ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın növbəti oyunları keçirilib.
Ilk olaraq Braziliya millisi Norveçlə qarşılaşıb. Nyu-Yorkdakı "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Norveçin heyətində hər iki qolu Erlinq Holann vurub. "Sambaçılar"ın qoluna isə son dəqiqələrdə penaltidən Neymar imza atıb.
Bununla da Braziliya millisi mundialda mübarizəni dayandırıb. Norveç isə 1/4 finala vəsiqə qazanıb.
Ikinci oyun İngiltərə millisi ilə Meksika arasında baş tutub. Mexiko stadionunda reallaşan görüş İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İngiltərə yığmasında Cud Bellinqem və Harri Keyn fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones və Raul Ximenez dəqiq zərbə müəllifi olublar.
İngiltərə növbəti raundda Norveç seçməsi ilə qarşılaşacaq.
ZÜMRÜD