çərşənbə axşamı günü, 07 iyul 2026
     

Av­ro­pa­da­xi­li Ver­gi Ad­mi­nis­tra­si­ya­la­rı Təş­ki­la­tı­nın say­tın­da Fa­zil Məm­mə­do­vun iri­həcm­li mə­qa­lə­si dərc edil­di...

Image


Azər­bay­can Res­pub­li­ka­sı­nın ver­gi­lər na­zi­ri, bi­rin­ci də­rə­cə­li döv­lət ver­gi xid­mə­ti mü­şa­vi­ri Fa­zil Məm­mə­do­vun Av­ro­pa­da­xi­li Ver­gi Ad­mi­nis­tra­si­ya­la­rı Təş­ki­la­tı­nın say­tın­da (www.io­ta-tax.org) yer­ləş­di­ril­miş mə­qa­lə­sin­də son ay­lar öl­kə­mi­zin ver­gi sis­te­min­də apa­rıl­mış is­la­hat­lar, ver­gi in­zi­bat­çı­lı­ğın­da­kı də­yi­şik­lik­lə­rin əsas is­ti­qa­mət­lə­ri ət­raf­lı şə­kil­də şərh edi­lib. Mə­qa­lə­də ver­gi si­ya­sə­ti­nin tən­zim­lə­yi­ci ro­lu­nun ar­tı­rıl­ma­sı, əl­ve­riş­li, şəf­faf və cəl­be­di­ci ver­gi mü­hi­ti­nin for­ma­laş­dı­rıl­ma­sı, ver­gi ödə­yi­ci­lə­ri­nə gös­tə­ri­lən xid­mət­lə­rin tək­mil­ləş­di­ril­mə­si və müa­sir kor­po­ra­tiv ida­rə­et­mə sis­te­mi­nin qu­rul­ma­sı ki­mi mə­sə­lə­lə­rə ay­dın­lıq gə­ti­ri­lib.

Apa­rı­lan uğur­lu və dü­şü­nül­müş iq­ti­sa­di si­ya­sə­tin nə­ti­cə­si ola­raq Azər­bay­can iq­ti­sa­diy­ya­tı son il­lər­də sü­rət­li in­ki­şaf mər­hə­lə­sin­dən ke­çib, neft gə­lir­lə­ri­nin sə­mə­rə­li is­ti­fa­də­si sa­yə­sin­də öl­kə iq­ti­sa­diy­ya­tı­nın di­ver­si­fi­ka­si­ya­sı­na mü­vəf­fəq olu­nub, qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fın­da əhə­miy­yət­li irə­li­lə­yiş­lər əl­də edi­lib. İn­ki­şaf et­mək­də olan öl­kə­miz is­tər re­gi­on­da, is­tər­sə də dün­ya miq­ya­sın­da yük­sək ar­tım temp­lə­ri nü­ma­yiş et­di­rən döv­lət­lər­dən bi­ri ki­mi ta­nı­nır. Son bir ne­çə il­də dün­ya iq­ti­sa­diy­ya­tı qlo­bal trans­for­ma­si­ya­la­rın, möv­cud si­ya­si-iq­ti­sa­di prob­lem­lə­rin tə­si­ri nə­ti­cə­sin­də ye­ni­dən dur­ğun­luq və tə­nəz­zül me­yil­lə­ri ilə üz­lə­şib. Mil­li iq­ti­sa­diy­yat­la­rın kə­nar tə­sir­lə­rə qar­şı həs­sas­lı­ğı­nın art­dı­ğı bir vaxt­da in­ki­şaf pro­ses­lə­ri­nə tə­sir gös­tə­rən qlo­bal fak­tor­la­rın da sa­yı cid­di şə­kil­də ar­tıb, bü­tün öl­kə­lə­rin bu və ya di­gər də­rə­cə­də qlo­bal böh­ra­nın tə­sir­lə­ri­nə və onun do­ğur­du­ğu fə­sad­la­ra mə­ruz qal­ma­sı qa­çıl­maz hal alıb.

Za­ma­nın iq­ti­sa­di ger­çək­lik­lə­ri­nə hər za­man çe­vik mü­na­si­bə­ti ilə fərq­lə­nən öl­kə­miz­də son il­lər hə­ya­ta ke­çi­ri­lən qa­baq­la­yı­cı iq­ti­sa­di-so­si­al si­ya­sət nə­ti­cə­sin­də be­lə qlo­bal böh­ran­la­rın fə­sad­la­rı mi­ni­mal­laş­dı­rı­lıb. Neft gə­lir­lə­ri­nin öl­kə­nin qey­ri-neft sek­to­run­da al­ter­na­tiv gə­lir mən­bə­lə­ri­nin ya­ran­ma­sı­na yö­nəl­dil­mə­si is­ti­qa­mə­tin­də apa­rı­lan iş­lər, bu sa­hə­yə xa­ri­ci in­ves­ti­si­ya­la­rın cəlb edil­mə­si, iş­gü­zar mü­hi­tin və biz­ne­sin fəa­liy­yə­ti üçün ya­ra­dı­lan şə­ra­it Azər­bay­ca­nın müx­tə­lif böh­ran­la­rın uzun­müd­dət­li tə­sir­lə­ri­nə qar­şı da­ya­nıq­lı iq­ti­sa­di ba­za­sı­nın for­ma­laş­ma­sı­na im­kan ve­rib. Tə­sa­dü­fi de­yil ki, bü­tün bun­lar qı­sa müd­dət ər­zin­də öl­kə­mi­zin bir çox bey­nəl­xalq rey­tinq­lər­də möv­qe­yi­nin yax­şı­laş­ma­sı­na gə­ti­rib. 2016-cı il­də Dün­ya İq­ti­sa­di Fo­ru­mu­nun tər­tib et­di­yi Qlo­bal Rə­qa­bət­qa­bi­liy­yət­li­lik He­sa­ba­tın­da Azər­bay­can 138 döv­lət ara­sın­da 37-ci yer­də­dir (MDB öl­kə­lə­ri sı­ra­sın­da isə 1-ci yer­də). Dün­ya Ban­kı­nın 190 öl­kə­nin biz­nes mü­hi­ti­ni qiy­mət­lən­di­rən "Do­ing Bu­si­ness 2017" he­sa­ba­tın­da isə öl­kə­miz 65-ci pil­lə­də qə­rar­la­şıb. Bu he­sa­bat­da Azər­bay­can biz­ne­sin qey­diy­ya­tı­nı sa­də­ləş­dir­mək­lə "Biz­ne­sə baş­la­ma" gös­tə­ri­ci­si üz­rə dün­ya­da ilk beş­li­yə da­xil olub və ən yax­şı təc­rü­bə­yə ma­lik öl­kə­lər­dən bi­ri ki­mi qeyd edi­lib.

 

Ye­ni iq­ti­sa­di in­ki­şaf mo­de­li - mil­li iq­ti­sa­diy­ya­tın yol xə­ri­tə­lə­ri

Son bir ne­çə il­də dün­ya iq­ti­sa­diy­ya­tı­nın ye­ni tsik­lə da­xil ol­ma­sı, dün­ya ener­ji ba­zar­la­rın­da nef­tin kəs­kin ucuz­laş­ma­sı bü­tün neft ix­ra­cat­çı­sı öl­kə­lə­ri­nə, o cüm­lə­dən Azər­bay­ca­na da tə­sir­siz ötüş­mə­yib. Be­lə bir şə­ra­it­də Pre­zi­dent İl­ham Əli­yev Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nın li­be­ral­laş­dı­rıl­ma­sı, rə­qa­bət qa­bi­liy­yə­ti­nin ar­tı­rıl­ma­sı­nı, id­xal­dan ası­lı­lı­ğın azal­dıl­ma­sı­nı, ix­rac­yö­nüm­lü qey­ri-neft sek­to­ru­nun əsas­lı in­ki­şa­fı­nın tə­min edil­mə­si­ni, in­san ka­pi­ta­lın­dan sə­mə­rə­li is­ti­fa­də edil­mə­si məq­sə­di­lə iq­ti­sa­di in­ki­şa­fın key­fiy­yət­cə ye­ni mo­de­li­nin for­ma­laş­dı­rıl­ma­sı­nı, bu is­ti­qa­mət­də da­vam­lı və ar­dı­cıl is­la­hat­la­rın apa­rıl­ma­sı­nı hö­ku­mə­tin qar­şı­sın­da 2016-cı il üçün mü­hüm və­zi­fə ola­raq mü­əy­yən­ləş­dir­miş­di. Be­lə­lik­lə, ye­ni iq­ti­sa­di stra­te­gi­ya­nın ha­zır­lan­ma­sı və mü­va­fiq ins­ti­tu­sio­nal və kon­sep­tu­al is­la­hat­la­rın hə­ya­ta ke­çi­ril­mə­si cid­di bir zə­ru­rət ola­raq or­ta­ya çı­xıb.

Ye­ni in­ki­şaf döv­rün­də öl­kə­mi­zin qar­şı­sın­da du­ran mə­sə­lə­lə­rin həl­li və da­ya­nıq­lı in­ki­şa­fa na­il ol­maq is­ti­qa­mə­tin­də mü­hüm ad­dım­lar­dan bi­ri də "Mil­li iq­ti­sa­diy­yat və iq­ti­sa­diy­ya­tın əsas sek­tor­la­rı üz­rə stra­te­ji yol xə­ri­tə­si­nin baş­lı­ca is­ti­qa­mət­lə­ri"nin təs­diq olun­ma­sı­dır. Bu xə­ri­tə, elə­cə də iq­ti­sa­diy­ya­tın 12 əsas sek­to­ru üz­rə təs­diq edil­miş stra­te­ci yol xə­ri­tə­lə­ri Azər­bay­ca­nın ya­xın gə­lə­cək üçün hə­dəf­lə­ri­ni və prio­ri­tet in­ki­şaf is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən edən fun­da­men­tal sə­nəd top­lu­su ol­maq­la, öl­kə­nin ye­ni iq­ti­sa­di mo­de­li­nin əsa­sı­nı təş­kil edir. Stra­te­ji yol xə­ri­tə­lə­ri 2016-2020-cı il­lər üçün iq­ti­sa­di in­ki­şaf stra­te­gi­ya­sı­nı və təd­bir­lər pla­nı­nı, 2025-ci ilə­dək olan dövr üçün uzun­müd­dət­li ba­xı­şı və 2025-ci il­dən son­ra­kı dövr üz­rə qar­şı­ya qo­yul­muş hə­dəf­lə­ri özün­də əks et­di­rir. İq­ti­sa­diy­ya­tın möv­cud və­ziy­yə­ti­nin də­rin təh­li­li­nə əsas­la­nan bu sə­nəd­lər­də ay­rı-ay­rı sek­tor­la­rın in­ki­şaf is­ti­qa­mət­lə­ri, rə­qa­bət­qa­bi­liy­yət­li­li­yin da­ha da ar­tı­rıl­ma­sı, in­ves­ti­si­ya­la­rın cəl­bi, azad rə­qa­bət mü­hi­ti, dün­ya ba­zar­la­rı­na çı­xış, Azər­bay­ca­nın dün­ya iq­ti­sa­diy­ya­tın­da möv­qe­yi­nin və eti­bar­lı tə­rəf­daş imi­ci­nin güc­lən­di­ril­mə­si əsas və­zi­fə­lər­dən bi­ri ki­mi mü­əy­yən edi­lib.

Ye­ni ça­ğı­rış­la­rın ya­ran­dı­ğı dövr­də Azər­bay­ca­nın iq­ti­sa­di prio­ri­tet­lə­ri, bun­la­rın hə­ya­ta ke­çi­ril­mə­si yol­la­rı, o cüm­lə­dən 2017-ci il­də öl­kə­mi­zin qar­şı­sın­da du­ran əsas mə­sə­lə­lər Pre­zi­dent İl­ham Əli­ye­vin Da­vos Fo­ru­mu­nun say­tın­da ya­yım­lan­mış mə­qa­lə­sin­də ge­niş şərh edi­lir. Ye­ni era­da qar­şı­da du­ran əsas məq­səd­lər sı­ra­sın­da iq­ti­sa­diy­yat­da qey­ri-neft sek­to­ru­nun di­ver­si­fi­ka­si­ya­sı pro­se­si­nin də­rin­ləş­di­ril­mə­si, ma­liy­yə sis­te­mi­nin sağ­lam­laş­dı­rıl­ma­sı, əha­li­nin gə­lir­li­lik sə­viy­yə­si­nin və məş­ğul­lu­ğu­nun ar­tı­rıl­ma­sı da yer alır. Ha­zır­da Azər­bay­can­da struk­tur və ins­ti­tu­sio­nal is­la­hat­lar da­vam et­di­ri­lir, iq­ti­sa­di po­ten­sia­lın güc­lən­di­ril­mə­si məq­sə­di­lə ix­rac­yö­nüm­lü məh­sul­la­rın is­teh­sa­lı­nın ar­tı­rıl­ma­sı­na, aq­ro­park­la­rın və iri fer­mer tə­sər­rü­fat­la­rı­nın, sə­na­ye park­la­rı­nın və zo­na­la­rı­nın ya­ra­dıl­ma­sı­na, öl­kə­nin tran­zit və lo­gis­tik po­ten­sia­lı­nın yük­səl­dil­mə­si­nə döv­lət tə­rə­fin­dən güc­lü dəs­tək ve­ri­lir. Bun­lar­la pa­ra­lel döv­lət ida­rə­et­mə sis­te­mi tək­mil­ləş­di­ri­lir, bü­tün sa­hə­lər­də, o cüm­lə­dən ver­gi və göm­rük sis­te­min­də şəf­faf­lıq tə­min edil­mək­də­dir.

  

Ça­ğı­rış­lar və də­yi­şik­lik­lər üçün açıq ver­gi sis­te­mi­nə doğ­ru

İs­la­hat­la­rı dəs­tək­lə­yən mü­hüm döv­lət qu­ru­mu ro­lun­da çı­xış edən mil­li ver­gi sis­te­mi, öz növ­bə­sin­də, da­im iq­ti­sa­di si­tua­si­ya­nın də­yiş­mə­si­nə ope­ra­tiv və adek­vat re­ak­si­ya ver­mək­də­dir. Son il­lər­də ver­gi sis­te­mi­nin in­ki­şa­fı­na, ver­gi qa­nun­ve­ri­ci­li­yi və in­zi­bat­çı­lı­ğı­nın tək­mil­ləş­di­ril­mə­si­nə, ins­ti­tu­sio­nal po­ten­sia­lın güc­lən­di­ril­mə­si is­ti­qa­mə­tin­də əsas­lı nai­liy­yət­lər əl­də edil­mə­si­nə bax­ma­ya­raq, Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nın ye­ni in­ki­şaf is­ti­qa­mət­lə­ri, bi­lik­lə­rə əsas­la­nan müa­sir iq­ti­sa­diy­ya­tın qu­rul­ma­sı ver­gi xid­mə­ti qar­şı­sın­da da ye­ni və­zi­fə­lər mü­əy­yən edir. Bu və­zi­fə­lə­rin sı­ra­sı­na ilk növ­bə­də iq­ti­sa­di si­ya­sə­tin mü­hüm qo­lu olan və biz­nes fəa­liy­yə­ti­nin tən­zim­lən­mə­sin­də ef­fek­tiv alət he­sab edi­lən ver­gi si­ya­sə­ti­nin tən­zim­lə­yi­ci ro­lu­nun ar­tı­rıl­ma­sı, əl­ve­riş­li, şəf­faf və cəl­be­di­ci ver­gi mü­hi­ti­nin for­ma­laş­dı­rıl­ma­sı, ver­gi in­zi­bat­çı­lı­ğı­nın ye­ni sə­viy­yə­yə qal­dı­rıl­ma­sı, sa­hib­kar­lar üçün xid­mət­lə­rin tək­mil­ləş­di­ril­mə­si və müa­sir kor­po­ra­tiv ida­rə­et­mə sis­te­mi­nin qu­rul­ma­sı da­xil­dir.

  

İn­ten­siv is­la­hat­lar ili

İq­ti­sa­diy­yat­da ye­ni era­nın baş­lan­ma­sı 2016-cı il­də ver­gi sis­te­min­də də fun­da­men­tal is­la­hat­la­rı la­büd­ləş­di­rib. "Mil­li iq­ti­sa­diy­yat və iq­ti­sa­diy­ya­tın əsas sek­tor­la­rı üz­rə stra­te­ji yol xə­ri­tə­si­nin baş­lı­ca is­ti­qa­mət­lə­ri"nə da­ir sə­nəd­də, elə­cə də "Azər­bay­can Res­pub­li­ka­sın­da ki­çik və or­ta sa­hib­kar­lıq sə­viy­yə­sin­də is­teh­lak mal­la­rı­nın is­teh­sa­lı­na da­ir Stra­te­ji Yol Xə­ri­tə­si"ndə ye­ni dövr­də ver­gi sis­te­mi­nin qar­şı­sın­da du­ran mü­hüm və­zi­fə­lər öz ək­si­ni ta­pır. Bun­lar ver­gi ödə­yi­ci­lə­ri ilə ver­gi or­qan­la­rı ara­sın­da qar­şı­lıq­lı eti­ma­dın yük­səl­dil­mə­si və şəf­faf­lı­ğın da­ha da ar­tı­rıl­ma­sı, sa­hib­kar­la­ra əl­ve­riş­li şə­rai­tin ya­ra­dıl­ma­sı, ha­be­lə öl­kə iq­ti­sa­diy­ya­tı­nın da­vam­lı in­ki­şaf tem­pi­nə uy­ğun ola­raq re­al ver­gi po­ten­sia­lı­nın mü­əy­yən edil­mə­si üçün ver­gi sis­te­min­də is­la­hat­la­rın da­vam et­di­ril­mə­si, ver­gi­nin sti­mul­laş­dı­rı­cı tə­si­ri­nin önə çə­kil­mə­si və ver­gi in­zi­bat­çı­lı­ğı­nın da­ha da tək­mil­ləş­di­ril­mə­si­dir.  Bu is­ti­qa­mət­də atı­lan mü­hüm ad­dım­lar­dan bi­ri də Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 4 av­qust 2016-cı il ta­rix­li Sə­rən­ca­mı ilə təs­diq edil­miş "2016-cı il­də ver­gi sa­hə­sin­də apa­rı­la­caq is­la­hat­la­rın is­ti­qa­mət­lə­ri"dir ki, bu da ötən il hə­ya­ta ke­çi­ri­lən təd­bir­lə­rin əsas kon­tur­la­rı­nı mü­əy­yən edib.

Ver­gi risq­lə­ri­nin mü­əy­yən edil­mə­si və ya­yın­dı­rı­lan ver­gi­lə­rin aş­kar­lan­ma­sı məq­sə­di­lə "risk­lə­rin ida­rə edil­mə­si" sis­te­mi ki­mi in­no­va­tiv alət­lər uğur­la tət­biq olu­nub, iri ver­gi ödə­yi­ci­lə­rin­də elek­tron au­di­tin tət­bi­qi dai­rə­si ge­niş­lən­di­ri­lib, ver­gi yox­la­ma­la­rı­nın bü­tün növ­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si ilə bağ­lı qay­da­lar tək­mil­ləş­di­ri­lib, elek­tron xid­mət­lə­rin sa­yı ar­tı­rı­lıb, öl­kə­mi­zə tu­rist axı­nı­nın ar­tı­mın­da mü­hüm rol oy­na­yan "Tax free" sis­te­mi­nin tət­bi­qi­nə baş­la­nıb. 2016-cı il­də OEJD-nin Qlo­bal Fo­ru­mu­nun Qiy­mət­lən­dir­mə Qru­pu Azər­bay­can Res­pub­li­ka­sı­nın ver­gi sis­te­min­də şəf­faf­lı­ğın və mə­lu­mat mü­ba­di­lə­si sis­te­mi­nin  bey­nəl­xalq stan­dart­la­ra uy­ğun­lu­ğu ilə bağ­lı he­sa­ba­tı qə­bul edə­rək öl­kə­mi­zə yük­sək rey­tinq ve­rib. Bun­dan baş­qa, in­ti­zam­lı ver­gi ödə­yi­ci­lə­ri­nə "ya­şıl dəh­liz" prin­si­pi əsa­sın­da fər­di və sü­rət­li in­no­va­tiv tex­no­lo­gi­ya­la­ra söy­kə­nən xid­mət­lə­rin gös­tə­ril­mə­si üçün ha­zır­lıq iş­lə­ri ba­şa çat­dı­rı­lıb. Bü­tün bun­lar ver­gi sis­te­min­də şəf­faf­lı­ğın da­ha da ar­tı­rıl­ma­sı­na, ver­gi or­qan­la­rı və sa­hib­kar­lar ara­sın­da mü­na­si­bət­lə­rin ye­ni müs­tə­vi­yə qal­dı­rıl­ma­sı­na şə­ra­it ya­ra­dıb.

 

Li­be­ral­la­şan Ver­gi Mə­cəl­lə­si

Ver­gi qa­nun­ve­ri­ci­li­yi­nin tək­mil­ləş­di­ril­mə­si məq­sə­di­lə qı­sa müd­dət ər­zin­də bey­nəl­xalq təş­ki­lat­lar, ma­liy­yə ins­ti­tut­la­rı, sa­hib­kar­la­rın ic­ti­mai bir­lik­lə­ri, biz­nes nü­ma­yən­də­lə­ri ilə sıx və kons­truk­tiv dia­loq əsa­sın­da Ver­gi Mə­cəl­lə­si­nə və di­gər qa­nun­ve­ri­ci­lik sə­nəd­lə­ri­nə həm həcm, həm də ma­hiy­yət ba­xı­mın­dan cid­di və bö­yük də­yi­şik­lik­lər edil­mə­si ilə bağ­lı la­yi­hə­lər ha­zır­la­nıb və 2016-cı ilin so­nun­da qə­bul edi­lib. Bu də­yi­şik­lik­lə­rin əsas məq­sə­di ki­çik və or­ta biz­ne­sin in­ki­şa­fı­na da­ha əl­ve­riş­li şə­rai­tin ya­ra­dıl­ma­sı, ver­gi or­qan­la­rı və sa­hib­kar­lıq sub­yekt­lə­ri ara­sın­da qar­şı­lıq­lı eti­mad sə­viy­yə­si­nin yük­səl­dil­mə­si, ver­gi yü­kü­nün op­ti­mal­laş­dı­rıl­ma­sı, ver­gi ödə­yi­ci­lə­ri­nin hü­quq­la­rı­nın qo­run­ma­sı, on­la­rın vaxt it­ki­si­nə mə­ruz qal­ma­ma­sı və ver­gi öh­də­lik­lə­ri­nin da­ha ra­hat şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si, bir sı­ra ver­gi ödə­yi­ci­lə­ri üçün gü­zəşt­lə­rin mü­əy­yən edil­mə­si yo­lu ilə so­si­al bə­ra­bər­li­yin tə­min olun­ma­sı, nağd­sız əmə­liy­yat­la­rın həc­mi­nin ar­tı­rıl­ma­sı, ver­gi­tut­ma ba­za­sı­nın ge­niş­lən­di­ril­mə­si, pul döv­riy­yə­si­nin tən­zim­lən­mə­si, bank­la­rın lik­vid­li­yi­nin və bi­la­va­si­tə ver­gi mü­hi­ti­nin cəl­be­di­ci­li­yi­nin ar­tı­rıl­ma­sı yo­lu ilə iq­ti­sa­diy­ya­ta in­ves­ti­si­ya qo­yu­luş­la­rı­nın təş­viq edil­mə­si, ix­ra­cın sti­mul­laş­dı­rıl­ma­sı, uço­tun dü­rüst­lü­yü­nün və şəf­faf­lı­ğı­nın tə­min olun­ma­sı­dır.

Bu­nun­la ya­na­şı, Ver­gi Mə­cəl­lə­si­nə bey­nəl­xalq təc­rü­bə­yə əsas­la­nan bir sı­ra mü­tə­rəq­qi ye­ni­lik­lər­lə bağ­lı müd­dəa­lar da əla­və edi­lib. Bun­la­rın sı­ra­sı­na ver­gi öh­də­lik­lə­ri­nin hü­qu­qi nə­ti­cə­lər do­ğur­maz­dan əv­vəl ver­gi or­qan­la­rı ilə ra­zı­laş­dı­rıl­ma­sı qay­da­sı və ver­gi ödə­yi­ci­lə­ri­nin hü­quq­la­rı­nın qo­run­ma­sı­na xid­mət edən "Kö­nül­lü ver­gi açıq­la­ma­sı" sis­te­mi­nin tət­bi­qi, trans­fert qiy­mət­lə­ri­nə və of­şor zo­na­lar­da qey­diy­yat­dan keç­miş mü­əs­si­sə­lər­lə apa­rı­lan əmə­liy­yat­la­ra nə­za­rət me­xa­nizm­lə­ri­nin qu­rul­ma­sı, rə­qəm­sal iq­ti­sa­diy­ya­tın, xü­su­si­lə elek­tron ti­ca­rət üzə­rin­də ver­gi me­xa­nizm­lə­ri­nin ya­ra­dıl­ma­sı da­xil­dir. E-ti­ca­rət üzə­rin­də ver­gi me­xa­nizm­lə­ri­nin ya­ra­dıl­ma­sı ha­zır­da dün­ya ver­gi ad­mi­nis­tra­si­ya­la­rı­nın qar­şı­sın­da du­ran həl­li mü­rək­kəb prob­lem­lər­dən bi­ri­dir. Bu sa­hə­də ver­gi me­xa­nizm­lə­ri­nin qu­rul­ma­sı məq­sə­di­lə bir çox öl­kə­lə­rin, xü­su­si­lə apa­rı­cı Av­ro­pa döv­lət­lə­ri­nin təc­rü­bə­si öy­rə­ni­lib və MDB mə­ka­nın­da prob­le­min ən ef­fek­tiv və spe­si­fik həl­li məhz Azər­bay­ca­nın ver­gi qa­nun­ve­ri­ci­li­yin­də öz ək­si­ni ta­pıb.

Gö­rün­dü­yü ki­mi, qa­nun­ve­ri­ci­li­yə edil­miş də­yi­şik­lik­lər çox­vek­tor­lu hə­dəf­lər mü­əy­yən edir ki, bu da, şüb­hə­siz, ver­gi ad­mi­nis­tra­si­ya­sı­nın ye­ni tə­ləb­lə­rə uy­ğun­laş­dı­rıl­ma­sı zə­ru­rə­ti­ni ya­ra­dır. Ver­gi qa­nun­ve­ri­ci­li­yi­nin və in­zi­bat­çı­lı­ğı­nın tək­mil­ləş­di­ril­mə­si sa­hə­sin­də son il­lər gö­rü­lən bö­yük həcm­li iş­lər, həm­çi­nin qar­şı­ya qo­yul­muş ye­ni hə­dəf­lər da­ha çe­vik, ye­ni tə­ləb­lə­rə adap­ta­si­ya olu­na bi­lən, öz və­zi­fə­lə­ri­ni za­ma­nın ça­ğı­rış­la­rı­na dər­hal və adek­vat uz­laş­dı­ra bi­lən, müa­sir kor­po­ra­tiv ida­rə­et­mə prin­sip­lə­ri­nə söy­kə­nən di­na­mik struk­tu­ra ma­lik ad­mi­nis­tra­si­ya­nın qu­rul­ma­sı­nı tə­ləb edir.

Ver­gi ad­mi­nis­tra­si­ya­sı­nın rəh­bər­li­yi qar­şı­ya qo­yul­muş bu hə­də­fin re­al­laş­dı­rıl­ma­sı üçün prak­ti­ki ad­dım­lar atıb. Həm qa­nun­ve­ri­ci­lik, həm də ver­gi sis­te­min­də in­zi­bat­çı­lı­ğın tək­mil­ləş­di­ril­mə­si sa­hə­sin­də hə­ya­ta ke­çi­ri­lən is­la­hat­la­rı ko­or­di­na­si­ya et­mək məq­sə­di­lə Ver­gi­lər Na­zir­li­yin­də İda­rə­et­mə Mər­kə­zi ya­ra­dı­lıb. Bu Mər­kəz Ver­gi­lər Na­zir­li­yin­də ke­çi­ri­lən kol­le­gi­ya ic­las­la­rın­da qə­bul edil­miş təd­bir­lər plan­la­rın­da nə­zər­də tu­tul­muş mə­sə­lə­lə­rin çe­vik və sü­rət­lə ic­ra edil­mə­si məq­sə­di­lə ha­zır­da in­ten­siv iş­lər gö­rür. 

 

Ver­gi ödə­yi­ci­lə­ri yö­nüm­lü ad­mi­nis­tra­si­ya­ya ke­çid

Ver­gi sis­te­min­də apa­rı­lan is­la­hat­la­rın mən­ti­qi da­va­mı ad­mi­nis­tra­si­ya­nın tək­mil­ləş­di­ril­mə­si­ni və təş­ki­la­ti struk­tu­ru­nun trans­for­ma­si­ya­sı­nı la­büd­ləş­di­rir.

Ver­gi­lər Na­zir­li­yi bu­na qə­dər də da­im can­lı və di­na­mik qu­rum ki­mi fəa­liy­yət gös­tə­rib, öz in­zi­ba­ti re­surs­la­rı­nı və sis­tem­da­xi­li struk­tu­ru­nu iq­ti­sa­diy­ya­tın də­yi­şən tə­ləb­lə­ri­nə uy­ğun qu­rub, zə­ru­rət ya­ran­dıq­ca ver­gi in­zi­bat­çı­lı­ğın­da və ida­rə­et­mə sis­te­min­də is­la­hat­lar apa­rıb. Bu­nun­la be­lə, mil­li ver­gi ad­mi­nis­tra­si­ya­sın­da­kı son də­yi­şik­lik­lər is­tər ma­hiy­yət, is­tər­sə də əha­tə ba­xı­mın­dan da­ha ge­niş­dir. Bu, 2002-ci il­də ümum­mil­li li­der Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü ilə apa­rıl­mış və ver­gi in­zi­bat­çı­lı­ğı­nın re­gio­nal prin­sip­lər əsa­sın­da hə­ya­ta ke­çi­ril­mə­si­ni nə­zər­də tu­tan kök­lü struk­tur və təş­ki­la­ti is­la­hat­lar­dan son­ra ver­gi xid­mə­ti­nin bü­tün ida­rə­et­mə həl­qə­lə­ri­nin, me­nec­ment sis­te­mi­nin də­yi­şil­mə­si­ni eh­ti­va edən və ver­gi ödə­yi­ci­lə­ri yö­nüm­lü ad­mi­nis­tra­si­ya­ya çev­ril­mə­si­ni nə­zər­də tu­tan ikin­ci be­lə trans­for­ma­si­ya­dır.

Ver­gi sis­te­mi­nə ye­ni ba­xış bu­ca­ğı, ilk növ­bə­də, iki mü­hüm prin­sip üzə­rin­də qu­ru­lur. Bun­lar­dan bi­rin­ci­si və ən önəm­li­si "fər­di ya­naş­ma" prin­si­pi­dir. İn­di­yə­dək ver­gi xid­mə­tin­də işin əsas ağır­lı­ğı bö­yük döv­riy­yə­si olan ver­gi ödə­yi­ci­lə­ri ilə apa­rı­lan iş­lə­rə yö­nəl­di­lir­di və döv­riy­yə­lə­rin­dən ası­lı ol­ma­ya­raq bü­tün ver­gi ödə­yi­ci­lə­ri­nə (iri, or­ta və ki­çik) ey­ni in­zi­ba­ti me­xa­nizm­lər tət­biq edi­lir­di. Ye­ni dö­nəm­də ver­gi ad­mi­nis­tra­si­ya­sı­nın il­kin və­zi­fə­si bu ya­naş­ma­nı də­yiş­mək, hər ka­te­qo­ri­ya ver­gi ödə­yi­ci­si­nə ona uy­ğun ya­naş­ma­lar for­ma­laş­dır­maq­dır. Bu məq­səd­lə bey­nəl­xalq təc­rü­bə­də ge­niş is­ti­fa­də olu­nan "döv­riy­yə in­ter­val­la­rı" prin­si­pi­ni ver­gi in­zi­bat­çı­lı­ğı­nın bü­tün sa­hə­lə­rin­də tət­biq et­mək­lə, ver­gi ödə­yi­ci­lə­ri­nə mü­na­si­bət­də ya­naş­ma­nı di­fe­ren­si­al­laş­dır­maq, da­ha sə­mə­rə­li, çe­vik və şəf­faf in­zi­bat­çı­lıq for­ma­laş­dır­maq nə­zər­də tu­tu­lur. Bu­ra­da əsas ya­naş­ma ki­çik və or­ta sa­hib­kar­lıq sub­yekt­lə­ri ilə iri və xü­su­si re­jim­li mü­əs­si­sə­lər­lə iş prin­sip­lə­ri­ni ayır­maq, hər bir sa­hib­kar­lıq qru­pu­na fər­di ya­naş­ma­nı, elə­cə də fis­kal və in­zi­bat­çı­lıq yü­kü­nün düz­gün bö­lüş­dü­rül­mə­si­ni tə­min et­mək­dir.

İkin­ci mü­hüm prin­sip isə sa­hib­kar­lıq sub­yekt­lə­ri ilə "part­nyor­luq mü­na­si­bət­lə­ri­nin qu­rul­ma­sı və də­rin­ləş­di­ril­mə­si" prin­si­pi­dir. Ver­gi­lər Na­zir­li­yi sa­hib­kar­lıq sub­yekt­lə­ri ilə part­nyor­luq mü­na­si­bət­lə­ri­nin qu­rul­ma­sı­na ar­tıq bir ne­çə il­dir baş­la­sa da, ye­ni ya­naş­ma­da bu mü­na­si­bət­lə­rin kon­kret əsas­la­ra ke­çil­mə­si və də­rin­ləş­di­ril­mə­si, ver­gi ödə­yi­ci­lə­ri­nin öh­də­lik­lə­ri­nin də­qiq­ləş­di­ril­mə­si, on­la­ra müa­sir və in­no­va­tiv xid­mət­lə­rin gös­tə­ril­mə­si əsas gö­tü­rü­lüb. Bu məq­səd­lə ye­nə də bey­nəl­xalq təc­rü­bə­dən fay­da­la­na­raq in­ti­zam­lı ver­gi ödə­yi­ci­lə­ri üçün "ya­şıl dəh­liz" prin­si­pi əsa­sın­da in­no­va­tiv ye­ni­lik­lə­rə söy­kə­nən fər­di və sü­rət­li ün­van­lı xid­mət­lər sis­te­mi­nin tət­bi­qi qə­ra­ra alı­nıb. 

 

Təş­ki­la­ti struk­tu­run trans­for­ma­si­ya­sı

Be­lə­lik­lə, bu mü­hüm prin­sip­lər ver­gi or­qan­la­rı­nın ye­ni təş­ki­la­ti struk­tu­ru­nun for­ma­laş­dı­rıl­ma­sı üçün tə­məl ki­mi qə­bul edi­lib və Ver­gi­lər Na­zir­li­yi­nin struk­tu­ru­nun müa­sir tə­ləb­lər əsa­sın­da ye­ni­dən qu­rul­ma­sı­na gə­ti­rib.

Ye­ni təş­ki­la­ti struk­tu­run mü­hüm ele­ment­lə­rin­dən bi­ri ki­mi na­zir­li­yin mər­kə­zi apa­ra­tın­da Ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət və şəf­faf ver­gi part­nyor­lu­ğu de­par­ta­men­ti ya­ra­dı­lıb. De­par­ta­men­tin bir­ba­şa funk­si­ya­la­rı­na ver­gi ödə­yi­ci­lə­ri ilə işin kons­truk­tiv dia­loq, qar­şı­lıq­lı eti­mad və part­nyor­luq əsas­la­rın­da qu­rul­ma­sı­na, on­la­rın mə­lu­mat­lan­dı­rıl­ma­sı­na, ödə­yi­ci­lər üçün özəl tə­lim­lə­rin təş­kil edil­mə­si­nə, bu məq­səd­lə ge­niş təş­ki­la­ti və ad­mi­nis­tra­tiv təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si­nə, nə­ti­cə eti­ba­ri­lə ver­gi mə­də­niy­yə­ti­nin yük­səl­dil­mə­si­nə na­il ol­maq da­xil­dir.

Qeyd et­mək la­zım­dır ki, 2017-ci ilin yan­var ayın­dan baş­la­ya­raq in­ti­zam­lı ver­gi ödə­yi­ci­lə­ri üçün "ya­şıl dəh­liz" prin­si­pi əsa­sın­da ənə­nə­vi və in­no­va­tiv üsul­la­ra söy­kə­nən fər­di və sü­rət­li ün­van­lı xid­mət­lə­rin gös­tə­ril­mə­si­nə təş­ki­la­ti və in­zi­ba­ti nə­za­rə­ti məhz bu ye­ni struk­tur ye­ri­nə ye­ti­rir. Bu ödə­yi­ci­lər, ənə­nə­vi xid­mət­lər­lə ya­na­şı, İKT-nin son nai­liy­yət­lə­ri­nə əsas­la­nan in­no­va­tiv xid­mət­lər də əl­də edir­lər. Be­lə xid­mət­lə­rə vi­deo­bağ­lan­tı­lar, çağ­rı və xid­mət mər­kəz­lə­rin­də növ­bə­siz və sü­rət­li xid­mət­lə­rin gös­tə­ril­mə­si, part­nyor ödə­yi­ci­lə­rin mü­ra­ciə­ti əsa­sın­da on­lar üçün "də­yir­mi ma­sa", se­mi­nar və kon­frans­la­rın təş­ki­li, xü­su­si tə­lim proq­ram­la­rı­nın ha­zır­lan­ma­sı və s. aid­dir. Ko­or­di­na­si­ya iş­lə­ri­nin təş­ki­li məq­sə­di­lə hər bir part­nyor ödə­yi­ci üçün ai­diy­yə­ti ver­gi struk­tu­run­dan ay­rı­lan ku­ra­tor­lar on­la­ra ün­van­lı xid­mət­lər gös­tə­rir­lər. Bü­tün bun­lar in­ti­zam­lı ver­gi ödə­yi­ci­lə­ri­nin sti­mul­laş­dı­rıl­ma­sı­na və sa­hib­kar­la­rın ra­hat fəa­liy­yət gös­tər­mə­si­nə xid­mət edir. Bu, di­gər ver­gi ödə­yi­ci­lə­ri üçün də nü­mu­nə­dir və şüb­hə­siz ki, in­ti­zam­lı ver­gi ödə­yi­ci­si ol­ma­ğın üs­tün­lük­lə­ri­ni nü­ma­yiş et­dir­mək­lə di­gər ödə­yi­ci­lə­ri də bu­na təş­viq edə­cək.

Ver­gi ödə­yi­ci­lə­ri­nin fəa­liy­yə­ti­nin risq mo­dul­la­rı üzə­rin­dən təh­lil olun­ma­sı, ver­gi­dən ya­yın­ma hal­la­rı­nın müa­sir tex­no­lo­gi­ya­la­ra əsas­la­na­raq aş­kar edil­mə­si, ver­gi nə­za­rə­ti me­tod­la­rı­nın təh­lil olun­muş mə­lu­mat­lar əsa­sın­da se­çil­mə­si, ver­gi po­ten­sia­lı­nın da­ha də­qiq qiy­mət­lən­di­ril­mə­si, risq­lə­rin müa­sir İKT va­si­tə­lə­rin­dən is­ti­fa­də edil­mək­lə ida­rə olun­ma­sı­nı hə­ya­ta ke­çir­mək, elə­cə də çox­say­lı döv­lət qu­rum­la­rı­nın in­teq­ra­si­ya olun­muş elek­tron mə­lu­mat ba­za­la­rın­dan əl­də edil­miş mə­lu­mat­la­rın ema­lı­nı tə­min et­mək məq­sə­di­lə na­zir­li­yin struk­tu­run­da Ver­gi risk­lə­ri­nin təh­li­li və nə­za­rə­ti de­par­ta­men­ti fəa­liy­yət gös­tə­rir.

Na­zir­li­yin apa­ra­tın­da apa­rıl­mış di­gər də­yi­şik­lik­lər­lə ida­rə­et­mə funk­si­ya­la­rı­nın tək­mil­ləş­di­ril­mə­si, ver­gi or­qan­la­rı­nın fis­kal funk­si­ya­la­rı­na da­xil olan sa­hə­lər üz­rə əla­qə­lən­di­ril­mə­si, o cüm­lə­dən ver­gi nə­za­rə­ti, au­dit, ver­gi borc­la­rı­nın alın­ma­sı sa­hə­sin­də fəa­liy­yə­tin ef­fek­tiv­li­yi­nin ar­tı­rıl­ma­sı məq­sə­di­lə Ver­gi qa­nun­ve­ri­ci­li­yi­nin ic­ra­sı­na nə­za­rət və Ver­gi öh­də­lik­lə­ri­nin ic­ra­sı­na nə­za­rət de­par­ta­ment­lə­ri ya­ra­dı­lıb.

Na­zir­li­yin mər­kə­zi apa­ra­tın­da 2 ye­ni mər­kəz də tə­sis edi­lib. Ver­gi­lər Na­zir­li­yi­nin İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı Mər­kə­zi (İTM) ver­gi sis­te­min­də in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın da­ha ge­niş tət­bi­qi və na­zir­li­yin İKT stra­te­gi­ya­sı­nın sə­mə­rə­li hə­ya­ta ke­çi­ril­mə­si ilə məş­ğul olur və bu sa­hə­də va­hid ida­rə­et­mə­ni tə­min edir. İTM-in əsas və­zi­fə­si ver­gi or­qan­la­rın­da in­for­ma­si­ya pro­ses­lə­ri­nin əla­qə­lən­di­ril­mə­si­nə, ge­niş im­kan­la­ra ma­lik proq­ram tə­mi­nat­la­rı­nın ha­zır­lan­ma­sı və on­la­rın fa­si­lə­siz iş­lək və­ziy­yət­də sax­la­nıl­ma­sı­na, mə­lu­mat təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si­nə, bu sa­hə­lər­də risq­lə­rin qiy­mət­lən­di­ril­mə­si­nə, in­for­ma­si­ya eh­ti­yat­la­rı­nın və sis­tem­lə­ri­nin müm­kün təh­did­lər­dən qo­run­ma­sı­na, elek­tron im­za va­si­tə­lə­ri­nin ha­zır­lan­ma­sı, tər­ti­bi və ida­rə edil­mə­si­nə, müa­sir in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı in­fras­truk­tu­ru qur­maq­la ver­gi in­zi­bat­çı­lı­ğı­nın tək­mil­ləş­di­ril­mə­si­nə töh­fə ver­mək­dir.

Me­dia və Kom­mu­ni­ka­si­ya Mər­kə­zi isə ver­gi ödə­yi­ci­lə­ri­nin və cə­miy­yə­tin bü­tün tə­bə­qə­lə­ri­nin mə­lu­mat­lan­dı­rıl­ma­sı, ver­gi sis­te­min­də hə­ya­ta ke­çi­ri­lən is­la­hat­la­rın, ver­gi qa­nun­ve­ri­ci­li­yin­də baş ver­miş də­yi­şik­lik­lə­rin İKT-nin im­kan­la­rın­dan is­ti­fa­də et­mək­lə ic­ti­ma­iy­yə­tə düz­gün çat­dı­rıl­ma­sı, bu sa­hə­də ye­ni ya­naş­ma­la­rın və ye­ni va­hid kom­mu­ni­ka­si­ya si­ya­sə­ti­nin for­ma­laş­dı­rıl­ma­sı, me­dia ilə iş­lə­rin müx­tə­lif plat­for­ma­lar­da və so­si­al müs­tə­vi­lər­də ye­ni­dən təş­ki­li və ge­niş­lən­di­ril­mə­si məq­sə­di­lə ya­ra­dı­lıb.

Pay­taxt­da, elə­cə də re­gi­on­lar­da fəa­liy­yət gös­tə­rən ver­gi or­qan­la­rı­nın da struk­tu­run­da cid­di də­yi­şik­lik­lər edi­lib. Ver­gi­lər Na­zir­li­yi ya­nın­da Ba­kı Ver­gi­lər De­par­ta­men­ti və 1 say­lı De­par­ta­ment ləğv edi­lə­rək on­la­rın ba­za­sın­da Ver­gi­lər Na­zir­li­yi ya­nın­da Mil­li gə­lir­lər de­par­ta­men­ti, Ba­kı şə­hə­ri Lo­kal gə­lir­lər de­par­ta­men­ti və Ba­kı şə­hə­ri Ki­çik sa­hib­kar­lıq­la iş de­par­ta­men­ti ya­ra­dı­lıb. Bu de­par­ta­ment­lə­rin ya­ra­dıl­ma­sı "döv­riy­yə in­ter­val­la­rı" prin­si­pi­nə söy­kə­nir və ver­gi ödə­yi­ci­lə­ri ilə işin qu­rul­ma­sın­da ya­naş­ma­la­rı di­fe­ren­si­al­laş­dır­maq, iri, or­ta və ki­çik sa­hib­kar­lar­la fər­di ya­naş­ma əsa­sın­da iş­lə­mək məq­sə­di da­şı­yır. Ar­tıq struk­tur­la­rın fəa­liy­yət prin­sip­lə­ri, ver­gi ödə­yi­ci­lə­ri ilə işin qu­rul­ma­sı ilə bağ­lı nor­ma­tiv-hü­qu­qi ba­za­sı da təs­diq edi­lib.

Hə­ya­ta ke­çi­ri­lən struk­tur və kadr is­la­hat­la­rı­nın da­ha bir mü­hüm mə­qa­mı ye­ni ya­ra­dıl­mış de­par­ta­ment­lər­də di­rek­tor­lar və baş di­rek­tor­lar ins­ti­tu­tu­nun tə­sis edil­mə­si­dir. Di­rek­tor­luq ins­ti­tu­tu iş­lə­rin və funk­si­ya­la­rın ic­ra­sın­da ca­vab­deh­lik və mə­su­liy­yə­ti ar­tır­maq­la ya­na­şı, həm də ida­rə­et­mə sis­te­min­də ho­ri­zon­tal və ver­ti­kal nə­za­rə­tin ef­fek­tiv şə­kil­də hə­ya­ta ke­çi­ril­mə­si­nə im­kan ve­rə­cək, ye­ni ya­ra­dıl­mış de­par­ta­ment­lə­rin da­ha sə­mə­rə­li, düz­gün və ra­sio­nal ida­rə olun­ma­sı­nı tə­min edə­cək.

 

Bey­nəl­xalq təc­rü­bə­yə əsas­la­nan ye­ni ya­naş­ma­lar

Ver­gi in­zi­bat­çı­lı­ğı­nın ye­ni struk­tu­ru, ilk növ­bə­də, iri ver­gi ödə­yi­ci­lə­ri üz­rə iş­lə­rin da­ha key­fiy­yət­li təş­ki­li­nə, or­ta sa­hib­kar­lar­la mü­na­si­bət­lə­rin əsa­sən part­nyor­luq müs­tə­vi­sin­də qu­rul­ma­sı­na, ki­çik sa­hib­kar­la­ra mü­na­si­bət­də isə da­ha sa­də və sə­mə­rə­li ver­gi in­zi­bat­çı­lı­ğı­nın for­ma­laş­dı­rıl­ma­sı­na xid­mət edir. Fərq­li döv­riy­yə­yə ma­lik və fərq­li sa­hə­lər­də fəa­liy­yət gös­tə­rən ver­gi ödə­yi­ci­lə­ri­nə fər­di ya­naş­ma prin­si­pi­nin tət­bi­qi be­lə ödə­yi­ci­lə­rə da­ha sə­mə­rə­li xid­mət­lə­rin gös­tə­ril­mə­si­nə, on­lar­da ver­gi nə­zə­rə­ti təd­bir­lə­ri­nin mi­ni­mal­laş­dı­rıl­ma­sı­na, hə­min ödə­yi­ci­lə­rə mü­na­si­bət­də ver­gi­lər­lə bağ­lı bü­tün təd­bir­lə­rin va­hid ver­gi or­qa­nın­dan, fak­ti­ki ola­raq "bir pən­cə­rə" prin­si­pi üz­rə hə­ya­ta ke­çi­ril­mə­si­nə im­kan ve­rir.

Ver­gi­lər Na­zir­li­yi iri və xü­su­si re­cim­li mü­əs­si­sə­lər­lə iş prin­si­pin­də ge­niş ana­li­tik təh­li­lə və risk­lə­rin qiy­mət­lən­di­ril­mə­si sis­te­mi­nə əsas­la­nan si­ya­sət yü­rü­də­cək. Bu sa­hə­də da­ha çox möv­cud risk­lə­rin qiy­mət­lən­di­ril­mə­si, elek­tron au­di­tin tət­bi­qi si­ya­sə­ti­nə üs­tün­lük ve­ri­lə­cək. Be­lə ödə­yi­ci­lər­də ver­gi­dən ya­yın­ma risk­lə­ri fər­di və tə­fər­rü­at­lı şə­kil­də apa­rı­la­caq, el­mi əsas­lı iq­ti­sa­di təh­lil­lər əsa­sın­da proq­noz­lar mü­əy­yən edi­lə­cək, ver­gi nə­za­rə­ti təd­bir­lə­ri, o cüm­lə­dən səy­yar ver­gi yox­la­ma­la­rı da­ha mü­fəs­səl və əha­tə­li ke­çi­ri­lə­cək.

Or­ta gə­lir­lə­rə ma­lik lo­kal mü­əs­si­sə­lər­lə və in­ti­zam­lı ver­gi ödə­yi­ci­lə­ri ilə iş prin­si­pi isə şəf­faf part­nyor­luq mü­na­si­bət­lə­ri əsa­sın­da qu­ru­la­caq. Be­lə ödə­yi­ci­lə­rə mü­na­si­bət­də ver­gi­dən ya­yın­ma hal­la­rı fəa­liy­yət sa­hə­si­nin xü­su­siy­yət­lə­ri nə­zə­rə alın­maq­la mü­əy­yən edi­lə­cək, ver­gi nə­za­rə­ti üz­rə op­ti­mal təd­bir­lər se­çi­lə­cək.

Ki­çik sa­hib­kar­la­ra mü­na­si­bət­də ta­ma­mi­lə ye­ni ya­naş­ma­lar tət­biq olu­na­caq. "Azər­bay­can Res­pub­li­ka­sın­da ki­çik və or­ta sa­hib­kar­lıq sə­viy­yə­sin­də is­teh­lak mal­la­rı­nın is­teh­sa­lı­na da­ir Stra­te­ci Yol Xə­ri­tə­si"ndə mü­əy­yən edil­di­yi ki­mi, Azər­bay­can­da biz­nes mü­hi­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə apa­rı­lan ver­gi is­la­hat­la­rın­da əsas diq­qət ki­çik və or­ta sa­hib­kar­lıq sub­yekt­lə­ri­nə (KOS) yö­nəl­di­lə­cək. Ver­gi­lər Na­zir­li­yi tə­rə­fin­dən ver­gi də­rə­cə­lə­ri­nin op­ti­mal sə­viy­yə­si­nin mü­əy­yən­ləş­di­ril­mə­si və KOS-un di­na­mik in­ki­şa­fı məq­sə­di­lə biz­nes as­so­sia­si­ya­la­rı, ic­ti­mai təş­ki­lat­lar cəlb edil­mək­lə məs­lə­hət­ləş­mə­lər apa­rı­la­caq, ver­gi si­ya­sə­tin­də əsas diq­qət əmək­haq­la­rı­na, ha­be­lə KOS sub­yekt­lə­ri­nin öz döv­riy­yə­lə­ri­ni le­qal­laş­dır­ma­ğa təş­viq edil­mə­si­nə yö­nəl­di­lə­cək. Ki­çik sa­hib­kar­la­ra mü­na­si­bət­də əks-əla­qə prin­si­pi tət­biq olu­na­caq. Məq­səd da­ha çox mə­lu­mat­la­rın ötü­rül­mə­si, uço­tun də­qiq­ləş­di­ril­mə­si, xid­mət çe­şid­lə­ri­nin ar­tı­rıl­ma­sı, bu ka­te­qo­ri­ya sa­hib­kar­lıq sub­yekt­lə­ri­nin ver­gi və in­zi­ba­ti yü­kü­nün azal­dıl­ma­sı ilə kö­nül­lü əmə­let­mə sə­viy­yə­si­ni yük­səlt­mək­dir.

Ver­gi­lər Na­zir­li­yi he­sa­bat­lı­lı­ğın və bə­yan­na­mə­lə­rin təq­dim olun­ma­sı sis­te­min­də də də­yi­şik­lik­lər edə­cək. Ki­çik və or­ta sa­hib­kar­lıq sub­yekt­lə­ri üçün bə­yan­na­mə və he­sa­bat for­ma­la­rı sa­də­ləş­di­ri­lə­cək. Müa­sir dövr­də ver­gi or­qan­la­rı qar­şı­sın­da du­ran baş­lı­ca və­zi­fə­lər­dən bi­ri aşa­ğı risk qru­pu­na da­xil olan ver­gi ödə­yi­ci­lə­ri­nə hər­tə­rəf­li dəs­tə­yin ve­ril­mə­si, part­nyor­luq sa­ziş­lə­ri əsa­sın­da ver­gi risk­lə­ri­nin mi­ni­mal­laş­dı­rıl­ma­sı­dır. İri və xü­su­si re­cim­li mü­əs­si­sə­lər üçün isə he­sa­bat­lı­lıq­da ana­li­tik təh­lil­lə­rin apa­rıl­ma­sı­na im­kan ve­rə­cək tək­mil­ləş­dir­mə­lər apa­rı­la­caq. Bu ya­naş­ma əra­zi ver­gi or­qan­la­rın­da da tət­biq edi­lib. Yer­li ver­gi or­qan­la­rı­nın struk­tu­run­da ki­çik sa­hib­kar­lar­la iş­lə­yə­cək ay­rı­ca ida­rə­lər və ver­gi ödə­yi­ci­lə­ri­nə xid­mət və şəf­faf ver­gi part­nyor­lu­ğu şö­bə­lə­ri ya­ra­dı­lıb.

Sa­hib­kar­la­rı na­ra­hat edən əsas mə­sə­lə­lər - ver­gi yox­la­ma­la­rı, xü­su­si­lə ka­me­ral yox­la­ma­lar, ope­ra­tiv nə­za­rət təd­bir­lə­ri sa­hə­lə­rin­də mü­şa­hi­də olu­nan prob­lem­lər, o cüm­lə­dən ver­gi əmək­daş­la­rı tə­rə­fin­dən edi­lən aram­sız zəng­lər, bank he­sab­la­rı­na tez-tez sə­rən­cam­la­rın qo­yul­ma­sı və s. ki­mi mə­sə­lə­lər ara­dan qal­dı­rı­lıb. Mü­hüm mə­sə­lə­lər­dən bi­ri də bu­dur ki, ye­ni ad­mi­nis­tra­tiv ya­naş­ma­da ver­gi or­qan­la­rı­nın təh­lil apa­rıl­ma­dan, onun zə­ru­ri əsas­lan­dı­rıl­ma­sı ol­ma­dan yox­la­ma ke­çir­mə­si­nin müm­kün­süz­lü­yü öz ək­si­ni ta­pıb. Ver­gi öh­də­lik­lə­ri və ver­gi po­ten­sia­lı risk mo­dul­la­rı üzə­rin­dən də­yər­lən­di­ri­lə­cək. Ar­tıq Ver­gi­lər Na­zir­li­yin­də risk­lə­rin av­to­ma­tik emal edil­mə­si­nə, təh­li­li­nə və ver­gi ödə­yi­ci­lə­ri­nin risk me­yar­la­rı üz­rə qrup­laş­dı­rıl­ma­sı­na im­kan ve­rən risk­lə­rin qiy­mət­lən­di­ril­mə­si sis­te­mi ya­ra­dı­lıb. Yer­li struk­tur­lar, ümu­miy­yət­lə, öz qə­rar­la­rı əsa­sın­da ver­gi nə­za­rə­ti təd­bir­lə­ri ke­çir­mə­yə­cək. Aşa­ğı risk qrup­la­rı üçün ver­gi ödə­yi­ci­lə­ri­nin he­sab­la­rı­na sə­rən­cam qo­yul­ma­sı, öl­kə­dən çı­xış­la­rı­na məh­du­diy­yət­lə­rin mü­əy­yən edil­mə­si məh­dud­laş­dı­rı­la­caq, KOS sub­yekt­lə­rin­də yox­la­ma­lar tək­mil­ləş­di­ri­lə­cək. İlk növ­bə­də, KOS sub­yekt­lə­rin­də yox­la­ma­la­rın risk də­rə­cə­si əsa­sın­da apa­rıl­ma­sı prin­sip­lə­ri­nin tət­bi­qi ge­niş­lən­di­ri­lə­cək, yox­la­ma­la­rın sa­yı op­ti­mal­laş­dı­rı­la­caq. KOS sub­yekt­lə­rin­də səy­yar yox­la­ma­la­rın sa­yı məh­dud­laş­dı­rı­la­caq və elek­tron yox­la­ma me­to­du tət­biq edi­lə­cək. Ope­ra­tiv ver­gi nə­za­rə­ti pro­se­si tək­mil­ləş­di­ri­lə­rək ye­ni qay­da­la­ra uy­ğun, da­ha si­vil for­ma­da apa­rı­la­caq. İKT sa­hə­sin­də ye­ni in­no­va­tiv tex­no­lo­gi­ya­la­rın tət­bi­qi sa­yə­sin­də ƏDV-nin qay­ta­rıl­ma­sı pro­se­si sü­rət­lən­di­ri­lə­cək­dir. 2011-ci il­dən təs­diq­lən­miş Av­ro­pa stan­dart­la­rı əsa­sın­da fəa­liy­yət gös­tə­rən ("Aus­tri­an Stan­dards plus" tə­rə­fin­dən mü­va­fiq ser­ti­fi­kat ve­ri­lib) və ca­vab­lan­dır­dı­ğı sor­ğu­la­rı hü­qu­qi qüv­və­yə ma­lik olan Ver­gi­lər Na­zir­li­yi­nin Çağ­rı Mər­kə­zi­nin fəa­liy­yə­ti da­ha da tək­mil­ləş­di­ri­lə­cək.

Bü­tün bu də­yi­şik­lik­lər iq­ti­sa­diy­ya­tın ca­ri struk­tur­laş­dı­rıl­ma­sı­na uy­ğun ola­raq ya­xın gə­lə­cək üçün əsas fis­kal yü­kün iri ödə­yi­ci­lər üzə­rin­də cəm­lən­mə­si­nə, ki­çik və or­ta sa­hib­kar­lı­ğın ver­gi və in­zi­ba­ti yü­kü­nün azal­dıl­ma­sı yo­lu ilə on­la­rın fəa­liy­yə­ti­nin da­ha da ge­niş­lən­mə­si hə­dəf­lə­ri­nə xid­mət edir. Ver­gi is­la­hat­la­rı­nın da­vam­lı­lı­ğı KOS sub­yekt­lə­ri­nin rə­qa­bət qa­bi­liy­yə­ti­ni da­ha da ar­tı­ra­caq, xü­su­si­lə ye­ni ya­ra­nan mü­əs­si­sə­lə­rin da­ya­nıq­lı­lı­ğı­na müs­bət tə­sir gös­tə­rə­cək, öl­kə­də xa­ri­ci şir­kət­lə­rin nü­ma­yən­də­lik­lə­ri­nin açıl­ma­sı­nı təş­viq edə­cək və iq­ti­sa­diy­ya­tın qey­ri-neft sek­to­ru­na in­ves­ti­si­ya­lar cəlb edil­mə­si üçün da­ha əl­ve­riş­li şə­ra­it ya­ra­da­caq.

Be­lə­lik­lə, cə­nab Pre­zi­den­tin Da­vos Fo­ru­mu­nun say­tın­da ya­yım­lan­mış mə­qa­lə­sin­də də qeyd edil­di­yi ki­mi, ver­gi və göm­rük sis­te­mi­nin şəf­faf­laş­ma­sı is­ti­qa­mə­tin­də çox cid­di ad­dım­lar atı­lıb. Şüb­hə­siz ki, həm döv­lət, həm də ver­gi or­qan­la­rı bü­tün bu ye­ni­lik­lə­rin ver­gi ödə­yi­ci­lə­ri tə­rə­fin­dən də adek­vat qar­şı­la­na­ca­ğı­na, on­la­rın öz ver­gi öh­də­lik­lə­ri­nin ic­ra­sı­na mə­su­liy­yət­lə ya­naş­maq­la ver­gi­lə­ri vax­tın­da və tam həcm­də ye­ri­nə ye­ti­rə­cə­yi­nə əmin­dir­lər. Sa­hib­kar­lar da öz növ­bə­sin­də fəa­liy­yət­lə­ri­ni şəf­faf qur­ma­lı­dır­lar. Şəf­faf­lıq bir­tə­rəf­li qu­rul­mur, biz qar­şı­lıq­lı eti­ma­da söy­kə­nən eti­bar­lı part­nyor­luq mü­na­si­bət­lə­ri­nin tə­rəf­da­rı­yıq. Di­gər tə­rəf­dən, unut­maq la­zım de­yil ki, ver­gi or­qan­la­rı öz fis­kal funk­si­ya­la­rı­nı hə­ya­ta ke­çir­mək üçün tex­no­lo­ci im­kan­la­rı­nı da­im ge­niş­lən­di­rir­lər. Ümid edi­rik ki, sa­hib­kar­lar ver­gi yü­kü­nün aşa­ğı sa­lın­ma­sı­nı, nə­za­rət təd­bir­lə­ri­nin azal­dıl­ma­sı­nı, he­sa­bat­lı­lı­ğın sa­də­ləş­di­ril­mə­si­ni və bu is­la­hat­la­rın öl­kə­nin iq­ti­sa­di in­ki­şa­fı­na ve­rə­cə­yi töh­fə­ni düz­gün qiy­mət­lən­di­rə­cək­lər.

  

Bi­lik me­nec­men­ti­nə əsas­la­nan in­san re­surs­la­rı

Bu­nun­la be­lə, Ver­gi­lər Na­zir­li­yi öz fis­kal funk­si­ya­la­rı­nın uğur­la ye­ri­nə ye­ti­ril­mə­si, ef­fek­tiv hə­ya­ta ke­çi­ril­mə­si üçün tex­no­lo­ci və in­zi­ba­ti po­ten­sia­lı­nın güc­lən­di­ril­mə­si si­ya­sə­ti­ni, müa­sir ver­gi in­zi­bat­çı­lı­ğın­da bi­lik me­nec­men­ti­nin və tex­no­lo­gi­ya­la­rın ro­lu­nun ar­tı­rıl­ma­sı­na yö­nə­lik is­la­hat­la­rı bun­dan son­ra da da­vam et­di­rə­cək­dir. Müa­sir dövr­də hər bir öl­kə­nin ver­gi sis­te­mi­nin sə­mə­rə­li fəa­liy­yə­ti ver­gi in­zi­bat­çı­lı­ğı­nın müx­tə­lif sa­hə­lə­rin­də  in­for­ma­si­ya-kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı­nın ən son nai­liy­yət­lə­ri­nə əsas­la­nan  bi­lik me­nec­men­ti­nin tət­bi­qi­ni ob­yek­tiv zə­ru­rə­tə çe­vi­rib. Bi­lik me­nec­men­ti­nin tət­bi­qi ver­gi or­qan­la­rı və ver­gi ödə­yi­ci­lə­ri­nin risk­lə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si və ida­rə edil­mə­si ba­xı­mın­dan ye­ni im­kan­lar açır. Bi­lik me­nec­men­ti qey­ri-mad­di ak­tiv­lə­rin də­yər­lə­rə çev­ril­mə­si­nə im­kan ya­ra­dan ən müa­sir ida­rə­et­mə sa­hə­si ol­maq­la ve­ri­lən­lə­rin mə­lu­mat­la­ra, mə­lu­mat­la­rın bi­lik­lə­rə çev­ril­mə­si, bi­lik­lər əsa­sın­da düz­gün ida­rə­et­mə qə­rar­la­rı­nın ve­ril­mə­si və də­yər­lə­rin əl­də edil­mə­si məq­sə­di­lə is­ti­fa­də olu­nur. İn­no­va­tiv ya­naş­ma­lar, in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı tə­məl­li bi­lik me­nec­men­ti­nin tət­bi­qi nə­ti­cə­sin­də təş­ki­la­tın in­tel­lek­tu­al və tex­no­lo­ci ka­pi­ta­lı ar­tır, in­san­la­rın bi­lik­lə­ri və təş­ki­lat­çı­lıq mə­də­niy­yə­ti, struk­tur­la­rın fəa­liy­yət­lə­ri və tex­no­lo­gi­ya­lar bir-bi­ri ilə bir­lə­şə­rək sə­mə­rə­li iş­lə­yir, risk­lər mi­ni­mal­laş­dı­rı­lır. Bu­nun­la da da­ha az xərc­lə ver­gi öh­də­lik­lə­ri­nə əməl edil­mə­si tə­min olu­nur.

Ver­gi­lər Na­zir­li­yi in­san re­surs­la­rı­nın tək­mil­ləş­di­ril­mə­si, pe­şə­kar kadr ha­zır­lı­ğı­nın da­ha yük­sək sə­viy­yə­yə qal­dı­rıl­ma­sı mə­sə­lə­si­nə xü­su­si diq­qət­lə ya­na­şır. 2017-ci il­də bu mə­sə­lə mil­li ver­gi sis­te­min­də prio­ri­tet fəa­liy­yət is­ti­qa­mə­ti ola­caq. Qar­şı­da du­ran hə­dəf və məq­səd­lə­rin hə­ya­ta ke­çi­ril­mə­sin­də apa­rı­cı qüv­və məhz ana­li­tik dü­şün­cə­yə, mü­va­fiq bi­lik və ba­ca­rıq­la­ra sa­hib olan in­san re­surs­la­rı­dır.  Bu məq­səd­lə Av­ro­pa İt­ti­fa­qı­nın Qon­şu­luq Si­ya­sə­ti çər­çi­və­sin­də "İn­san re­surs­la­rı­nın in­ki­şa­fı sa­hə­sin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Ver­gi­lər Na­zir­li­yi­nə dəs­tək" tvin­ninq la­yi­hə­si re­al­laş­dı­rı­lıb. Fran­sa və İs­pa­ni­ya­dan olan tə­rəf­daş­la­rı­mız­la bir­lik­də in­no­va­tiv ya­naş­ma­la­rı olan, ye­ni ba­xış­la­ra ma­lik me­ne­cer qrup­la­rı for­ma­laş­dı­rı­lıb və ar­tıq on­lar ye­ni ver­gi si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də mü­hüm rol oy­na­yır­lar.

Bun­dan baş­qa, ver­gi xid­mə­ti əmək­daş­la­rı­nın ümu­mi ha­zır­lı­ğı­nın ar­tı­rıl­ma­sı məq­sə­di­lə ser­ti­fi­kat­laş­dır­ma proq­ram­la­rı ic­ra olu­nur. Bu proq­ram müx­tə­lif sə­viy­yə­li ser­ti­fi­kat­la­rın əl­də edil­mə­si üçün tə­lim və im­ta­han­dan iba­rət­dir və ver­gi iş­çi­si­nin ca­ri ha­zır­lı­ğı­nı, ver­gi sa­hə­sin­də bi­lik və ba­ca­rıq­la­rı­nı da­im ar­tır­maq üçün sti­mul­dur. Qar­şı­da­kı il­lər­də kadr­la­rın mü­va­fiq va­kan­si­ya­la­ra tə­yi­na­tın­da və irə­li­lə­mə­sin­də bü­tün bun­lar əsas me­yar ki­mi gö­tü­rü­lə­cək­dir.

Ver­gi xid­mə­ti­nin in­san re­surs­la­rı­nın in­ki­şaf et­di­ril­mə­sin­də Ver­gi­lər Na­zir­li­yi­nin Təd­ris Mər­kə­zi­nin mü­hüm ro­lu var. Bey­nəl­xalq An­ti­kor­rup­si­ya Aka­de­mi­ya­sı ilə im­za­lan­mış An­laş­ma Me­mo­ran­du­mu­na əsa­sən, kor­rup­si­ya ilə mü­ba­ri­zə sa­hə­sin­də re­gio­nal mər­kəz he­sab edi­lən Ver­gi­lər Na­zir­li­yi­nin Təd­ris Mər­kə­zin­də hər il yüz­lər­lə ver­gi əmək­da­şı müx­tə­lif tək­mil­ləş­dir­mə kurs­la­rı ke­çir, ye­ni bi­lik və ba­ca­rıq­la­ra yi­yə­lə­nir­lər.

Mil­li ver­gi sis­te­min­də bey­nəl­xalq təc­rü­bə­nin tət­bi­qi sa­hə­sin­də Ver­gi­lər Na­zir­li­yi­nin Av­ro­pa­da­xi­li Ver­gi Ad­mi­nis­tra­si­ya­la­rı Təş­ki­la­tı (IO­TA) ilə əla­qə­lə­ri­ni qeyd et­mək is­tər­dim. 2002-ci il­dən təş­ki­la­tın tam­hü­quq­lu üz­vü olan Azər­bay­can IO­TA ilə əla­qə­lə­rin də­rin­ləş­di­ril­mə­si­nə, üzv öl­kə­lə­rin ver­gi ad­mi­nis­tra­si­ya­la­rı­nın mü­tə­rəq­qi təc­rü­bə­lə­ri­nin öy­rə­nil­mə­si­nə və on­la­rın mil­li ver­gi sis­te­min­də tət­bi­qi­nə ge­niş yer ve­rir. Ha­zır­da biz IO­TA-ya üzv öl­kə­lə­rin ver­gi ad­mi­nis­tra­si­ya­la­rın­da tə­lim-təd­ris sa­hə­sin­də yax­şı təc­rü­bə­lə­rin öy­rə­nil­mə­si­ni və tət­bi­qi­ni, e-tə­lim pro­ses­lə­ri­ni ya­xın­dan iz­lə­yi­rik. Ver­gi iş­çi­lə­ri­nin tə­lim­lən­di­ril­mə­si və müa­sir təd­ris pro­se­si­nə cəlb edil­mə­si 2017-ci il­də prio­ri­tet fəa­liy­yə­ti­mi­zə da­xil­dir. E-tə­lim­lə bağ­lı ən son in­no­va­si­ya­la­rı tət­biq et­mə­yi qar­şı­ya məq­səd qoy­muş Azər­bay­ca­nın ver­gi ad­mi­nis­tra­si­ya­sı bu sa­hə­də IO­TA ilə möv­cud olan məh­sul­dar və kons­truk­tiv əmək­daş­lı­ğa bö­yük önəm ve­rir.

Əmi­nəm ki, ver­gi xid­mə­tin­də apa­rı­lan is­la­hat­lar, ver­gi qa­nun­ve­ri­ci­li­yin­də tət­biq edi­lən li­be­ral­laş­dır­ma, ver­gi mü­hi­ti­nin cəl­be­di­ci­li­yi­nin ar­tı­rıl­ma­sı üçün hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər, ver­gi yü­kü­nün əsas­lı şə­kil­də azal­dıl­ma­sı, in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­na və bi­lik me­nec­men­ti­nə əsas­la­nan ver­gi in­zi­bat­çı­lı­ğı­nın for­ma­laş­dı­rıl­ma­sı və iq­ti­sa­diy­ya­tın tə­ləb­lə­rin­dən irə­li gə­lən ver­gi me­nec­men­ti Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nın ye­ni in­ki­şaf yo­lu­na, elə­cə də sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na, öl­kə­mi­zin tə­rəq­qi­si na­mi­nə biz­nes və ver­gi or­qan­la­rı­nın sə­mə­rə­li əmək­daş­lı­ğı­na öz əvəz­siz töh­fə­si­ni ve­rə­cək­dir. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

07.07.2026 / 12:49
Monakoda ukraynalı oliqarxa sui-qəsd edən qadının özünü də ortadan götürdülər – cəsədi Kiyevdə tapıldı…

07.07.2026 / 12:43
Slovakiya rus turistlər üçün vizanı dayandırdı - yalnız idmançılar…

07.07.2026 / 12:27
Ankarada tarixi NATO zirvəsi başladı - Rutte ilk qərarı açıqladı…

07.07.2026 / 12:12
NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?

07.07.2026 / 11:53
İrandan ABŞ-a xəbərdarlıq - təhdidlər dayanmasa danışıqlar başlamayacaq...

07.07.2026 / 11:37
MM "Ümumi təhsil haqqında" Qanuna dəyişiklikləri təsdiqlədi

07.07.2026 / 11:22
"Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb" - Prezident

07.07.2026 / 11:14
Netanyahu Trampa çağırış etdi - Türkiyəyə F-35 verməyin...

07.07.2026 / 11:05
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

07.07.2026 / 10:53
Hərbi xidmətdən yayındırmaq üçün rüşvət alan vəzifəli şəxs məhkəməyə verildi...

07.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlandı

07.07.2026 / 10:34
Zelenski Putini hədələdi - minlərlə dron Moskvaya uçanda o başa düşəcək...

07.07.2026 / 10:10
Səhiyyə nazirinə yeni müavin təyin olundu

07.07.2026 / 09:45
Hörmüz boğazında gərginlik yenidən artır – İran Oman sahillərində iki tankeri vurdu...

07.07.2026 / 09:23
Tramp Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyə bilər...

07.07.2026 / 09:06
Bakıda motoxuliqanlıq edən şəxs həbs olundu

07.07.2026 / 08:49
YAP-ın altı rayon təşkilatında sədr dəyişdi...

07.07.2026 / 05:54
Ermənistanda Tsarukyan işi - 70-dən çox ünvanda axtarış aparılır…

07.07.2026 / 05:34
CHP-də sular durulmur - daha 4 vilayət sədri vuruldu

07.07.2026 / 05:29
Serj Sarkisyan barəsində müsadirə qərarı - 1,7 milyon

06.07.2026 / 23:42
Tsarukyanın özünü damladılar, malikanəsində saxladığı üç şir və bir pələngi də müsadirə etdilər...

06.07.2026 / 23:26
FIFA amerikalı futbolçunun cəzasını Trampın istəyi ilə ləğv etdi - Dünya Çempionatında “qırmızı kart” qalmaqalı...

06.07.2026 / 23:06
"Çiçəklənən Ermənistan"ın sədri Tsarukyan saxlanıldı - 22 milyon dollarlıq fırıldaqçılıq...

06.07.2026 / 22:43
Ermənistanın 5 müxalif partiyası Azərbaycanla sülh sazişi üzərinə açıq yürüşə başladılar - “olmaz”...

06.07.2026 / 22:23
Birlik Karate Klubunun idmançısı Aslan Ercan kəmər və sertifikatla təltif edildi… - FOTO

06.07.2026 / 22:10
4 NATO ölkəsi yeni müdafiə mexanizmi yaradır

06.07.2026 / 21:58
Tramp NATO Zirvəsində Rusiya-Ukrayna savaşına son verəcək

06.07.2026 / 21:45
Mingəçevir Dövlət Universiteti “Cybersign” MMC ilə əməkdaşlığa başladı

06.07.2026 / 21:45
Ermənistan Azərbaycanla Türkiyənin elektrik şəbəkəsinə qoşulmaq istəyir...

06.07.2026 / 21:43
Səfir Karlovun qətli də FETÖ əməli imiş?..

06.07.2026 / 21:38
NATO nümayəndə heyəti Anıtqəbiri ziyarət etdi

06.07.2026 / 21:22
Vətəndaşlara bütün xidmətlərin rəqəmsallaşması kursu özü ilə risklər də gətirir...

06.07.2026 / 21:21
Avstraliya baş naziri yersiz sualı cavablamaqla özünü çətinə saldı

06.07.2026 / 21:05
Avropanın daha bir dövləti Azərbaycanın Orta Dəhliz layihəsinə qoşulur...

06.07.2026 / 20:46
Tramp Prezident İlham Əliyevi G20 zirvəsinə dəvət etdi…

06.07.2026 / 20:35
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyə start verdi

06.07.2026 / 20:30
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası hesabat verdi… - FOTO

06.07.2026 / 19:41
Şirvanda çətənə yetişdirən şəxs saxlandı

06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...

06.07.2026 / 18:51
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO

06.07.2026 / 18:43
Rusiyanın Ukrayna dronlarını niyə vura bilmədiyi ortaya çıxdı – işin arxasından ABŞ kəşfiyyatı çıxır...

06.07.2026 / 18:28
Ukrayna müharibəsinin əsil mahiyyətini gizlətmək üçün Rusiyadan yeni ideya...

06.07.2026 / 18:21
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqlədi

06.07.2026 / 18:03
İsrailin NATO-nu Türkiyəyə qarşı qaldırmaq planı...

06.07.2026 / 17:45
Naxçıvana uçuşlar təxirə salındı...

06.07.2026 / 17:39
Göyçə gölü ətrafında Alban məbədləri

06.07.2026 / 17:26
Demokrat və respublikaçı sabiq prezidentlər Trampa qarşı birləşdi - Hakimiyyət ömrünü uzatmaq eyhamı...

06.07.2026 / 17:09
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərdi

06.07.2026 / 17:07
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli

06.07.2026 / 16:35
Şirvanda 34 min manatlıq naqil oğurladılar...

06.07.2026 / 16:26
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.07.2026 / 16:22
Görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət - Sabit Abbasəliyev...

06.07.2026 / 16:19
İsrail ABŞ-İran razılaşmasının pozulacağını gözləyir - dərhal zərbə vuracaq...

06.07.2026 / 15:55
NATO ilə Rusiyanin arasında "Şərq qalxanı" qurulur...

06.07.2026 / 15:37
Paşinyan Konstitusiya günündə Azərbaycanın əsas tələbindən danışdı...

06.07.2026 / 15:36
“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik təsdiqləndi

06.07.2026 / 15:22
Azərbaycanda bir ildə uşaq doğumu 10 min nəfər azaldı...

06.07.2026 / 15:08
Ermənistan Rusiya qazını Avropa qiymətinə alacaq...

06.07.2026 / 14:53
ABŞ Zelenskiyə xəbərdarlıq etdi - Hücumu dayandırıb, müdafiəyə keçin...

06.07.2026 / 14:26
Ozəl bağçalara dövlətdən pul hansı meyarlarla ayrılır... Şəffaflığa şübhələr var

06.07.2026 / 14:06
Rusiya dronla Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu...

06.07.2026 / 13:47
Hikmət Hacıyev Qəbələdən paylaşım etdi

06.07.2026 / 13:33
Bakıda avtobus yanıb kül oldu...

06.07.2026 / 12:32
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı...

06.07.2026 / 12:16
Baş Prokurorluq Gürcüstanda öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

06.07.2026 / 11:50
Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışına geri sayım başlayıb - FOTO

06.07.2026 / 11:18
DÇ-2026 - Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı...

06.07.2026 / 11:05
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

06.07.2026 / 10:56
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO

06.07.2026 / 10:52
İki gündə 81 cinayətin üstü açıldı...

06.07.2026 / 10:52
Ankarada NATO Zirvəsinə Trampın nəqliyyatı özündən qabaq gəlib

06.07.2026 / 10:42
İsrail ordusunun cəmi 10 günlük sursat ehtiyatı qalıb – Libermandan iddia...

06.07.2026 / 10:37
Tramp Meloni barəsində "İntizam tədbiri görülməlidir" deyir…

06.07.2026 / 10:26
Şərurda faciəvi - ata, ana və 1 yaşlı övladları qəzada həlak oldu...

06.07.2026 / 10:05
Ermənistanda partiya liderinin evində və şirkətlərində axtarış aparılır...

06.07.2026 / 09:48
Rusiya raketi Kiyevə ballistik raket yağdırdı – çox sayda ölü və yaralılar var...

06.07.2026 / 09:33
Venesuelada zəlzələdə ölənlərin sayı 3 mini keçdi...

06.07.2026 / 09:21
Nebenzya Quterreşin cavabını “lağa qoyma” adlandırdı

06.07.2026 / 09:08
Xameneinin dəfn mərasimində ŞOK çağırış – “Trampı öldürmək bizim borcumuzdur”...

06.07.2026 / 08:39
Növbəti köç karvanları Cəbrayıla yola salındı

06.07.2026 / 08:10
DÇ-2026-da SENSASİYA - Norveç Braziliyanı mundialdan kənarlaşdırdı...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ