Avstraliya Baş naziri Entoni Albanese pop ulduzu Kayli Minoq haqqında Buş Deep podkastında etdiyi şərhlərə görə üzr istəməli olub. Ötən həftə dərc olunan 20 dəqiqəlik müsahibə zamanı aparıcı Nikki Osborn baş naziri məşhur bir oyuna çağırıb və avstraliyalı məşhurlardan Kayli Minoq, Nikol Kidman və ya Ronda Börçmorun adını çəkərək, ondan "kiminlə yatmaq, evlənmək və ya görüşmək istəyəcəyini" soruşub. Əvvəlcə Albanese sualdan yayınmağa çalışıb, amma sonra "Əlbəttə, Kayli" deyib. Bu isə müxalifət deputatları da daxil olmaqla bir sıra tənqidlərə səbəb olub. Kayli Minoq hələlik olaya münasibət bildirməyib. Avstraliyanın "Perth Now" nəşri isə zarafatla qeyd edir ki, siyasətçilər və pop ulduzları arasında romantik münasibətlər mümkünsüz deyil: “Buna misal olaraq keçmiş Kanada Baş naziri Castin Trüdo və amerikalı müğənni Keti Perrini göstərmək olar: onlar münasibətlərini ötən ilin dekabr ayında rəsmi olaraq təsdiqləyiblər”.
SAMİRƏ