Birləşmiş Krallıq, Niderland, Finlandiya və Polşa müttəfiqlərin müdafiə qabiliyyətini gücləndirməyə və xərclərinin səmərəliliyini artırmağa yönəlmiş yeni çoxtərəfli müdafiə maliyyələşdirmə mexanizmi (ÇMM) yaradır. "European Pravda" qəzetinin məlumatına görə, bu barədə 6 iyulda dərc olunmuş bəyanatda açıqlanıb.
Müdafiə maliyyələşdirməsi və birgə tədarük sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətini təsdiqləyən ölkələr vurğulayıblar ki, təşəbbüs dəyişən təhlükəsizlik vəziyyəti və Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələri qarşısında NATO-nun kollektiv müdafiəsini modernləşdirməyə kömək etməlidir. "Gələcək təhdidlərə cavab verməyə hazır olmaq üçün birlikdə çalışırıq. Ukraynanın suverenliyini müdafiə etməsini dəstəkləməyə sadiqik", - birgə bəyanatda deyilir.
SAMİRƏ