Rusiya 5-6 iyul gecəsi Kiyevə genişmiqyaslı ballistik raket hücumu həyata keçirib. Hava hücumundan müdafiə sistemlərinin aktiv işə düşməsinə baxmayaraq, raketlər şəhərdə ciddi dağıntılara səbəb olub.
Xüsusilə Kiyevin Podol, Darnitski və Qoloseyev rayonlarında dağıntılar qeydə alınıb. Hücumlar zamanı şəhərdə əsasən yaşayış binaları hədəf alınıb.
Şəhər hakimiyyəti paytaxta edilən hücumda on nəfərin öldüyünü və 46 nəfərin yaralandığını bildirib. Onlardan on dördü xəstəxanaya aparılıb, onlardan beşi yeddi və səkkiz yaşlı uşaqdır.
Kiyev meri Vitali Kliçko səhər saatlarında Darnitski rayonunda 25 mərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində dağıntıların qeydə alındığını bildirib. Binadan 22 nəfər xilas edilib. Dağıntılar altından iki cəsəd də tapılıb.
Tahir TAĞIYEV