Rusiya NATO-nu sınamaq üçün Polşaya hücum edə bilər.
Bu barədə ABŞ kəşfiyyatı Varşavaya xəbərdarlıq edib. Polşa Baş naziri Donald Tusk Rusiyadan gələn potensial təhdidlər barədə danışaraq, vəziyyəti kritik adlandırıb.
"Mən heç kəsi qorxutmaq istəmirəm, amma müharibənin dəyişən təbiətinə görə qarşıdakı aylar həqiqətən kritik ola bilər. Bu narahatlıqlar, xüsusilə Baltikyanı ölkələrdə hiss olunur"- o deyib.
Tusk deyib ki, ölkəsi müttəfiqlərdən gələn məlumatlar sayəsində təhdidlərdən xəbərdar olub. Bu arada, Polşa prezidenti Karol Navrotski Ankarada keçiriləcək liderlər sammitində iştirak edəcək. Sammitdə NATO ölkələrinə qarşı təhdidlər sırasında Polşaya qarşı təhdidlərin də müzakirə edilməsi planlaşdırılır.
SAMİRƏ