İsrailin keçmiş müdafiə naziri və "Evimiz İsrail" Partiyasının lideri Aviqdor Liberman İsrailin Baş naziri Binyamin Netanyahunu və hökumətini tənqid edərək, İsrail ordusunun sursatının 10 gün ərzində tükənəcəyini iddia edib.
İsrail dövlət televiziyası KAN-a danışan Liberman, hökumətin ultra-ortodoks (Haredi) yəhudiləri üçün məcburi hərbi xidmətlə bağlı mövqeyini də tənqid edib. Netanyahu hökumətini koalisiyanı bir arada saxlamaq üçün ölkəni məhv etməyə hazır olmaqda günahlandıran Liberman iddia edib ki, 10 gün ərzində İsrail ordusunun sursatı tükənəcək.
Liberman onu da iddia edib ki, HƏMAS Qəzza zolağında nəzarətini gücləndirir və raket istehsalını bərpa edib.
Tahir TAĞIYEV