Ukraynanın müdafiə qüvvələri iyulun 4-dən 5-nə keçən gecə müvəqqəti işğal altında olan Krımdakı Hvardiysk aerodromuna zərbələr endirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı qeyd edib ki, Hvardiysk Rusiyanın Krımdakı əsas hərbi aerodromlarından biridir. Buradan taktiki və dəniz aviasiyası təyyarələrinin yerləşdirilməsi, döyüş uçuşlarının dəstəklənməsi, logistika təmin edilməsi və təyyarələrə texniki xidmətin həyata keçirilməsi üçün istifadə olunur.
Ukrayna qoşunları həmçinin Donetsk vilayətində, Huselnikove yaxınlığındakı Hruzki Yalançik çayı üzərindəki avtomobil körpüsünə və Staromariyevka yaxınlığındakı Kalmius çayı üzərindəki avtomobil körpüsünə zərbələr endiriblər.
Hərbçilər əlavə ediblər ki, Donetsk, Luqansk və Xerson vilayətlərində üç Rusiya sursat anbarına zərbə endirilib.
Müdafiə naziri Mixaylo Fedorov bildirib ki , Ukraynanın müdafiə qüvvələri iyun ayında 200 mindən çox Rusiya hərbi obyektinə zərbə endirib.
Tahir TAĞIYEV