Bazar günü günü, 01 noyabr 2026
     

Bazarlarımızdakı maneələr ərzağı daha sürətlə bahalaşdırır

Image


Bu gün ölkə bazarlarında mövsümə xarakterik olmayan bahalaşma qeydə alınmaqdadır. Düzdür, bahalaşma bütün məhsullar üzrə özünü göstərmir. Lakin müəyyən məhsullar, məsələn, quş əti, bəzi kənd təsərrüfatı malları üzrə bahalaşma qeydə alınır. Digər tərəfdən, bir çox idxal mallarında da qiymət artımı qeydə alınır. Ekspertlər hesab edir ki, müşahidə olunan qiymət artımının həm obyektiv, həm də subyektiv səbəbləri var.
Obyektiv səbəblərə xaricdən, xüsusən də İran, Türkiyə və Ukraynadan gətirilən məhsulların çatdırılma tariflərində müşahidə olunan bahalaşmanı daxil etmək olar. Subyektiv səbəblər sırasına isə ənənəvi spekulyasiya meylləri daxildir.
Real vəziyyətin təhlili göstərir ki, hazırda bazarda qiymət artımı daha çox spekulyativ xarakter daşıyır. Bəzi istehsalçılarla satıcılar, xaricdən gətirilən məhsulların qiymətinin artmasını bəhanə edərək, yerli məhsullarda da qiyməti artırmağa çalışır. Hesab olunur ki, onlar bu prosesi bazarda tələblə təklifin balansı yaranana qədər davam etdirəcək. Yəni süni bahalaşma yalnız bazarda tələb azaldıqda, alıcıların sayı aşağı düşəndə dayanacaq. Hökumət isə bu prosesə kənardan təsir etməyə çalışır. Belə ki, əvvəlki kimi, hökumət kənd təsərrüfatı məhsullarının ucuz satıldığı yarmarkaları təşkil etməklə bazarda qiymət artımına qarşı mübarizə aparmağa çalışır. Sadə vətəndaşlar isə, həmişəki kimi, qiymət artımından narazılıq edir. O da xüsusi olaraq vurğulanır ki, qiymət artımı əhalinin alıcılıq qabiliyyətini azaldacaq və yaşayış minimumuna təsir göstərəcək. Qanunvericiliyə görə, hər il Nazirlər Kabineti əhalinin alıcılıq qabilliyyətini və yaşayış səviyyəsini araşdıraraq, buna uyğun olaraq növbəti il üçün yaşayış minumunu təyin edir. Bu il 116 manat olan bu hədd gələn il üçün 125 manat, əmək qabiliyyətli şəxslər üçünsə 136 manat təyin edilib. Lakin hesab olunur ki, yaşayış minumumu hökumətin təyin etdiyi istehlak səbətinə uyğun hesablanmalıdır. Hökumətin təyin etdiyi istehlak səbətində, çörək də daxil olmaqla, 19 adda məhsul yer alır.
Mövcud bahalaşmanı şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycan bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasının bir neçə səbəbi var. Əslində isə bu məhsulların istehsalında artımın baş verməsi fermer təsərrüfatlarının gəlirini müəyyənləşdirən əsas amildir. Fermerlərin bazarlara çıxışının olmadığını deyən ekspert onların məhsullarını paytaxt bazarlarına gətirərkən bir çox maneələrlə üzləşdiyini və məhsullarını istədikləri qiymətə sata bilmədiyini deyir: "Fermerlər məhsullarını bəzi problemlər səbəbilə paytaxt bazarlarına gətirə bilmədiyi üçün bazarda qiymətlərin bahalaşması baş verir. Qiymətlərin qalxması isə digər aqrar məhsulların qiymətlərində artıma səbəb olur. Bunun qarşısının alınması üçün kənd təsərrüfatı məhsullarının Bakı bazarlarına çıxışının liberallaşdırılması vacibdir. Eyni zamanda, fermerlərin yeyinti məhsullarını paytaxt bazarlarına gətirmələrinə də şərait yaradılmalıdır. Rayonlarda qiymətlərin ucuz, Bakı bazarlarında isə baha olması onu göstərir ki, paytaxt bazarlarındakı parakəndə satış qiymətləri ilə rayonlardakı topdansatış qiymətləri arasında böyük fərq var".
V.Bayramov kənd təsərrüfatı məhsullarının qiymətlərinin baha olmasının inhisarçılıqla bağlı olmadığını diqqətə çatdırıb: "Nəzərə alaq ki, fermerlər öz məhsullarını yaşadıqları rayonlarda da istədikləri qiymətə təklif edə bilir. Bakı bazarlarında qiymətlərin yüksək olması bahalaşmanın inhisarçılıqla deyil, bazarların girişində yaradılan süni maneələrlə bağlı olduğunu göstərir. Bu maneələri yaradan bəzi şəxslər fermerlərin məhsullarını Bakı bazarlarına gətirmələrinə imkan vermir. Qeyd edilən problemlərin qarşısının alınması məqsədilə hökumət öz məhsullarını satmaları üçün fermerlərə bazarlarda xüsusi yerlər ayırmalıdır. Bu da fermerlərlə paytaxt bazarları arasında əlaqələrin yaranmasına və qiymətlərin tənzimlənməsinə imkan verəcək".
Araşdırmalar onu da göstərir ki, bahalaşmaya dünya bazarlarındakı qiymət artımı da təsir edir.
"Oxfam" beynəlxalq humanitar təşkilatının dünyada kənd təsərrüfatı məhsullarının istehsalı və gözlənilən bahalaşmaya dair hesabatında bildirilir ki, dünya liderləri qida sənayesinin yenidən təşkil edilməsi istiqamətində aktiv addımlar atmasa, əsas qida məhsullarının, yəni heyvandarlıq sahəsinin müxtəlif məhsullarının, un məmulatlarının, meyvə-tərəvəzlərin qiyməti 2 dəfə artacaq. Əsas taxıl bitkilərinin qiymətinin isə 120-180 faiz artacağı gözlənir. Bu zaman qiymət artımının yarısı iqlim dəyişməsinin payına düşəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ