Bazar günü günü, 01 noyabr 2026
     

Kredit dərəcələri 2 faizə düşə bilər

Image


Azərbaycanda özəl sektorun, xüsusən də bankların xaricdən cəlb etdiyi kreditin faiz dərəcələrinin yüksək olduğu heç kimə sirr deyil. Hesab edilir ki, ölkənin maliyyə imkanlarının yüksək olması fonunda özəl və dövlət sektorunun xaricdən yüksək faizlə kredit cəlb etməsinə heç bir lüzum yoxdur. Özü də ölkə daxilində aşağı faizlə kredit cəlb edilməsi ilə bağlı təcrübə də mövcuddur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bu xüsusda ölkədaxili imkanlardan səmərəli formada faydalanır. Şirkətin fəaliyyəti ilə bağlı yayılan hesabatda qeyd olunur ki, 2014-cü ilin fevral ayında ARDNŞ Dövlət Neft Fondundan 2 faiz dərəcəsi ilə 2015-ci ilin mart ayınadək ödəniləcək 250 milyon ABŞ dolları məbləğində qısamüddətli kredit alıb. Belə vəziyyət isə həm ARDNŞ, həm də Neft Fondu üçün əlverişli sayılır. Əvvəla, ARDNŞ xaricdən yüksək faizlə kredit almağa ehtiyac görmür. Neft Fondu isə burada daha artıq qazanc əldə edir. Bu mənada analoji təcrübənin Neft Fondu tərəfindən digər yerli şirkətlərə, o cümlədən bank sektoruna tətbiq edilməsi vacib sayılır.
Hesab edilir ki, ölkə bankları Neft Fondundan aşağı faizlə kredit almaq imkanı əldə etsələr, bu, kreditlərin faiz dərəcələrinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxarar. Hazırda banklar tərəfindən cəlb edilən resursların qiyməti çox bahadır. Kredit resurslarının orta hesabla 50%-ni camaatın əmanətləri təşkil edir. Banklar kredit faizlərini özlərini sığortalamq üçün qaldırır ki, heç olmasa ilk ödənişlər hesabına dəyə biləcək ziyanı qabaqlasınlar. Digər problem yerli bankların xarici banklardan resurs cəlb edə bilməməsidir. Qlobal iqtisadi böhrandan sonra isə, ümumiyyətlə, bu çətinləşib.
Bu fonda ekspertlər kredit faizlərinin azaldılması üçün Dövlət Neft Fondunun vəsaitlərinin ölkə iqtisadiyyatına yatırılmasını, banklara aşağı faizlə borcların verilməsini təklif edir. Hesablamalar da göstərir ki, Neft Fondunun xarici banklara yatırılan vəsaitlərinin illik faiz dərəcəsi 1%-dən çox deyil və getdikcə də azalır. Ölkə banklarında isə yetərincə ucuz vəsait yoxdur.
Real vəziyyətin təhlili göstərir ki, hələlik Dövlət Neft Fondunun vəsaitlərinin Azərbaycan daxilində yerləşdirilməsi ilə bağlı strategiya yoxdur. Nəticədə, yuxarıda qeyd olunduğu kimi, fond vəsaitlərini kifayət qədər aşağı faizlə xarici banklarda yerləşdirir və ya bondların alınmasına yönəldir. Ölkədəki biznes strukturları isə 20 və daha yüksək faizlə kredit götürmək məcburiyyətində qalır. Bu baxımdan fondun daxili investisiya ilə bağlı siyasət sənədinin işlənməsinə zərurət yaranıb. Əksər ekspertlər bu qənaətdədir ki, fondun vəsaitlərinin bir qismini Azərbaycan kommersiya bankları vasitəsilə özəl sektora yönəltmək olduqca vacibdir. Çünki ölkədə bütün bankları heç də risqli banklar kimi qruplaşdırmaq olmaz. Bu gün bir sıra banklar var ki, onlarda vəsaitlərin yerləşdirilməsi risqli deyil. Fondun vəsaitlərinin bir qisminin həmin banklarda yerləşdirilməsi bankların likvidliyinin artmasına gətirib çıxarar. Likvidliyin artması bu sahənin inkişafını stimullaşdıracaq. Eyni zamanda, biznes sektoruna daha aşağı faizlə kredit əldə etmək imkanı yaradacaq. Hesablamalar göstərir ki, Neft Fondunun vəsaitlərinin bir qismini yerli kommersiya banklarında yerləşdirməsi Azərbaycanda kredit faizlərinin təxminən 2 dəfəyə yaxın düşməsinə səbəb ola bilər.
Bu mənada ekspertlər təklif edir ki, ilkin mərhələdə heç olmasa 1 və ya 2 milyard dollar vəsaitin ölkəyə gətirilərək kommersiya bankları vasitəsilə biznesə yönəldilməsi olduqca vacibdir. Lakin bu təcrübədən istifadə olunacağı hələ sual altındadır. Vəsaitlərin bir qisminin iptoteka kreditləşməsinə yönəlməsi də önəmli sayılır. Məlumdur ki, İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar fondun maliyyələşməsində mühüm rol oynayır. Adi ipoteka kreditləşməsi əsas etibarı ilə məhz istiqrazlar hesabına baş tutur. Lakin digər mənbələr hesabına fonda maliyyə vəsaitinin toplanması hələ də reallaşmır. Halbuki, Neft Fondu İpoteka Fonduna ipoteka kreditləşməsi üçün aşağı faizlə vəsait ayıra bilər. Bu zaman əhaliyə daha çox ipoteka krediti təklif edilə bilər və ümumi sosial rifah halının yaxşılaşması üçün bu, çox mühüm amil olar. Digər tərəfdən, İpoteka Fondunun vəsaitləri çoxalmış olar ki, bu da gələcəkdə geri qaytarılan ipoteka kreditlərinin yenidən əhaliyə təklif edilməsi üçün maliyyə mənbəyi olacaq. Eyni zamanda, bu halda Neft Fondunun vəsaitləri də effektiv idarə edilmiş olar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ