ABŞ vitse-prezidenti Vens bildirib ki, Vaşinqton administrasiyasına görə, Ukrayna hücum cəhdlərindən qaçaraq müdafiə taktikalarına diqqət yetirməlidir. O, bildirib ki, Tramp administrasiyası danışıqlar apararkən ukraynalıların mümkün qədər müdafiə mövqeyi tutmalı olduğuna inanır.
Vance həmçinin 2023-cü ilin yayında Ukraynanın böyük əks-hücuma keçib-keçməməsi ilə bağlı müzakirələrin aparıldığını xatırladıb: "Demək olar ki, bütün Qərb dünyası, o cümlədən ABŞ prezidenti Co Bayden ukraynalıları genişmiqyaslı əks-hücuma keçməyə təşviq etdi. Geriyə baxanda bunun strateji və taktiki fəlakət olduğunu görürük".
Bu arada, “Reuters” agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp NATO sammitində Zelenski ilə görüşündən sonra Putinlə əlaqə saxlaya bilər.
Tahir TAĞIYEV