ABŞ kəşfiyyatı Ukrayna ordusuna Rusiya hava hücumundan müdafiə sistemlərini keçə biləcək dron buraxılış marşrutlarının hazırlanmasında kömək edir.
Bu barədə “Financial Times” qəzeti Ukraynanın yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb. Xəbərdə Vaşinqtonun hansı hədəflərə qarşı hücumların planlaşdırılmasına dəstək verdiyi açıqlanmasa da, qəzet əvvəllər də ABŞ-ın Kiyevə prioritet hədəfləri müəyyən etməyə kömək etdiyini yazır.
Qəzetə danışan mənbə Ukraynanın dronlardan istifadəsini Rusiya iqtisadiyyatına təzyiq göstərmək və Moskvanı danışıqlara məcbur etmək üçün bir vasitə adlandırıb. Qərb analitikləri Ukraynanın "dron kampaniyasını" uğurlu hesab etsələr də, Rusiya rəsmiləri Kiyevin heç bir hərbi uğur qazanmadığını iddia edirlər.
Rusiyanın neft emalı zavodları son zamanlar dəfələrlə Ukrayna dronları tərəfindən hədəfə alınıb.
Tahir TAĞIYEV