Bazar günü günü, 01 noyabr 2026
     

Taxıl istehsalında ciddi problem...

Image


Aparılan son araşdırmalar bu qənaətə gəlməyə əsas verir ki, ölkə hələ də bəzi məhsullar üzrə idxaldan asılıdır. Ümumiyyətlə isə, Azərbaycanda əhəmiyyətli dərəcədə idxaldan asılılıq əsasən taxıl, bitki yağları, süd və balıq məhsulları üzrədir. Onu da bildirək ki, Azərbaycanda əhalinin sürətli artımı ilə yanaşı, kənd təsərrüfatı məhsullarının da istehsalında hər il orta hesabla 5-7 faiz artım əldə olunur və bunlar arasındakı tarazlıq təmin edilir.
Lakin bu hal hələlik taxıl, bitki yağları, süd və balıq məhsulları üzrə özünü göstərmir. Xüsusən də taxıl kimi strateji məhsulun bir hissəsi hələ idxal hesabına ödənilir. Cari il ərzində isə taxıl idxalı daha da arta bilər.
Məsələ bundadır ki, cari ildə taxılçılıqda daha az məhsul istehsalı gözlənir. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ölkədə 300 min hektardan artıq sahədə taxıl biçilib və 633 min tondan çox məhsul yığılıb. Orta məhsuldarlıq isə təxminən 22 sentner təşkil edib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sözlərinə görə, dolu və quraqlıq məhsuldarlığa mənfi təsir edib: "Dolu ilə əlaqədar bəzi rayonlara az miqdarda ziyan dəyib. Quraqlıqla bağlı da müəyyən problemlər var. Bununla bağlı məlumatlar toplanır. Məlumatlar mövsümün sonunda yəqin ki, ictimaiyyətə təqdim olunacaq". İ.Quliyev bildirib ki, taxıl istehsalı builki proqnoza görə, 2-2,5 milyon ton civarında gözlənir. Bu isə ötən ilin göstəricilərindən azdır. Belə ki, ölkəmizdə 2013-cü ildə 2,9 milyon ton, 2012-ci ildə 2,8 milyon ton, 2011-ci ildə 2,458 milyon ton taxıl yığılıb. Bu il isə həmin göstəricilərə çatmaq müşkül görünür. Deməli, tələbat daha çox idxal hesabına ödənəcək. Hazırda Azərbaycan taxılı əsasən Rusiya və Qazaxıstandan idxal edir. Azərbaycana Rusiyadan idxal olunan taxıl Qazaxıstandan gətirilən taxıldan təqribən 30% baha başa gəlir. Eyni zamanda, Azərbaycan taxılı müxtəlif mənbələrdən idxal etməyə çalışır ki, bir ölkədən asılılıq yaranmasın. İdxalın şaxələnməsi həm Azərbaycan biznesmenləri üçün vacibdir, həm də Azərbaycanın idxal mənbələri ilə bağlı seçim etmə imkanlarını genişləndirir. Ona görə də idxalın şaxələnməsi baxımından Azərbaycan heç bir halda Rusiyadan taxıl idxalını dayandırmır. Lakin idxal taxılı qiymətlərin artmasına rəvac verir. Artıq unun qiymətində artımlar var. Bu özünü əsas etibarilə idxal olunan unla bağlı qabarıq formada büruzə verir. Hesab edilir ki, unun bahalaşması davam edərsə, bu, tezliklə özünü çörəyin və digər un məhsullarının da qiymətində büruzə verəcək. Hələlik isə topdansatış mərkəzlərində unun bahalaşması halları müşahidə olunur. Ölkədə un istehsalı və idxalı ilə məşğul olan aparıcı şirkətlər bildiriblər ki, əlli kiloluq kisənin qiyməti 30 qəpik artıb. Bahalaşmanın əsas səbəbi isə dünya bazarında unun və buğdanın qiymətinin artmasıdır. Gözlənir ki, dünya bazarlarında unun bahalaşması davam edərsə, bu hal Azərbaycanda özünü daha qabarıq formada büruzə verəcək. Yaranmış vəziyyətdə bahalaşma həddinin daha yüksək rəqəmlə ifadə olunması da gözlənir. Artıq bəzi istehsalçılara görə, unun bahalaşması çörəyin qiymətinə də təsir edəcək. Dünyada taxılın bahalaşması fonunda ölkəyə gətirilən un və taxılın qiymətində daha çox artım gözlənir.
Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmovun bildirdiyinə görə, Azərbaycanda heç zaman 2 milyon ton və ondan artıq taxıl istehsal edilməyib: "Azərbaycanda 2014-cü ildə də 2 milyon ton taxıl istehsal edilməyəcək. Ölkəmizdə taxıl istehsalına dair rəqəmlər həmişə şişirdilib. 2013-cü ildə ölkəmizdə 2,9 milyon ton taxıl istehsal edildiyi bildirilir. Bunun da böyük hissəsi buğda istehsalı olub. Əgər həqiqətən taxıl və buğda istehsalı çox olubsa, gərək Azərbaycan taxıl idxal etməyəydi. Çünki ölkəmizin buğdaya olan illik tələbatı 1,3 milyon tondur". V.Məhərrəmov xatırladır ki, ötən il ölkəmizə 1,4 milyon tondan artıq buğda, 50 min tondan artıq buğda unu gətirilib. Digər ekspertlər hesab edir ki, yerli istehsal hesabına un və çörək istehsalı artarsa, vəziyyət dəyişə bilər. Bu zaman idxal məhsulları qiymətin artmasına təsir edə bilməz. Qeyd edək ki, əslində ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzindədir. Mütəxəssislər isə hesab edir ki, taxılın vegetasiya dövründə düzgün aqrotexniki tələbləri yerinə yetirməklə yüksək məhsuldarlığa nail olmaq olar. Lakin bu sahədə ölkədə hələ də müəyyən problemlər müşahidə olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ