Bazar günü günü, 01 noyabr 2026
     

Fermerlərə subsidiyaların verilməsi yenə qalmaqal yaradıb

Image


Murtuzəli Hacıyev: "Şəffaflığın təmin olunması üçün vətəndaşların və ictimai təşkilatların köməyinə ehtiyacımız var"

Sabir Vəliyev: "Fermerlərin gübrələrlə və dərman preparatları ilə təminatını dövlət öz üzərinə götürməlidir"

Vahid Məhərrəmov: "Kəndlərdə əkin sahələri, subsidiya alanlar və verilən yardımların məbləğləri ilə bağlı siyahı hazırlanmayıb"


Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 1 dekabr 2013-cü il tarixinə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxaraq 149 min 849 istehsalçıya çatacaq 20 milyon 153 min 483 manat məbləğində yardımın ayrılması barədə qərar qəbul edib.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) informasiya, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Murtuzəli Hacıyev "Bakı-Xəbər"ə bildirir ki, respublikanın hər bir rayon və kəndləri üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrı-ayrılıqda hər bir istehsalçıya ayrılmış subsidiyanın məbləği barədə məlumatlar adıçəkilən nazirliyin rəsmi internet saytı olan "www.agro.gov.az"da "Subsidiyalar" bölməsində yerləşdirilib.
Sektor müdiri xatırladır ki, adıçəkilən Respublika Komissiyasının 2014-cü il 8 aprel tarixli qərarına uyğun olaraq 2013-cü ilin payızında buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına verilmiş yardımların istifadə vəziyyətinin öyrənilməsi üçün nazirliyin mütəxəssisləri tərəfindən Beyləqan rayonunda monitorinq keçirilib: "Aparılan monitorinq zamanı Beyləqan rayonunun seçmə yolu ilə müəyyən olunmuş kənd ərazilərində buğda səpininə görə yardımın verilməsi vəziyyəti araşdırılarkən bir sıra ciddi hüquqpozmalar, o cümlədən Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli, 181 nömrəli Qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"nın tələblərinə əməl olunmadığı müəyyən edilib. Aparılan monitorinqin yekun nəticələrinə dair materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib.
Murtuzəli Hacıyev əlavə edir ki, KTN ictimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək, eləcə də ayrılmış dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək istəyir. Bunun üçün sözügedən nazirlik ölkə ictimaiyyətinin yardımından maksimum bəhrələnmək fikrindədir: "Ona görə də kənd təsərrüfatı məhsulları istehsalçılarından, qeyri-hökumət təşkilatlarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları neqativ hallar barədə məlumatı nazirliyimizin 1652 nömrəli "Qaynar xətti"nə bildirməklə, yaxud [email protected] elektron poçtuna ünvanlamaqla bizə yardımçı olmaları xahiş olunur. Bundan əlavə, subsidiyaların verilməsində şəffaflığın təmin olunması üçün vətəndaşların və ictimai təşkilatların köməyinə ehtiyacımız var. Ümidvaram ki, bölgə sakinləri, KİV nümayəndələri, QHT-lər və mütəxəssis-ekspertlər KTN-lə əməkdaşlıq etməkdə maraqlı olacaq və onlar nazirliyimizin ictimai nəzarəti gücləndirməsinə öz köməkliyini göstərəcək".

Örüş yerləri və qışlaqlar qanunsuz olaraq əkin sahəsi kimi göstərilib
KTN-in sabiq şöbə müdiri Sabir Vəliyev subsidiyaların verilməsində şəffaflığın təmin olunması üçün lazımi köməkliyin göstərilməsi məqsədilə nazirliyin ölkə ictimaiyyətinə müraciət ünvanlamasını bir neçə səbəblə əlaqələndirir. Onun fikirncə, ola bilər ki, KTN dövlət yardımlarının verilməsi ilə bağlı sorğu apardıqdan sonra belə bir qərara gəlmək məcburiyyətində qalıb: "Bu müraciət onu göstərir ki, subsidiyaların verilməsində nöqsanlar mövcuddur və onların üzə çıxarılması, eləcə də bu nöqsanların aradan qaldırılması üçün ictimaiyyətin köməyinə ehtiyac var. Əsas məsələ odur ki, əkin sahələri düzgün qaydada fermerin adına yazılmış olsun. Yəni saxta sənədlərlə kimlərinsə adlarına əkin sahələri sənədləşdirilibsə, belə neqativ hallar aradan götürülsün. Başqa ehtimalla, fərdi insanın adına qanunsuz olaraq bir neçə hektar sahə də artırıla bilər. Bu cür qanunsuz əməllər isə daha çox Respublika Komissiyasının rayon mərkəzlərindəki bölmələrinin sədrləri olan rayon icra hakimiyyəti başçılarının müavinləri, eləcə də kənd komissiyalarının sədrləri olan yerli icra nümayəndələri tərəfindən həyata keçirilir. İstər kənd, istərsə də rayon komissiyalarının sədrlərinin maraqları olmasa, onlar kimlərəsə əlavə hektar, əkin sahəsi yazmaz. Yaxud bu marağın arxasında digər məqsədlər də dayana bilər. Söhbət ondan gedir ki, dövlət tərəfindən strateji olmayan məhsulların əkin sahələrinin hər hektarına 40, strateji məhsulların əkildiyi sahələrin hər hektarına isə 80 manat verilir. Kənd və rayon komissiyalarının rəhbərləri qeyri-strateji məhsullar əkilən sahələri strateji məhsullar əkilən sahə kimi qeyd etməklə əlavə subsidiyaların əldə edilməsi və onların mənimsənilməsi kimi neqativ hallara yol verə bilər".
Həmsöhbətimiz xatırladır ki, KTN-in şöbə müdiri işlədiyi dövrdə aparılmış araşdırmalar zamanı bir sıra neqativ hallar müşahidə olunub. Onlardan biri də bölgələrdəki bəzi örüş yerlərinin və qışlaqların əkin sahələri kimi göstərilməsi olub: "Əvvəllər Dağıstandan gəlmiş heyvandarlara Lerik, Yardımlı, Neftçala, Salyan və digər rayonlarda örüş yerləri və qışlaqlar təhkim olunurdu. İndi həmin ərazilər istifadəsiz qalıb. Həmin ərazilərin kimlərinsə adına strateji, yaxud qeyri-strateji məhsul əkilən sahə kimi qeydiyyata alınması və buna görə qanunsuz şəkildə subsidiyaların alınması mümkündür. Amma bəzi rayonlarda, məsələn, İsmayıllıda və Kürdəmirdə boş torpaqlar əkilib. Orada strateji və qeyri-starteji məhsullar yetişdirilib. Bu məsələdə cinayət tərkibli, yaxud qanunsuz əməl yoxdur. Çünki məqsəd məhsul yetişdirmək və ərzaq təhlükəsizliyinin təminatında rol oynamaq olub. Torpaq xalq və millət üçün olduğu üçün ərzaq təhlükəsizliyimizin təminatı, buğda və digər kənd təsərrüfatı məhsullarının idxalından asılılıqdan qurtulmağımız üçün mən də boş torpaqların əkinə yararlı vəziyyətə gətirilməsinin və orada məhsul yetişdirilməsinin tərəfdarıyam. Bu məsələyə dövlət tərəfindən dəstək daha çox göstərilməlildir. KTN-in mütəxəssisləri boş torpaqların əkilməsi, aqrotexniki tədbirlərin həyata keçirilməsinə nəzarət etmək üçün bölgələrdə tez-tez olmalıdır. Amma əfsuslar olsun ki, bu mütəxəssislər yerlərə az-az gedir"
.
Fermerlər 1 ton gübrəni 700-750 manata ala bilmir
Subsidiyaların azlığı məsələsinin tez-tez gündəmə gətirildiyini də xatırladan sabiq şöbə müdiri dövlət yardımlarının məbləğinin artırılmasına ehtiyac yarandığını da diqqətimizə çatdırır. Onun dediyinə görə, bəzi məhsullara tələbat çox olduğundan, bu məhsullar üzrə subsidiyaların məbləği mütləq artırmalıdır: "Yüksək keyfiyyətli məhsulların yetişdirilməsi və məhsuldarlığın artırılması üçün müxtəlif gübrələrə tələbat çoxdur. Düzdür, gübrələrə olan tələbatın 50 faizinin ödənilməsi üçün dövlət tərəfindən yardım ayrılır. Ancaq yerdə qalan 50 faizin fermer tərəfindən tam ödənilməsi qeyri-mümkündür. Çünki gübrələr çox bahadır. 1 ton gübrə 700-750 manatdır. Ona görə də əkin sahələri üçün tələb olunan gübrələrin hamısını almağa fermerlərin maddi imkanları yetmir. Bu səbəbdən də gübrələrin alınması üçün dövlət tərəfindən yardımların məbləği 50 faizdən ən azı 70 faizə qaldırılmalıdır, yaxud dövlət gübrələrlə təminatı öz üzərinə götürməlidir. Onu da qeyd edim ki, bəzi məhsulların keyfiyyətsizliyi və məhsuldarlığın aşağı olması əkin sahələrində yaranmış müxtəlif bitki xəstəlikləri ilə əlaqədar olur. Həmin xəstəliklərin qarşısının alınması üçün tələb olunan dərman preparatları da çox bahadır. Hətta şirkətlər tərəfindən gətirilən dərmanların qiymətləri süni şəkildə bahalaşdırılır. Ona görə də fermerlər həmin dərmanlardan istifadə etməkdən də məhrum olur. Bu üzdən də əkin sahələrində məhsullar zay olur, məhsuldarlıq aşağı düşür, məhsul keyfiyyətsiz olur. Hesab edirəm ki, dövlət tərəfindən bu məsələyə də xüsusi diqqət ayrılmalı, fermerlərin dərman preparatları ilə təmin olunması nəzarətdə saxlanmalıdır. Çünki dərman preparatlarının alınması üçün fermerlərə subsidiyalar verilmir".
Sabir Vəliyev əlavə edir ki, dövlət tərəfindən tədarük-satış bazalarının yaradılması da mütləq vacibdir. Çünki həmin obyektlər yaradılsa, fermerlərdən və sahibkarlardan alınan məhsullar müqavilə yolu ilə xarici ölkələrin bazarlarına, eləcə də Azərbaycanın şəhərlərinə və rayon mərkəzlərinə göndərilər və daxili tələbatımızı ödəyər: "Nəticədə ucuzluq və bolluq yaranar, bazarlarda alverçilərin və satıcıların süni bahalaşma yaratmasının qarşısı alınar. Ona görə də tədarük-satış bazaları mütləq yaradılmalı və dövlət bu məsələyə lazımi dəstəyi verməlidir. Əks təqdirdə istehsal edilən məhsulların müəyyən hissəsi xarab olacaq, bazarlarda bahalıq və qıtlıq müşahidə ediləcək. Digər tərəfdən, istehsal etdiyi məhsulları satışa çıxara və qazanc əldə edə bilməyənlər dolanışıqlarını təmin etmək üçün Bakıya və digər şəhərlərə köç edəcək. Bu da bölgələrdə demoqrafiya və aqrar sahənin problemlərini kəskinləşdirəcək".

Subsidiyaların verilməsində ciddi saxtakarlıq olub
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, subsidiyaların ilk dəfə verildiyi 2007-ci ildə bu prosesə ciddi nəzarət aparılmadığı üçün kəndlərdə və rayon mərkəzlərində bəzi məmurlar müəyyən şəxslərin ayrılan maliyyə vəsaitindən yararlanmasına şərait yaratmışdılar. Onun dediyinə görə, ayrı-ayrı yerlərdə əkin sahələrini çox göstərmişdilər, bəzi hallarda isə arpa sahələri buğda sahələri kimi qeyd olunmuşdu. Hətta əkin-biçinlə məşğul olmayan, məhsul istehsalına aidiyyəti olmayan insanlar saxta sənədlər əldə edərək ayrılan dövlət yardımlarından bəhrələnə bilmişdilər: "Bu amil özünü statistik rəqəmlərdə də göstərir. Məsələn, 2007-ci ildə 525 min 700 nəfərə 62 milyon 400 min manat subsidiya verilib. 2008-ci ildə yardımın məbləği 83 milyon 400 min manat, onları alanların sayı 612 min 600 nəfər olub. 2009-cu ildə 594 min 700 nəfərə 82 milyon 800 min manat subsidiya verilib. 2010-cu ildə 399 min 600 nəfər 55 milyon 500 min manat yardım alıb. 2011-ci ildə 381 min 495 nəfərə 51 milyon 640 min manat subsidiya verilib və sair. Sonuncu statistik rəqəmə görə, 149 min 849 istehsalçıya 20 milyon 153 min 483 manat məbləğində yardımın ayrılması barədə qərar qəbul edilib. Bu da onu göstərir ki, əvvəlki illərlə müqayisədə son illərdə subsidiya alan insanların sayı bir neçə dəfə azalıb. 2007-ci ildə 525 min 700 nəfərə 62 milyon 400 min manat, sonuncu göstəriciyə görə, 149 min 849 istehsalçıya 20 milyon 153 min 483 manat subsidiyanın verilməsi, yəni yardımın məbləğinin və onları alanların sayının azlığı da dediklərimə əyani sübutdur".
Ekspert vurğulayır ki, respublikanın bütün rayonlarında, hətta Naxçıvan Muxtar Respublikasında belə saxtakarlığa yol verilib. Onun dediyinə görə, buğda əkini üzrə seçilmiş rayonlar üzrə hazırlanmış statistik məlumatlar reallığı əks etdirməyib: "Bir çox rayonlarda apardığımız araşdırmalar nəticəsində kifayət qədər qanun pozuntularına yol verildiyini aşkar etmişik. Məsələn, Füzuli rayonunda 2006-cı ildə 7400 hektar, 2009-cu ildə 41 min 500 hektar, 2012-ci ildə 26 min 500 hektar, 2013-2014-cü illərdə isə 18 min 100 hektar sahədə buğda əkilib. Şəki rayonunda 2006-cı ildə 36 min 900 hektar, 2009-cu ildə 67 min 900 hektar, 2012-ci ildə 53 min 300 hektar, 2013-2014-cü illərdə isə 31 min hektar sahədə buğda əkilib. Tərtər rayonunda 2006-cı ildə 8500 hektar, 2009-cu ildə 19 min 200 hektar, 2012-ci ildə 14 min 700 hektar, 2013-2014-cü illərdə isə 6 min hektar sahədə buğda əkilib. Statistik göstəriciləri müqayisə edəndə əkin sahələri ilə bağlı məlumatların reallığı əks etdirmədiyini görürük. Analoji problemlər Cəlilabad, Şəmkir, Tovuz, İsmayıllı, Ağcabədi və Xaçmaz rayonlarında, Naxçıvan MR-də və digər ərazilərdə də yaşanır".

Subsidiya verilənədək 150-300 milyon, ötən il isə 400 milyon dollarlıq taxıl almışıq
Mütəxəssis bildirir ki, subsidiyaların düzgün bölüşdürülməməsi, yeyintilərə və saxtakarlığa yol verilməsi ucbatından buğda istehsalı ilə məşğul olan bəzi fermerlər bu sahədən yayındılar: "Bu səbəbdən də subsidiya verilənə qədər Azərbaycan 150-300 milyon dollar dəyərində buğda idxal edirdisə, ötən il bu göstərici 400 milyon dollar olub. Bu da dövlət tərəfindən ayrılan yardımların öz təyinatı üzrə istifadə edilməməsi ucbatından bəzi fermerlərdə buğda əkininə marağın azalması ilə əlaqədar olub".
Onun dediyinə görə, Maliyyə Nazirliyi tərəfindən subsidiyaların verilməsi prosesi sahəsində aparılan yoxlamalar bəzi məmurları ehtiyatlı davranmağa məcbur edib. Çünki sözügedən yoxlamalar zamanı dövlət yardımlarının öz təyinatı üzrə verilməməsi, subsidiyaların müəyyən hissəsinin mənimsənilməsi kimi faktlar ortaya çıxdığı üçün ciddi problemlər yarandı. Üstəlik, adıçəkilən nazirliyin istənilən zaman yoxlama aparmaq səlahiyyətinə malik olması da məmurların qanunsuz əməllərə yol verməsinin qarşısının alınmasında yeganə çıxış yolu olub: "Bu səbəbdən də son illərdə dövlət yardımı alanların sayı kəskin azalıb. Amma bu proses də subsidiyaların verilməsində şəffaflığı tam təmin edə bilməz. Bunun üçün kəndlərdə böyük lövhələrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının ad və soyadları, əkdikləri sahələr, əkilən sahədə yetişdirilən strateji məhsullar, məsələn, taxıl və buğda məhsulları, yığılmış və tədarük edilmiş məhsulların miqdarı və sair göstərilməlidir. Çünki kənd yerlərində bunu hər kəs bilər və neqativ hallara yol verilən zaman mərkəzi orqanlara, həmçinin, KTN-ə xəbər verilər. Ancaq indiəyədək kəndlərdə əkin sahələri və subsidiya alanlarla bağlı konkret siyahı hazırlanmayıb".
Ekspert qeyd edir ki, son zamanlar subsidiyaların məbləğinin az olması, bu məbləğin artırılmasının vacibliyi barədə məlumatlar yayılır. Hətta KTN də bununla bağlı rəsmi açıqlamalar verir. Ancaq hər hansı bir formada araşdırma aparmadan yardımların məbləğinin artırılmasına ehtiyac yarandığını iddi etmək doğru deyil: "Əgər ölkədə yanacağın qiyməti və istehsal vasitələrinin dəyəri artarsa, o zaman fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının qiymətlərini artırmaması üçün dövlət tərəfindən verilən yardımların məbləği artırıla bilər. Burada əsas məqsəd subsidiyaların məbləğini artırmaq yolu ilə fermerlərdə məhsul istehsalına marağı qoruyub-saxlamaq və bu istehsalçıların gəlir əldə etmələrinə köməklik göstərmək olmalıdır. Digər tərəfdən, əsaslındırmaq lazımdır ki, bizim fermerlərin digər ölkələrin fermerləri ilə müqayisədə məhsul istehsalına çəkdiyi xərclər çoxdursa, həmin fərqləri nəzərə almaqla, əlavə xərcləri kompensasiya etmək və subsidiyanın məbləğini artırmaq vacibdir. Ancaq Azərbaycanda belə bir əsaslandırmanı, hesabatı nəinki KTN, eləcə də digər qurumlar aparmayıb. Amma belə bir hesabatın hazırlanmasına, əsaslandırmanın aparılmasına ehtiyac yaranıb".

Şəffaflığın təmin edilməsi üçün mütəxəssislərdən ibarət işçi qrupu yaradılmalıdır
Onun dediyinə görə, Avropa ölkələrindəki aqrar sahəni, subsidiyaların hansı sahələrə və hansı şərtlər əsasında verilməsini araşdırmayan və bu barədə dəqiq məlumatı olmayan bəzi ekspertlər həmişə həmin ölkələrdəki yardımların məbləğinin Azərbaycandakından qat-qat yüksək olduğunu vurğulayır: "Doğrudur, Avropa ölkələrində fermerlər hər hektara görə təxminən 700-750 avro alır. Amma bu istehsalçılar satdıqları məhsullardan vergi də ödəyir. Ancaq ölkəmizdəki məhsul istehsalçıları vergi ödəyiciləri deyil. Bu amili də nəzərə almadan subsidiyanın məbləğinin artırılması barədə danışmağa dəyməz".
Vahid Məhərrəmov, həmçinin, əlavə edir ki, dövlət yardımlarının öz ünvanlarına çatdırılması, bu sahədə şəffaflığın təmin olunması üçün mütləq işçi qrupu yaradılmalıdır: "Həmin qrupa mütəxəssislər cəlb edilməlidir. Bu işçi qrupu Avropa ölkələri ilə Azərbaycandakı istehsal vasitələrinin qiymətləri arasındakı fərqi araşdırmalı, bu fərqin istehsala və qiymətin artımına göstərdiyi təsiri müəyyənləşdirməlidir. Yekun nəticədə isə nə qədər istehsalçıya hansı məbləğdə subsidiyanın verilməsi dəqiqləşdirilməlidir. Əks halda dövlət yardımlarının uğurlu nəticə verməsi qeyri-mümkün olacaq və bu da bir sıra problemlərə yol açacaq. Ona görə də Azərbaycan hökuməti sözügedən işçi qrupunun yaradılması barədə ciddi düşünməlidir".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ