“BMT-nin Baş katibi Antonio Quterreşin Rusiya xarici işlər naziri Sergey Lavrovun Buça hadisələri ilə bağlı məktubuna verdiyi cavab "lağa qoyma" və "klassik rəsmi cavabdır".
Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
"Rusiya xarici işlər nazirinin məktublarına bu şəkildə cavab vermək sadəcə yersizdir"- o deyib.
Nebenzya bildirib ki, Quterreş məktubda verilən 12 sualdan heç birinə əsaslı cavab verməyib, yalnız səthi cavabla kifayətlənib. Daimi nümayəndə qeyd edib ki, bu, məhkəmə sisteminin qərəzsizliyini və şəffaflığını nümayiş etdirmir. Xəbərdə xatırladılır ki, 2025-ci ilin sentyabr ayında Moskva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisindən Rusiya hərbçilərinə qarşı ittihamları geri götürməsini tələb edib. Lakin Baş Prokurorluğun və Rusiya Federasiyasının İstintaq Komitəsinin Buça hadisələri ilə bağlı cinayət işində əməkdaşlıq tələbi 2024-cü ilin sentyabr ayından bəri cavabsız qalıb.
SAMİRƏ