Bazar günü günü, 01 noyabr 2026
     

Aqroməhsulların istehsal həcmi və məhsuldarlığı niyə azalır?

Image


Son illərdə bəzi aqroməhsulların istehsal həcminin azalması, məhsuldarlığın aşağı düşməsi və keyfiyyətli məhsul istehsalının zəifləməsi müşahidə edilir. Bu xoşagəlməz tendensiya daha çox aqrar bölgələrdə leysan yağışların yağması və güclü doluların düşməsi, kənd təsərrüfatı məhsullarının istehsalına görə verilən subsudiyanın azlığı ucbatından fermerlərin aqrar sahəyə marağının azalması ilə əlaqələndirilir.
Amma "Bakı-Xəbər"in əməkdaşının apardığı araşdırmalar zamanı məlum olub ki, məhsul istehsalının və məhsuldarlığın azalması digər səbəblərlə də sıx əlaqəlidir. Araşdırmalarımızın nəticələrini oxucularımıza təqdim edirik:
Birnici səbəb odur ki, əksər fermerlərin aqrar sahədə savadı və elmi bilikləri yoxdur. Məsələn, onlar torpağın keyfiyyətini, hansı torpaqda hansı bitkinin əkilib-becərilməli olduğunu bilmir.

Fermerlər xərcləri və gəlirləri hesablaya bilmir
İkinci səbəbə görə, hazırda Azərbaycanda gübrədən istifadənin aşağı səviyyədə olması məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarıb. Çünki fermerlər gübrələri tələbata uyğun istifadə etmir. Məsələn, ölkədə gübrəyə olan tələbatın cəmi 10 faizi istifadə olunur. Halbuki, fermerlər əkin sahələrində tələbata uyğun olaraq lazımi gübrələmə işləri aparacaqları təqdirdə 1 hektar torpaq sahəsi üçün məhsuldarlıq 10 sentner artaraq hazırkı 25 sentnerdən 35 sentnerədək yüksələ bilər. Amma təəssüf ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlar arasında gübrələrdən hansı məqsədlərlə istifadə edilməsinin vacibliyindən xəbərsiz olanlar çoxdur. Məsələn, azot gübrəsi bitkinin boy atması üçün faydalıdır. Ondan istifadə edilir. Bitki boy atır, amma bol məhsul vermir. Çünki torpağa fosfor, azot, kalium və digər gübrələr, eləcə də mikroelementlər verilmir. Bunlar olmayanda bitkilər normal qidalana bilmir və özünü ətraf mühitdən, məsələn, xəstəliklərdən qorumaqdan məhrum olur. Bu da məhsuldarlığın aşağı düşməsi və keyfiyyətli məhsul istehsalının azalması ilə nəticələnir.
Məhsuldarlığı öncədən proqnozlaşdırmaq üçün hər hektara görə yığılan məhsulu tonla, yaxud 100 kiloqrama bərabər olan 1 sentnerlə hesablamaq olar. Bütün xərclər və gəlirlər isə hər hektara görə bölünməlidir. Amma fermerlərin böyük əksəriyyəti məhsuldarlığın hər hektara neçə sentner olacağını əvvəlcədən proqnozlaşdıra, həmçinin nə qədər xərcin çəkildiyini və gəlirin əldə olunduğunu hesablaya bilmir. Fermerlərin öz işini düzgün qura bilməməsi isə məhsuldarlığın və keyfiyyətli məhsul istehsalının səviyyəsinin aşağı düşməsi ilə nəticələnir. Bu, üçüncü səbəbdir.

Torpaqlar dincə qoyulmur
Dördüncü səbəb odur ki, əksər fermerlər torpağın "dilini" bilmir, torpaqlardan düzgün istifadə etmir və aqrotexniki qaydaları gözləmir. Üstəlik, əksər fermerlər torpaqların konservasiyaya, yəni dincə qoyulmasının vacibliyinə məhəl qoymadıqları üçün torpaqlar gücdən düşür. Məsələn, taxıl bitkisinin bir sahədə əkini 3-4 ildən bir həyata keçirilməlidir ki, bitki torpaqda olan qida maddələrindən balanslı şəkildə qidalansın. Amma sosial durumu aşağı səviyyədə olan fermerə torpağı ən azı 1 il dincə qoymaq sərf etmir. Üstəlik, bu torpaqlara lazımi üzvi və mineral gübrələr, mikroelementlər hər bir bitki üçün normal qaydada verilmədiyi üçün torpağın tərkibi keyfiyyətli olmur. Bu da yüksək məhsuldarlığa və keyfiyyətli məhsul istehsalına mənfi təsir göstərir.
Beşinci səbəbə görə, son illərdə aqronomların xidmətlərindən bəhrələnən fermerlərin sayı kifayət qədər azdır. Ancaq fermerlər başa düşmür ki, dünyada mövcud olan digər sahələrdən ən çətini, ən ağırı və ən risqlisi olan kənd təsərrüfatı sahəsində bütün elmlər öz əksini tapdığından, əksər problemlər aqronomsuz çözülə bilməz. Xatırladaq ki, keçmiş SSRİ dövründə kolxozlarda və sovxozlarda aqronomlar təsərrüfat işçilərinə müəyyən məsləhətlər verir və proseslərə nəzarət edirdilər. Lakin hazırkı dövrdə aqronomların xidmətlərindən istifadə etməmə keyfiyyətin və məhsuldarlığın aşağı olmasına gətirib çıxarıb.
Yuxarıda sadaladığımız səbəblər fermerlərin məlumatlandırılmasına və bilikləndirilməsinə ciddi ehtiyacın yarandığını ortaya qoyur. Ona görə də qeyd etdiyimiz problemlərin həllindən ötrü maarifləndirmə işləri aparılmalıdır. Bu prosesin reallaşdırılması üçün isə qrant ayrılmalı, mütəxəssislər bu işə cəlb edilməli, özəl məsləhətçilər və ya işçi qruplar yaradılmalıdır.

Fermerlər məhsullarını bazarlarda sata bilmir
Altıncı səbəbə görə, kənd təsərrüfatı məhsulları istehsalçılarının öz məhsullarını Bakı şəhərindəki və digər şəhərlərdəki bazarlarda sata bilməmələri ucbatından fermerlərdə ruh düşkünlüyü yaranıb və onlarda məhsul istehsalına maraq azalıb. Çünki həmin fermerlər becərdikləri məhsulları sözügedən bazarlara gətirərkən yollarda müəyyən qurumlar və şəxslər tərəfindən onlara müxtəlif maneələr yaradılır. Yaxud, həmin istehsalçıların bazarlara girişi xeyli çətinləşdirilir. Yəni onlardan həddən artıq yüksək haqlar tələb edildiyindən, rayonlardan və bölgələrdən gətirilən məhsulların bazara girişi mümkünləşmir. Bazarları inhisara alan alverçi-satıcılar meyvə-tərəvəzi və digər kənd təsərrüfatı məhsullarını bazara daxil ola bilməyən kəndlilərdən, sahibkarlardan və fermerlərdən ucuz qiymətə topdansatış yolu ilə alır və bazarlarda bir neçə dəfə baha qiymətə satırlar. Əkib-becərdiyi məhsullarını Bakıya bazara satmağa gətirən fermerlər isə ciddi problemlərlə üzləşdiklərindən heç bir gəlir götürə bilmirlər. Bu da keyfiyyətli məhsul istehsalına marağı azaldır.
Bu problemin həlli üçün ölkə ərazisində tədarük-satış bazaları yaradılmalı, həmin bazalar vasitəsilə fermerlərdən və sahibkarlardan alınan məhsullar müqavilə yolu ilə xarici ölkələrin bazarlarına, eləcə də Azərbaycanın şəhərlərinə və rayon mərkəzlərinə göndərilməlidir.

Sərsəng Su Anbarının işğalı 113 min hektar sahəni susuz qoyub
Yeddinci səbəb odur ki, uzun illərdir respublikamızın ayrı-ayrı bölgələrində suvarma suyu ilə bağlı yaşanan ciddi problemlər məhsuldarlığın yüksəlməsinə və keyfiyyətli məhsul istehsalına mənfi təsirini göstərməkdədir. Məsələn, 2013-cü ildə Tərtər rayonunda 44 milyon 795 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib və aqroməhsulların istehsalının ümumi həcmi 2012-ci ilə nisbətən 4,3 faiz azalıb. Bu azalmanın başlıca səbəbi adıçəkilən rayonda suvarma suyunun çatışmaması olub. Həm havaların yağmursuz keçməsi, həm də ötən ilin yay aylarında ermənilərin Sərsəng Su Anbarından suyu Tərtər rayonundakı su mənbələrinə buraxmamaları ucbatından əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranıb. Bu üzdən də adıçəkilən yaşayış massivində 2012-ci illə müqayisədə 2013-cü ildə pambıq, şəkər çuğunduru, meyvə, üzüm və yem bitkilərinin məhsuldarlığı azalıb.
Su qıtlığı probleminin yaşandığı Goranboy rayonunun bir sıra kəndlərində isə məhsul yetişmədən məhv olmaqdadır. Əvvəllər becərdikləri məhsulları Goranboy və Gəncə bazarlarında satan kəndli-fermerlərin son illərdə, həmçinin bu il sahələrdə əkdikləri məhsullar quraqlıq və suvarma suyunun çatışmazlığı ucbatından məhv olmaqdadır.
Onu da əlavə edək ki, keçmiş Mardakert rayonu ermənilər tərəfindən işğal edilməzdən əvvəl Sərsəng Su Anbarından kanallar vasitəsilə saniyədə 90 kubmetr su axıdılırdı və Azərbaycanın düzənlik hissələrində yerləşən 6 rayonunun - Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının ərazilərindəki 113 min hektar əkin sahəsi suvarılırdı. Amma işğaldan sonra ermənilər bu anbardan qış mövsümündə illik su sərfinin 85-90 faizini, yay fəslində cəmi 10-15 faiz suyu məcrasına buraxmaqla kifayətlənir. Yay aylarında sözügedən anbardan saniyədə 1-1,5 kubmetr su verilir ki, bundan da ətraf ərazilərdəki əhali məişətdə istifadə edir. Sərsəng Su Anbarının işğalı nəticəsində 113 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi 6 rayonun sosial-iqtisadi inkişafına və həmin rayonlarda yaşayan 400 minə yaxın əhalinin maddi rifahına ciddi zərbə vurub.

Goranboyda əkin sahələri susuzluqdan yanır
Düzdür, sözügedən problemin həlli üçün müəyyən addımlar atılmaqdadır. Məsələn, bu ilin iyun ayında Tərtər rayonunun Dəmirçilər kəndində ümumi uzunluğu 3940 metr, su keçirmə qabiliyyəti saniyədə 3 kubmetr olan R-7 paylayıcı kanalı istifadəyə verilib və həmin kanalın rayonun 8 kəndini əhatə etməklə ümumilikdə 1600 hektar əkin sahəsinin suvarılmasını təmin edəcəyi bildirilir. Ancaq Tərtərdə aqrar sahədə hələ də mövcud imkanlardan və ehtiyat mənbələrindən lazımınca istifadə etmək üçün torpaqların meliorativ tərkiblərinin yaxşılaşdırılmasına, suya olan tələbatın ödənilməsinə böyük ehtiyac var. Bu rayonda əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq və su itkisinin qarşısını almaq məqsədilə təsərrüfatlararası kanal və arxlarda, həmçinin kollektor və drenlərdə lildən təmizləmə işinin, daşqın və selə qarşı torpaq işinin aparılması, hidrotexniki qurğu,ların hidrometrik postların və istismar yolunun cari və əsaslı təmiri mütləq vacibdir. Ərazilərdə qrunt sularının səviyyəsinin aşağı salınmasına, kanallarda bərpa işlərinin aparılmasına, susuzluqdan zərər çəkən ərazilərin su təminatının yaxşılaşdırılması üçün həmin kəndlərdə yeni subartezian quyularının qazılmasına ehtiyac duyulur. Yaxud, Goranboy rayonunda Goranboy rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma məcburi olaraq növbəlik əsasında aparılır. Ancaq bu proses sahələrin susuzluqdan yanmasının qarşısının alınması və su qıtlığının aradan qaldırılması üçün kifayət etmir. Bu rayonda da bir sıra profilaktik tədbirlərin həyata keçirilməsi vacibdir.

Suvarma suyu ilə bağlı problemlər necə çözüləcək?
Meliorasiya və Su Təsərrüfatı ASC-dən bildirilir ki, suvarma suyu ilə bağlı problemlərin həlli üçün bir sıra tədbirlər həyata keçiriləcək. Qurumdan verilən məlumata görə, cari ildə 1361 min hektar sahənin su təminatı nəzərdə tutulur. Tikintisinə 2009-cu ildə başlanmış, ümumi su tutumu 170 milyon kubmetr olan Şəmkirçay çayı üzərində dəryaçanın tikintisi davam etdirilir və onun bu ilin sonlarında istifadəyə verilməsindən sonra Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50 min 122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşacaq, 20 min 834 hektar yeni sahələrin suvarılması təmin ediləcək. Ümumi su tutumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının tikintisi də bu ilin sonlarında başa çatdırılacaq və Tovuz və Şəmkir rayonlarının 18 min 465 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşacaq. Bundan əlavə, Tovuz rayonunun Aşağı və Yuxarı Öysüzlü kəndlərinin ərazilərində 1560 hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək.
Səhmdar Cəmiyyətdən həmçinin deyilib ki, ölkə Prezidenti İlham Əliyev 29 yanvar 2014-cü il tarixdə "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" daha bir Sərəncam imzalayıb. Həmin sərəncama əsasən, əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 233 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Meliorasiya və Su Təsərrüfatı ASC-yə 15 milyon manat vəsait ayrılıb.
2014- cü ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə əsasən, Ağdam rayonunda 19, Bərdə və Zaqatala rayonlarının hər birində 17, Qazax rayonunda 16, Tovuz rayonunda 14, Ağcabədi, Goranboy, Samux və Şəmkir rayonlarının hər birində 13, habelə digər rayonlarda da müvafiq sayda subartezian quyularının qazılması təmin olunacaq. Bu da regionlarımızda, bütövlükdə isə ölkədə 8 min hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması ilə nəticələnəcək.

Təbriz VƏFALI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ