Ermənistan hüquq-mühafizə orqanları “Çiçəklənən Ermənistan” Partiyasının lideri və iş adamı Qaqik Tsarukyanın evində və sahibi olduğu bütün şirkətlərdə axtarışlar aparır.
Partiyanın sözçüsü İveta Tonoyanın verdiyi məlumata görə, hüquq-mühafizə orqanları heçkimi Tsarukyanın evinə yaxın buraxmır.
İlkin məlumata görə, axtarışlar həmçinin Olimpiya Komitəsində (Tsarukyan MOK-a rəhbərlik edir), Yerevan Brendi-Şərab-Araq Zavodunda, Multi Wellness idman kompleksində və Tsarukyana məxsus digər müəssisələrdə də aparılır.
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan bildirib ki, cinayət işi çərçivəsində zəruri istintaq və prosessual hərəkətlər həyata keçirilir. Komitə daha sonra rəsmi açıqlama verəcək.
Tahir TAĞIYEV