Evində və şirkətlərində aparılan axtarışlardan sonra saxlanılan "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanın malikanəsində saxladığı çox sayda heyvan və quş müsadirə edilib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, cinayət işinin ilkin istintaqı zamanı Tsarukyana məxsus malikanədən 190 ədəd heyvan və quş, eləcə də üç şir və bir pələng müsadirə edilərək zooparka aparılıb.
Qeyd edilir ki, qanunsuz ov nəticəsində ətraf mühitə 30 milyon dram məbləğində ziyan vurulub.
Tahir TAĞIYEV