Ermənistandakı beş müxalifət qrupu Konstitusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrini təsdiqləmək qərarından sonra "yeni siyasi müqavimət mərhələsinin" başlandığını elan edib.
"Güclü Ermənistan" alyansı, "Ermənistan" alyansı, "Çiçəklənən Ermənistan", "Erməni Milli Konqresi" və "Milli Demokrat Qütb" tərəfindən verilən birgə bəyanatda məhkəmənin qərarının hökumətin legitimliyi ilə bağlı müzakirələrə son qoymadığı və siyasi və hüquqi böhranı həll etmədiyi iddia edilir.
Müxalifət sonrakı prosesdə konstitusiya dəyişikliklərinin qarşısını almaq, kilsəni qorumaq, siyasi məhbusların hüquqlarını müdafiə etmək və mövcud hökuməti hakimiyyətdən uzaqlaşdırmaq üçün birgə hərəkət edəcəklərini bildirir.
Tahir TAĞIYEV