Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bildirib ki, danışıqlar 1 saat 25 dəqiqə davam edib və "biznes yönümlü, yüksək konstruktiv" atmosferdə keçib.
Uşakovun sözlərinə görə, Putin şəxsən Trampı və Amerika xalqını ABŞ müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
Liderlər həmçinin Ukraynadakı münaqişənin həllini müzakirə ediblər. Qeyd edilib ki, Ağ Ev lideri diplomatik həlli dəstəkləməyə hazır olduğunu bir daha bildirib, Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkovun bu istiqamətdə işlərini davam etdirəcəyi və onların Moskvaya getməyə hazır olduqları bildirilib.
Rusiya tərəfi telefon danışığının ABŞ-ın təşəbbüsü ilə baş tutduğu bildirilib.
Tahir TAĞIYEV