmançısı Aslan Ercan da yer aldı. O, imtahandan müvəffəqiyyətlə keçərək 1-ci kyu (qəhvəyi kəmər) dərəcəsinə layiq görüldü və sertifikatla təltif edildi.
Bu münasibətlə idmançımızı ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.
Aslan Ercanın bu nailiyyəti münasibətilə onu şəxsi məşqçisi – Sənan Cəfərov, para-karate üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Renad Əliyev təbrik edirlər: “İnanırıq ki, bu uğur gələcək böyük qələbələrin başlanğıcı olacaq”.
ZÜMRÜD