Bazar günü günü, 01 noyabr 2026
     

"Doktor Qiyamət" Azərbaycanın da qiymətli kağızlara görə zərərə düşə biləcəyini ehtimal edir

Image


Məlum olduğu kimi, Azərbaycan özünün valyuta ehtiyatlarının bir qismini Qərb ölkələrində qiymətli kağızlara yatırır. İndiyə qədər bu istiqamətdə böyük həcmdə vəsait yatırılıb. Proses əvvəlki tempdə olmasa da davam etdirilir. Lakin birjalarda real vəziyyət qiymətli kağızlara vəsait yatırılan ölkələrin, o cümlədən Azərbaycanın müəyyən zərərlə üzləşməsinə gətirib çıxara bilər.
Düzdür, hazırda birjalarda qiymətli kağızların dəyəri kifayət qədər yüksəkdir. Lakin ekspertlər qlobal bazarlarda "balon" partlamasını, yəni qiymətli kağızların dəyərinin qəfildən kəskin şəkildə aşağı düşəcəyini proqnozlaşdırır. Ümumiyyətlə, sərmayəçilər uzun müddətdir qlobal bazarlarda "balon"un partlayıb-partlamadığı ilə maraqlanır. Bu sual qlobal maliyyə böhranını əvvəldən xəbər verən "Doktor Qiyamət" ləqəbli sərmayə mütəxəssisi Mark Faberə də verilib. Faber isə bildirib: "Hazırda qiymətli kağızların qiymətlərində nəhəng bir "balon" olduğunu düşünürəm və bu gec-tez partlayacaq, bəlkə də partlamağa başladı. ABŞ-da "Wall Street"də rekord səviyyələrə çıxmağa başlayan qiymətli kağızlar qəfildən kəskin ucuzlaşacaq. "Wall Street"də qiymətlərin düşməsinin hakim olacağı bir bazara girəcəyik".
Faber ABŞ və qlobal iqtisadiyyatda yaxşılaşma yaşandığına inanmır: "Qlobal iqtisadiyyatın güc qazandığına inanmıram. Hətta zəiflədiyini düşünürəm". Faber bazarlarda qiymətləri aşağı salacaq üç səbəb olduğunu söyləyib: "Bazarlarda qiymətləri aşağı sala biləcək üç səbəb var. Bunlardan ilki Ağ Evdir. Çox zəif bir prezidentimiz var və ABŞ-da daxili çətinlik yaradacaq bəzi siyasi problemlər yaşana bilər. İkincisi dünyada əhəmiyyətli siyasi çətinliklərin olmasıdır. Son olaraq isə, neft qiymətlərinin yüksəlmə potensialını ciddi qəbul etməliyik". Faber bu proqnozlarında tək deyil. Maliyyə məsləhətçiliyi şirkəti "Raymond Ceyms"in baş strateqi Ceffri Saut da bu ayın ortası, ya da avqustun əvvəlində birjada dərin bir eniş gözlənildiyi fikirlərini paylaşıb.
Bütün bunlar fonunda ekspertlər Azərbaycanın investisiya qoyuluşları zamanı kifayət qədər ehtiyatlı olmasını vacib sayır. Çünki bütün hallarda nəzərə almaq lazımdır ki, sektorlarda perspektiv baxımından böhran dalğasının olması və onun genişlənməsi təhlükəsi var. İqtisadçılar vurğulayır ki, bu daha çox qiymətli kağızlar və bank sektorundadır. Ona görə də qiymətli kağızlar və bank sektorlarına ciddi investisiyaların yönəldilməsi arzuolunan deyil. İndiki halda Qərb ölkələrində daha çox arzuolunan daşınmaz əmlaka vəsait yönəldilməsi və səhmləri dövriyyəyə çıxarılan bir sıra iri şirkətlərin alınmasıdır. Bunlar perspektiv baxımından gəlirli ola bilər. Amma qiymətli kağızlar bazarında iştirak uzunmüddətli dövr üçün gəlirli deyil. Lakin real sektorda investisiya qoyuluşlarının risqləri azdır. Çünki indiki halda Qərbdə daşınmaz əmlakın qiyməti kəskin düşüb. İri şirkətlərin səhmlərinin qiymətlərində ciddi azalmalar var. Təbii olaraq bu da imkan yaradır ki, investisiyası olan ölkənin böyük şirkətləri daha ucuz qiymətə daşınmaz əmlaka sahib olub, daha ucuz qiymətə iri şirkətlərdə payçı olsunlar. Amma indiki vəziyyətdə, bütün hallarda, Qərbdə maliyyə sektoru ilə bağlı istiqamətlərə investisiya qoyulması kifayət qədər risqlidir. Xüsusən də ABŞ və Avropada qiymətli kağızlar sektoruna indiki vəziyyətdə yatırım çox böyük risqdir.
Qərb, xüsusən ABŞ-da qiymətli kağızlarla bağlı daha bir problem Rusiya faktoru ilə bağlıdır. "Bloomberg" agentliyi hələ bir müddət əvvəl buna diqqət çəkərək bildirirdi ki, Çin, Rusiya, ya da hansısa Amerika xəzinəsində böyük paya sahib olan dövlət birdən onları satmağa başlayar, bunun nəticəsində isə hesab-kitab itəcək və bazarda xaos ortaya çıxacaq.
Artıq qiymətli kağızlar bazarına mümkün hücumla bağlı təhdid yaradan iki hadisə baş verib. Birincisi, Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi xəbərdarlıq edib ki, Rusiya Amerikanın sanksiyalarına cavab olaraq Amerikanın dövlət səhmlərindəki böyük ehtiyatlarını dempinq qiymətləri əsasında satışa çıxara bilər. Ardınca isə Federal ehtiyatda saxlanan dövlət qiymətli kağızlarının 100 milyard dollara qədər birdən azalması belə bir situasiya yaradıb ki, Rusiya artıq öz təhdidini reallaşdırmağa başlayır. Amma hələ ki, bu qorxular özünü doğrultmur. Bu barədə hansısa böyük endirim satışları müşahidə edilmir. Mövcud fakt isə ondan xəbər verir ki, 100 milyard dollarlıq qiymətli kağızlar, sadəcə, başqa ölkəyə təhlükəsiz qorunma üçün köçürülüb. Burda vacib olan məsələ başqadır. Amerika qiymətli kağızlarının Rusiya və digər əcnəbi sahibləri bazara təsir göstərmək üçün kifayət qədər gücə sahibdirlər. Bu gücdən istifadə Azərbaycanın da aldığı qiymətli kağızların dəyərini aşağı sala bilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ