Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycanda tütünçülük məhv olur

Image



Tütün məmulatlarımızı Gürcüstana ixrac edirik, siqaretləri isə xaricdən alırıq
Keçmiş SSRİ dövründə Azərbaycanda geniş təşəkkül tapmış və ölkənin kənd təsərrüfatı sahəsində əhəmiyyətli yerə malik olmuş aqrar sahələrdən biri də tütünçülük idi. Sovetlər dönəmində əlverişli torpaq-iqlim şəraitinə malik olan respublikamızın şimal rayonları olan Qaxda, Balakəndə, Şəkidə və digər münbit torpaq sahələri olan ərazilərdə tütün bitkiləri əkilirdi.
Tütün istehsalı yüksək rentabelliyə malik olduğuna görə sonradan onun istehsalı Şəki-Zaqatala zonasından Lerik-Yardımlı, eyni zamanda ölkənin qərbinə kimi genişləndirildi və 21 rayonda tütünçülüyün inkişafına təkan verildi. Qeyd edək ki, Sovet İttifaqı dövründə müxtəlif siqaretlərin istehsalı da digər məhsullarda olduğu kimi mərkəzləşdirilmiş istiqamətdə həyata keçirilirdi. Yəni həm Azərbaycanda, həm də digər sovet ölkələrində əkilən tütün bitkilərinin yarpaqları yığılıb digər respublikaya göndərilir, orada yerləşən siqaret fabriklərində emal edilir, aksiz markalarla markalanır, qablaşdırılır və sonra onların satışına icazə verilirdi. SSRİ-nin süqutunun ilkin dövrlərində respublikalararası iqtisadi münasibətlərin pozulması üzündən bu proses xüsusilə ləng getməyə başladı. Bununla da yaranmış vəziyyətdən səmərəli istifadə etməklə külli miqdarda gəlir əldə etmək istəyən siqaret istehsalçısı olan şirkətlərin müstəqillik əldə etmiş respublikalara axınına zəmin yaradıldı və onların normal fəaliyyəti üçün heç bir problem yaşanmadı. 

"European Tobacco-Baku" 7 ildə 73,14 milyon dollarlıq siqaret ixrac edib
Qeyd edək ki, ölkəmizdə tütün istehsalı ilə məşğul yeganə müəssisə Bakı Tütün Kombinatı olub. Sovetlər dönəmində bu müəssisə xeyli rentabelli işləyib, maddi və texniki bazası yüksək səviyyədə olub. Üstəlik, orada kifayət qədər işçi qüvvəsi çalışıb. Lakin 1990-cı illərdən sonra bu kombinatın rentabelliyi azalmağa, maddi və texniki bazası zəifləməyə doğru istiqamətlənib. Bundan başqa, gəlirlərin və qazancların azalması, maya dəyərinin gəlirlərdən daha çox olması adıçəkilən kombinatın öz fəaliyyətini dayandırmasını sürətləndirib. Bununla yanaşı, SSRİ dövründəki "mərkəzləşdirilmiş sistem"in yenidən tətbiqi üçün müstəqillik qazanmış digər keçmiş sovet respublikaları ilə iqtisadi əlaqələrin bərpasının qeyri-mümkünlüyü də bu kombinatın iflasını sürətləndirən amillərdən olub. Məhz bu səbəbdən də keçmiş İqtisadi İnkişaf Nazirliyi tərəfindən aparılan özəlləşmə zamanı sözügedən müəssisənin də özəlləşdirilməsi məsələsi gündəmə gətirilib. Həmin dövrlərdə elan olunmuş tender zamanı isə "European Tobacco-Baku" Açıq Tipli Səhmdar Cəmiyyəti ("ETB" ASC) qalib gəlib. Özəlləşmə isə 1999-cu ildə həyata keçirilib və adıçəkilən şirkət onun səhmlərinə sahib olub. Bəzi məlumatlara görə, 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən bu şirkət istehsal olunan siqaretlərin çeşidini ildən-ilə təxminən 50-yə qədər artırıb. Üstəlik, bu şirkət tərəfindən hər il istehsal olunan siqaretlərin ümumi dəyəri 200 milyardlarla manat məbləğində ölçülüb. Bundan başqa, hər il 50 milyardlarla manatlıq mal ixrac edilib. "ETB" öz mallarını əsasən Orta Asiyaya, digər MDB ölkələrinə, Türkiyənin Azad İqtisadi Bölgəsinə, Monqolustana, Pakistana, Birləşmiş Ərəb Əmirliklərinə və digər ölkələrə ixrac edib. Həmin şirkət öz mallarını ixrac edəcək ölkələrin sayını və satış dairəsini genişləndirməklə də məşğul olub. Sözügedən şirkət siqaretlə bağlı göstəricilərinə görə qeyri-neft istehsalı sahəsində ən böyük vergi ödəyiciləri sırasında olub. Bu barədə yayılan məlumatlarda ASC tərəfindən dövlət büdcəsinə 100 milyardlarla manat maliyyə vəsaiti köçürüldüyü də bildirilir. "ETB"nin yaydığı rəsmi məlumata görə, bu şirkət istehsal fəaliyyətinə başladığı 1 fevral 2000-ci ildən 2007 il noyabrın 1-dək 24-dən artıq növdə siqaret istehsal edib. Həmin illərdə ümumi dəyəri 265,2 milyon manat olan filtrli siqaret istehsal olunub. Bu dövrdə şirkət Mərkəzi və Qərbi Afrika, İraq və İordaniya daxil olmaqla Yaxın Şərq, Cənub-Qərbi Asiya və MDB ölkələrinə 73,14 milyon dollar dəyərində siqaret ixrac edib. ASC eyni zamanda Gürcüstan və Tacikistana yarımfabrikat məhsullar da ixrac edib. 2000-2007-ci illərdə müəssisə tərəfindən dövlət büdcəsinə və büdcədənkənar fondlara 82,86 miylon manat vəsait ödənilib. Həmin müəssisədə investisiya öhdəliyində nəzərdə tutulan 700 nəfərdən çox insan, yəni 1000 nəfər işçi çalışıb.

Siqaret satışında sənədləşmələr yoxdur
Qeyd edək ki, bu gün təkcə paytaxt Bakı şəhərində deyil, respublikanın digər bölgələrində də müxtəlif siqaretlərin kütləvi və pərakəndə satış mərkəzlərinə rast gəlmək mümkündür. Hətta iş o yerə çatıb ki, siqaret satışı kommersiya mağazaları, dükanlar, yayım firmalarının köşkləri ilə yanaşı, hətta küçələrdə səyyar formada da kütləviləşib. Gün ərzində sözügedən siqaretlərin müxtəlif şəxslər tərəfindən səyyar satışını da addımbaşı müşahidə etmək olar. Bəzi məkanlarda istifadə müddəti keçmiş və keyfiyyətsiz siqaretlərin müştərilərə və satıcılara sırınması barədə də məlumatlar yayılır. Deyilənlərə görə, belə siqaretlərin təhlükəli olmasına əsas səbəb onların müxtəlif sexlərdə qanunsuz hazırlanması, onların saxta aksiz markalara və nişanlara malik olmasıdır. Üstəlik, bəzi təhlükəli siqaretlərin ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirildiyi də söylənilir. Tütün məhsulları ilə bağlı qanunsuzluqlar əsasən sənədləşmələrdə özünü büruzə verir. Yəni onlar heç bir sənəd olmadan alınır və satılır. Laboratoriyada yoxlanılmadan satılan və alınan siqaretlərin keyfiyyəti barədə konkret bir söz demək çətindir. Ona görə də saxta və keyfiyyətsiz siqaretlərin satışı hələ də müşahidə olunur. Hətta dövlət qurumları, məsələn, Kənd Təsərrüfatı Nazirliyinin ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsi, alkoqollu içkilər və tütün məmulatları üzrə monitorinq komissiyası və respublika işçi qrupu tərəfindən aparılan monitorinqlər zamanı ölkənin istehlak bazarında "ETB"yə məxsus aşağı keyfiyyətli siqaretlərin satıldığı barədə məlumatlar yayılıb. Dəfələrlə aşkar edilmiş nöqsanlar bu müəssisənin rəhbərliyinin diqqətinə çatdırılsa da, istehsal sahəsində rəqibi və istehlak bazarında onun malları ilə rəqabət olmadığından "ETB"nin keyfiyyətsizlik kimi problemin aradan qaldırılmasına maraqlı olmadığı söylənilir. Çünki bu ASC ölkəmizdə yeganə tütün istehsal edən müəssisədir.

Azərbaycanda 10 nəfərdən 7-si siqaret çəkir
Bu gün siqaret istifadəçilərinin sayına görə Azərbaycan  dünya ölkələri arasında ön yerləri tutur. Qeyri-rəsmi məlumatlara görə, ölkəmizdə hər 10 nəfərdən 7-si siqaretdən istifadə edir. Respublikamızda 3 milyona yaxın siqaret çəkən olduğu təxmin edilir. Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı siyahıda Azərbaycan siqaret çəkən ölkələr arasında 85-ci, adambaşına düşən siqaretlərin sayına görə dünya ölkələri arasında 22-ci yeri tutur. Təxmini hesablamalara görə, hər gün 2 nəfər siqaret çəkən ağ ciyər, ağız nahiyəsi vərəminə tutulur, 1 nəfər isə siqaretdən ölür. Keçmişdə siqaret çəkənlərin əksər hissəsi kişilər idisə, son illərdə siqaret çəkən qadınların sayı gözəçarpacaq dərəcədə artıb. Hazırda siqaret çəkənlər arasında qadınların payı 10 faizdir. Araşdırmalara görə, qadınların 42 faizi dəb xatirinə, 84 faizi tənhalıqdan can qurtarmaq üçün, 12 faizi isə digər səbəblərdən siqaret çəkir. Siqaret çəkən qadınlarda isə ən çox uşaqlıq yolu xərçənginin baş qaldırması müşahidə olunur.

Küçə uşaqları oğurladıqları və ya diləndikləri pullarla siqaret alıb çəkirlər
Acınacaqlı faktlardan biri də odur ki, son illərdə orta məktəb şagirdləri arasında siqaretdən istifadə edənlərin sayı dürmadan artır. Bu pis vərdiş, xüsusilə 10-12 yaşlı yeniyetmələr arasında geniş yayılıb. Bakıətrafı kəndlərdə orta məktəblərin aşağı sinif şagirdləri arasında siqaret çəkənlərin sayı daha çox artıb. Məktəblilər arasında siqaret çəkməklə özlərini böyüklərə oxşatmaq istəyənlər çoxalıb. Bundan əlavə, siqaret çəkənlər arasında küçə uşaqları da kifayət qədərdir. Qeyri-rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 10 minə yaxın küçə uşağı var. Bunların böyük bir qismi ailəsini tərk etmiş, internatdan qaçmış və ya hansısa ailəyə övladlığa verilmiş uşaqlardır. Küçə uşaqları müxtəlif məhsulların və yüklərin daşınması, çatdırılması, ticarət binalarının təmizlənməsi, maşınların yuyulması, nəqliyyat vasitələrində pul yığılması və digər işlərdə çalışdırılır və bəzən də oğurluğa və dilənçiliyə cəlb edilirlər. Həmin uşaqların müəyyən qisminin diləçnçilik və digər yollarla əldə etdikləri pullarla siqaret aldıqları da söylənilir.

Azərbaycanda siqaretlərin qiyməti niyə artır?
Son zamanlar ölkədə siqaret məhsullarının qiymətində artım müşahidə edilir. Məsələn, paytaxtdakı müxtəlif təyinatlı ticarət mərkəzlərində siqaret çeşidləri 10-20 qəpik baha satılır. Statistik məlumatlara görə, bu ilin 5 ayında siqaretlərin pərakəndə satış qiymətləri 14,5 faiz bahalaşıb. 2013-cü ilin yanvar-mayında isə bahalaşma 12,1 faiz idi. Bu artımlar dünya bazarında qiymətlərin bahalaşması ilə əlaqələndirilir. Çünki Azərbaycanda siqaret istehlakı idxaldan asılıdır. Belə ki, son illər daxildə siqaret istehsalı da azalıb. Nəticədə siqaretin idxaldan asılılığı artıb. Başqa sözlə, Şəki-Zaqatala regionlarında istehsal edilən tütün, demək olar ki, Gürcüstana ixrac olunur. Ona görə də daxili tələbat idxal hesabına ödənilir. Əlavə edək ki, siqaretin qiyməti dünya bazarında siqaret məhsullarının qiymətindən asılı olaraq dəyişir. Bu səbəbdən də hər il ölkəmizə yüz minlərlə dollar məbləğində qiymətləndirilən tütün və tütünün sənaye əvəzediciləri idxal olunur. Statistikaya görə, ötən il dekabrın əvvəli üçün 1820 ton fermentləşdirilmiş tütün istehsal edilib. Bu, 2012-ci ildəkindən 1,5 faiz çoxdur. 2012-ci ildə Azərbaycandan 7680 min dollar qiymətində 2425 ton tütün ixrac edilib. Ölkəyə 1353 ton tütün gətirilib. 2013-cü ilin məlumatları açıqlanmayıb. "ETB" ASC ötən ilin 11 ayında 406,5 milyon qutu olan 813,1 milyon ədəd siqaret istehsal edib. Yerli istehsal 49,8 faiz azalıb. Şirkət 2012-ci ildə 1,5 milyon qutu siqaretin bir qutusunu 0,49 dollara satıb. 2013-cü ilin 11 ayında Azərbaycana 306,3 milyon dollar məbləğində tütün məmulatı idxal edilib. Bu, 2012-ci ildəkindən 10,7 faiz çoxdur. 2012-ci ildə Azərbaycana 298,3 milyon dollar qiymətində 13,5 milyard ədəd, yəni 674 milyon 325 min qutu siqaret gətirilib. Bir qutu siqaret 0,44 dollar qiymətə bəyan edilib. Bu gün 1 qutu xarici siqaret pərakəndə satışda orta hesabla 1,2 manatdır. 2013-cü ildə Azərbaycanda tütün istehsalı 20 faiz azalıb. 2013-cü ildə 3452 ton tütün yığılıb. Bu, 2012-ci ildəkindən 848 ton azdır. Paralel olaraq, tütün məmulatı istehsalı 50 faiz azalıb, idxal isə 11 faiz artıb. Bu ilin 5 ayında Azərbaycanda 9953,3 min manatlıq tütün məmulatı istehsal edilib. Cəmi 811 miylon ədəd siqaret buraxılıb. Məhsulun hamısı satılıb. 2014-cü ilin 5 ayında ölkəyə 149,3 milyon dollar məbləğində tütün və tütün məmulatı idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 19,5 faiz  çoxdur.
Xatrladaq ki, bahalaşma siqaret çəkənlərin maliyyə durumuna mənfi təsir göstərib. Çünki qiymətləndirmələrə əsasən, ölkədə siqaret çəkənlər orta hesabla gün ərzində siqaretə 1 manat 50 qəpik xərcləyir. Bu da siqaret çəkən vətəndaşın il ərzində siqaretə 548 manat xərcləməsi deməkdir. Orta siqaret çəkmə müddətini 40 il götürəndə vətəndaş həyatı boyu siqaretin alınmasına 22 min manat xərcləyir. Bu da kifayət qədər böyük rəqəmdir. Deyilənlərə görə, yerli bazarda siqaretə olan ümumi tələbat ildə 20 milyard ədəd və yaxud 1 milyard qutu olduğundan, bu tələbatın 50 faizi - 500 milyon qutu yerli istehsalın payına düşürsə, hər qutu siqaretin minimum 10 qəpik bahalaşması nəticəsində "ETB"nin bir il ərzində 50 milyon manat əlavə qazanc əldə etdiyi bildirilir.

Yerli siqaretlər istehlak bazarlarından sıxışdırılıb çıxarılır
Xatırladaq ki, əvvəllər Azərbaycanda yerli siqaret məhsulları ilə yanaşı, Rusiya Federasiyasının, İngiltərənin, Amerikanın, Almaniyanın və digər xarici ölkələrin siqaretlərinin satışı da "xod" gedib. Əvvəllər həm Bakıda, həm də regionlarda ağ və qırmızı "Azəri", ağ və qırmızı "Bakı", ağ və qırmızı "Viceroy", ağ və qırmızı "Viqor", ağ və qırmızı "LM", "Brilliant", "Kent", ağ və qırmızı "Şirvan", "Əfsanə", "Naşa Prima", "Novaya Yava", "Astra", "West", "Storm", "Caspian", "Maximum", "Prestige", "Derby", "Davidoff", "Karella Slims" və digər siqaretlər satılırdı. Onlardan bəziləri "ETB" ASC-nin məhsulları olsa da, bəziləri "British American Tobacco"nun, Yunanıstan şirkəti olan "Karella Tobacco Comrany Inc.", Almaniya şirkəti olan "Remitsma" və digər siqaret kampaniyaları tərəfindən istehsal edilib və müxtəlif yollarla respublikamıza gətirilib.
Amma son zamanlar yerli istehsala məxsus siqaretlərin çeşidləri və satışa çıxarılan yerli siqaretlərin sayı kifayət qədər azalıb. Sözügedən proseslə bağlı yayılan məlumatlarda bildirilir ki, "ETB" ASC-nin moderləşdirilməsi, yeni texnologiyaların tətbiqi kifayət qədər maliyyə vəsaiti tələb etdiyindən bu, siqaret istehsalının maya dəyərini xeyli artırır. Üstəlik, yeni texnika və avadanlıqlar Almaniya, Hollandiya və Fransa istehsallı olduğundan onların alınması, quraşdırılması, istehsalatda tətbiqi və sair də "ETB"-nin xərclərini artırır. Ona görə də həmin ASC-nin xərcləri azaltmaq və gəlirləri artırmaq üçün yerli istehsalı azaltmaq, idxalı artırmaq və siqareti bahalaşdırmaq yolunu seçdiyi söylənilir.

1 ton tütün 1000-1500 manata alınır
Son illərdə Azərbaycanda tütünçülüyə maraq xeyli azalıb. Bu özünü statistik rəqəmlərdə büruzə verir. Belə ki, 2011-ci ildə 1439 hektar sahədən 3587,3 ton tütün yığılıb və hər hektara görə məhsuldarlıq 24,9 sentner olub. 2012-ci ildə 1532 hektar sahədən 4278,3 ton tütün yığılıb və məhsuldarlıq 27,9 sentnerə çatıb. 2013-cü ildə isə 1215 hektar sahədən 3265,6 ton məhsul yığılıb. Statistik göstəricilərdən də görünür ki, 2012-ci illə müqayisədə 2013-cü ildə əkin sahəsinin həcmi 317 hektar, tədarük edilən xammalın miqdarı isə 1012,7 ton azalıb. Xatırladaq ki, keçmiş SSRİ dövründən fərqli olaraq, son illərdə tütünçülük şimal-qərb bölgəsində yenidən inkişaf edir. Tütünçülüklə məşğul olan bir çox sahibkarlıq subyektləri ölkənin şimal-qərb bölgəsində - Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərir. Üç rayonda 38 fermerlə bağlanmış müqavilə əsasında hazır şitil fermerlərə pulsuz verilir və pulsuz sahələrə çatdırılır. Bu il 1000 hektar sahədən təxminən 1500 ton hazır tütünün əldə olunması nəzərdə tutulur. Hər il sahibkarlara hər hektara görə dövlət tərəfindən 40 manat verilir, mineral gübrələrin alınmasında isə 50 faiz güzəşt edilir. Amma fermerlər artıq tütünçülüklə məşğul olmaqda maraqlı deyillər. Çünki tütünün alış qiymətləri onlara sərf etmir. Ona görə də əkin sahələrində tütünçülüyü başqa sahələrlə əvəz edən sahibkarların sayı artır. Məsələn, respublikanın ən böyük tütünçülük rayonlarından olan və bu sahə üzrə ixtisaslaşan Şəkidə son 5 ildə tütün istehsalı 15 dəfə, başqa sözlə, 92 faiz azalıb. Vaxtilə rayonda tütün əkinləri 5000 hektar sahəni əhatə etməklə 15 min ton tütün istehsal olunurdusa, indi bu göstərici xeyli aşağıdır. Deyilənlərə görə, 1 ton tütünün alış qiyməti təxminən 1000-1500 manatdır. Əldə edilən gəlirin təxminən 50-60 faiz maya dəyərinə və digər çəkilən xərclərə çıxılanda, sahibkarlar yalnız cüzi məbləğdə qazanc əldə edir. Ona görə də tütünün alış qiymətinin aşağı olması xeyli zəhmət və diqqət tələb edən tütünçülüyün inkişafına mənfi təsir göstərir.

"European Tobacco-Baku" suallarımızı cavabsız qoydu
Araşdırmalarımız nəticəsində əldə etdiyimiz faktlarla bağlı bizi maraqlandıran məsələlərə münasibət öyrənmək üçün "ETB" ASC-nin rəsmiləri ilə əlaqə saxlasaq da, onlar suallarımızı cavablandırmaqdan imtina etdilər və qəribə bir mövqe nümayiş etdirdilər: "Tütünün xammalı, siqaret istehsalı, bu malların alış və satışı ilə bağlı suallarınıza cavab verməyə ixtiyarımız yoxdur. Çünki belə sualların cavablandırılması bizim cəmiyyətin siqaretlə bağlı reklam kampaniyası aparması kimi qiymətləndirilə bilər. Ancaq Azərbaycan Respublikası qanunvericiliyinə görə, siqaretin reklam edilməsi qadağandır. Ona görə də hər şeyi öz bildiyiniz kimi, bizim mövqeyimiz olmadan yazın".





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ