Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və Vahid Rusiya partiyasının lideri Dmitri Medvedev ABŞ-ın xarici siyasətini tənqid edib.
"ABŞ 250 yaşına çatdı. Onlar nümunədirlər, yoxsa "şər imperiyası"? Mənim fikrimcə, heç biri. Amma planetdəki əksər ölkələrin razılaşdığı budur: Amerikanın başqaları üçün qərar qəbul etmək hüququ yoxdur... ABŞ və Ağ Evin öz iradəsini başqalarına tətbiq etmək hüququ yoxdur. Qoy əvvəlcə ölkə daxilindəki qarışıqlığı özləri həll etsinlər".
Siyasətçi vurğulayıb ki, istər kiçik, istərsə də böyük olsun, istənilən dövlət öz problemlərini müstəqil şəkildə həll edə bilər. Onun sözlərinə görə, ABŞ-ın digər ölkələrin daxili işlərinə müdaxiləsi qəbuledilməzdir.
Bəyanatın səbəbi 4 iyulda Filadelfiyada Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin ildönümü olan ABŞ-ın qurulmasının 250 illiyi olub. Medvedev bu ildönümünü Amerikanın dünyadakı rolu və digər ölkələrə şərtlərini diktə etmək istəyi ilə əlaqələndirib.
SAMİRƏ