Azərbaycan Birləşmiş Ərəb Əmirliyinə və regionun digər ölkələrinə çay, ət və bal ixrac edəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə BƏƏ-də keçirilən “Gulfood 2017” sərgisində razılıq əldə olunub. İqtisadiyyat Nazirliyindən bildiriblər ki, ət ixracı ilə bağlı saziş Azərbaycanın “Azprotein” şirkəti ilə BƏƏ-nin “General Trading Company” (ОАЭ) şirkəti arasında imzalanıb, “Astara tea” və “Kercom” şirkətləri isə Dubaya çay və bal ixracı təklifi alıb.
Bundan əlavə, Azərbaycanın “Asico” şirkəti Küveytə meyvə-tərəvəz, ANES şirkəti isə Misir, Əfqanıstan və Səudiyyə Ərəbistanına qoz-fındıq ixrac edəcək.