Bazar günü günü, 01 noyabr 2026
     

Yerli taxılımızın keyfiyyət problemi fəsadlara yol açır...

Image


Son günlər cəmiyyətdə xüsusi narahatlıqla qarşılanan məsələlərdən biri, heç şübhəsiz, unun qiymətində yaşanan bahalaşma və bunun çörəyin qiymətinə hansı təsir göstərəcəyidir. Eyni zamanda bu məsələ fonunda gündəmə gələn digər bir məqam yerli taxıl istehsalının keyfiyyətidir. Real vəziyyətin təhlili göstərir ki, yerli taxıl hələ də az miqdarda un istehsalında istifadə olunur.
Bu səbəbdən una tələbat daha çox idxal hesabına ödənilir. Belə vəziyyətdə isə dünya bazarlarında unun qiymətində dəyişiklik olduqda bu, dərhal Azərbaycanın daxili bazarlarına da təsir göstərir. Mütəxəssislərin sözlərinə görə, Ukraynada baş qaldıran son hadisələr və Amerikada hökm sürən quraqlıq da ölkə daxilində qiymət artımına təsir göstərir. Unun qiymətində bahalaşma avtomatik olaraq tək çörəyin yox, həmçinin digər un məhsullarının da qiymət artımı ilə müşayiət oluna bilər.
Hesab edilir ki, yerli istehsal hesabına un istehsalı artmasa, bu sahədə Azərbaycan dünya bazarlarından asılı vəziyyətdə qalmaqda davam edəcək. Statistika göstərir ki, Azərbaycanın taxıla olan illik tələbatı, itkilər də nəzərə alınarsa, 3,8-4 milyon tondur. Yerli istehsal bunun 70-72 faizini ödəyir. Ölkəmizdə istehsal edilən taxılın yarıya qədəri yalnız heyvan yemi üçün istifadə olunur. Daha çox taxıl isə sənaye ehtiyaclarına yönəldilir. Taxıl ehtiyatlarının 74 faizindən çoxu buğda ehtiyatlarından ibarətdir. Ötən il buğda ehtiyatlarının 1,8 milyon tonu yerli istehsal, 1,4 milyon tonu idxal hesabına yaradılıb. İdxal buğda əsasən un istehsalı üçün istifadə olunur.
Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün də, demək olar ki, ehtiyat daha çox idxal hesabına təmin edilir. Xatırladaq ki, fond cari ilin iyul ayının 2-dən yerli buğda istehsalçılarından buğda qəbuluna başlayıb. Buğda Nazirliyin "Səngəçal" və "Gəncə" Taxıl elevatorları, həmçinin, "Abşeron Taxıl" MMC, "Karat-Holdinq" MMC, "Karmen" MMC, "Fatoğlu" MMC, N. Quliyev adına "Bakı-Taxıl" ASC, "Araz ASC" və "Aveta" MMC müəssisələri vasitəsilə qiyməti bir ton üçün 240 manat olmaqla qəbul edilir. Qeyd edək ki, buğda Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verməlidir. Həmin keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilmir. Problem də məhz bu keyfiyyət göstəriciləri ilə bağlıdır. Təəssüf ki, bu gün ölkəmizdə yetişdirilən buğdanın heç də hamısı bu keyfiyyət parametrlərinə cavab verə bilmir. Ona görə də, hər il taxıl qəbulu zamanı heç də bütün fermerlər fond üçün buğda verə bilmir. Bu il də eyni nəticənin yaşanacağı gözlənir. Taxıl Fondunun tədarük elədiyi taxıla qoyulan tələblərə uyğun taxılı Azərbaycan fermerlərinin heç də hamısı yetişdirə bilmir. Araşdırmalar göstərir ki, vegetasiya müddətində taxıl sahələrində mövcud problemlərə qarşı mübarizə səmərəli aparılmır. Bu sonradan özünü keyfiyyətdə göstərir. Fermerlərin, demək olar ki, çoxu taxılı qurudaraq onun nəmliyini müəyyən standarta çatdırmaqdan ötrü avadanlıqlara malik deyil. Bu da taxılın nəmliyinin kifayət qədər yüksək olmasına səbəb olur. Digər bir göstərici də vegetasiya müddətində fermerlərin müəyyən aqrotexniki qaydalara tam şəkildə əməl etməməsidir. Bütün bunlar son nəticədə aşağı keyfiyyətdə məhsul istehsalına gətirib çıxarır. Məsələnin həlli üçün isə kompleks tədbirlər həyata keçirilməlidir. Ekspertlər qeyd edir ki, əvvəla, keyfiyyətli toxumdan istifadə edilməlidir və torpaq səthi normal hazırlanmalıdır. Həmçinin, səpin qabağı gübrələrdən istifadə edilməlidir, bütün xəstəlik və zərərvericilərə qarşı vegetasiya müddətində mübarizə aparılmalıdır. Bu tədbirlər ardıcıl şəkildə həyata keçirilərsə, Azərbaycanda da yüksək keyfiyyətli məhsul istehsal etmək olar. Lakin reallıq bunun əksini göstərir.
Bu gün fermerlərin həm də tədarük məsələsində, yəni saxlanma anbarlarının olmamasında ciddi problemləri var. Bundan əlavə, biçindən sonra taxıllar çeşidlərə bölünmür. Nəticədə yerli istehsalın keyfiyyəti aşağı olur, idxal artır. Mütəxəssislər idxalın artım tendensiyasını ölkə üçün təhlükəli sayır. Bu amil gələcəkdə ölkənin ərzaq təhlükəsizliyinə də ciddi təsir edə bilər. Yüksək keyfiyyətli taxıl yetişdirilməsi üçün isə müvafiq rəsmi dairələr bildirir ki, fermerlər taxıl becərmə prosesində nəzərdə tutulmuş 40-a yaxın aqrotexniki tədbirdən ən azı 20-ni tam həyata keçirməlidir. Yalnız bu yolla ölkədə taxıl istehsalının keyfiyyəti və miqdarını artırmaq mümkün olacaq. Hələlik isə bu hal müşahidə olunmur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ