Son həftələrdə Meloni ilə yaşadığı "foto" mübahisəsindən sonra Tramp sosial media hesabında yeni bir paylaşım edib.
Meloni ilə əl sıxarkən çəkdirdiyi şəklini paylaşan Tramp, şəklin üzərinə "İntizam tədbiri görülməlidir" ifadəsini əlavə edib. Bu şəklin isə maraqlı tarixçəsi var. Belə ki, 19 iyunda İtaliya televiziya kanalı La7-də yayımlanan müsahibədə Tramp Fransada keçirilən G7 Zirvə Görüşü zamanı görüşdüyü Meloni haqqında "O, mənimlə şəkil çəkdirmək üçün yalvardı. O, həqiqətən şəkil çəkmək istəyirdi, mən çəkməzdim, amma ona yazığım gəldi" deyib.
SAMİRƏ