Bazar günü günü, 01 noyabr 2026
     

Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas prioritetdir

Image



Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. İqtisadiyyatda əldə olunmuş yüksək göstəricilər sosial sahənin inkişafına, ölkə boyu aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsinə, xüsusilə əhalinin rifahının daha da yaxşılaşdırılmasına stimul yaradır.
Xüsusilə vurğulanmalıdır ki, dövlət siyasətində aztəminatlı ailələrə qayğı hər zaman prioritet olub. Bu günün özündə də əhalinin aztəminatlı təbəqəsinə verilən ünvanlı sosial yardım davam etdirilir, yeni təhsil, səhiyyə, idman-sağlamlıq ocaqlarının tikintisinə ara verilmir. Bir sözlə, aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış, əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Ötən ilin statistik göstəricilərində ümumi mənzərənin nədən ibarət olduğunu görmək o qədər çətin deyil. Belə ki, ötən ilin məlumatına əsasən, ölkə üzrə 302.4 min nəfərə 12 milyon manat məbləğində aylıq sosial müavinət təyin olunub. Sözügedən kontekstdə ilin əvvəlindən aztəminatlı ailələrin yaşayışında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımı proqramının icrası uğurla davam etdirilib. 2013-cü ilin yarısınadək ünvanlı yardım alan ailələrin sayı 125 472, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği isə 103.95 manat təşkil edib. Konkret desək, ölkədə 563.5 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. Bir nəfərə düşən əlavə məbləğ 23.14 manat təşkil edib.
Ünvanlı sosial yardımların verilməsi aztəminatlı ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına böyük töhfələr verir. Bu yardımın təyinatı zamanı ünvanlılıq, şəffaflıq, bərabərlik və ədalətlilik prinsipləri ön planda yer alır. Ona görə də ünvanlı sosial yardım proqramının şəffaf şəkildə icra olunması, məmur-vətəndaş münasibətlərinin minimallaşdırılması və qərar qəbuletmə prosesində subyektiv amillərin aradan qaldırılması üçün ünvanlı sosial yardımla bağlı alternativ müraciət mexanizmləri (poçtla və elektron) hazırlanıb. Yeni müraciət mexanizmlərinin əsas cəhəti ünvanlı sosial yardım üçün ərizə-anket formalarının həm online rejimdə, həm də poçt idarələri vasitəsilə qəbul edilməsindən ibarətdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə dövlət qayğısını əks etdirən göstəricilərdən söz açarkən qeyd edilməlidir ki, sosial müdafiəyə ehtiyacı olan şəxslərin maddi durumunun yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə yanaşı, onların digər tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. O cümlədən, müharibə əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisi sürətlənib, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili daha yüksək səviyyədə təmin olunub.
Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən aztəminatlı insanlar, Qarabağ əlilləri, şəhid ailələri, məcburi köçkün və işsizlər həmişə diqqət mərkəzində saxlanıb və bu günə kimi aztəminatlı vətəndaşların güzəranını yaxşılaşdırmaq üçün 150-dən çox fərman və sərəncam imzalanıb, 40-dan çox qanun qəbul olunub, 50-yə yaxın qanuna əlavə və dəyişikliklər edilib.
2001-ci ildə Azərbaycan SSRİ dönəmindən qalmış sosial müdafiənin həmrəyliyi prinsipindən imtina etdi və ünvanlılıq prinsipinə keçdi. Sosial yardım ümumi şəkildə hamıya deyil, ünvanlı şəkildə verilməyə başladı. Sosial müdafiə ünvanlılıq prinsipinə keçdi. Konkret olaraq hüququ çatan insanlara müvafiq vəsaitin kompensasiya şəklində ödənilməsi həyata keçirilib. Bundan başqa, qanundan irəli gələn Dövlət Proqramı qəbul olunub. Həmin proqramın icrası nəticəsində xüsusən də Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması, sosial tibbi göstərişi olan Qarabağ əlillərinə minik avtomobillərinin verilməsi, pulsuz olaraq protezlərin verilməsi, bütün reabilitasiya vasitələrinin ardıcıl şəkildə dövlət vəsaiti hesabına təmin olunması, müalicə və bərpasının pulsuz şəkildə həyata keçirilməsi, o cümlədən, respublikadan kənarda həyata keçirilməsinin təmin olunması, əlillər üçün, demək olar ki, ölkənin bütün regionlarında bərpa mərkəzlərinin, protezləşmə mərkəzlərinin tikilməsi həyata keçirilib. Naftalanda əlillər üçün ixtisaslaşmış sanatoriya tikilib.
Ölkədə yaşayan aztəminatlı ailələrlə mütəmadi olaraq görüşlər təşkil olunur. Onlara həm maddi, həm də mənəvi cəhətdən dəstək olunur.
Novruz bayramı ərəfəsində Qaradağ rayonun aztəminatlı ailələrlə görüş təşkil olunub. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov görüş zamanı ailələrə  bildirib ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qaradağ Rayonunun Sosial-İqtisadi İnkişafına Yardım Fondu tərəfindən, hər bayramda olduğu kimi, bu il də aztəminatlı ailələrə bayram payı göndərilib. Bu, dövlətimizin başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının təzahürüdür. Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə və aztəminatlı ailələrə ərzaq yardımı verilib.
Bu tip görüşlər ölkənin hər bir rayonunda yaşayan aztəminatlı ailələrlə təşkil olunur.
Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Musa Quliyevin sözlərinə görə, sosial siyasətin mühüm bir sahəsi olan əhalinin sosial müdafiəsi məsələsində, konkret olaraq pensiya, sığorta, əlillərin sosial müdafiəsi, aztəminatlı insanlara ünvanlı yardım verilməsi sahəsində kifayət qədər zəngin və möhkəm hüquqi baza yaradılıb. Onun sözlərinə görə, bu yöndə islahatlar, demək olar ki, başa çatdırılıb. 2006-cı ildə əmək pensiyaları haqda, dövlət müavinətləri haqda, daha sonra 2007-ci ildə ünvanlı sosial yardım haqda qanunların qəbul edilməsi ilə aztəminatlı insanların sosial təminatının hüquqi əsaslarının formalaşdırıldığını bildirən millət vəkili deyib ki, bütün bunlar nəticəsində Azərbaycan uzun illər sovet sistemində tətbiq etdiyi pensiya ödənilməsində həmrəylik prinsipindən imtina edib və bazar iqtisadiyyatına uyğun olaraq pensiya ödənilməsinin sığorta sisteminə keçib: "Görülən bu işlərin hamısı insanların maraqlarına xidmət edir və təbii ki, belə olan təqdirdə də həyata keçirilən sosial siyasət cəmiyyət tərəfindən dəstəklənir. Qeyd etdiyim kimi, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Bu baxımdan pensiya sistemində aparılan islahatlar da böyük əhəmiyyətə malikdir. Ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli, şəffaf şəkildə bölgüsünə imkan verir. Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumatlarda da bildirilir ki, sığorta-pensiya sistemində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində ölkə Prezidentinin əmək pensiyalarının istər baza hissəsinin artırılması, istərsə də sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarının icrası avtomatlaşdırılmış qaydada həyata keçirilməkdədir. Ölkə başçısı İlham Əliyevin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamı ilə 617 347 nəfərin əmək pensiyasının sığorta hissəsinə indeksləşdirilmə tətbiq olunub".
M.Quliyevin sözlərinə görə, ünvanlı sosial yardımların verilməsinin ciddi əhəmiyyəti vardır: "Bu yardım o insanlara verilir ki, onların aylıq gəliri 75 manatdan aşağı olsun. Qeyd edək ki, ünvanlı sosial yardım da 75 manat həcmindədir. Bizim hədəfimiz isə ondan ibarətdir ki, ünvanlı sosial yardım minimum əməkhaqqı ilə bərabər olsun.
Amma bu da İ.Əliyevin sosial müdafiənin gücləndirilməsi ilə bağlı müvafiq icra orqanlarının qarşısına qoyduğu son hədd deyil. Prezidentin qarşıya qoyduğu prioritet məsələ ölkəmizdə yoxsulluğun tam şəkildə aradan qaldırılması ilə bağlıdır. Ölkə başçısı bir müddət öncə bölgələrə səfəri zamanı insanlarla keçirdiyi görüşdə bildirdi ki, 2001-ci ildən indiyə kimi ölkəmizdə yoxsulluq həddi 49 faizdən 9 faizə enib. Yəni dünyada ikinci bir ölkə yoxdur ki, 10 il ərzində bu qədər yoxsulluq faizinin aşağı düşməsinə nail olsun. İ.Əliyev onu da əlavə etmişdi ki, bizim son məqsədimiz ölkəmizdə bir nəfər də olsun yoxsul adamın qalmamasıdır. Artıq uzun müddətdir Azərbaycanda mütləq yoxsul yoxdur. BMT-nin müəyyən etdiyi kriteriyaya görə, mütləq yoxsul gündəlik gəliri 2 dollardan aşağı olanlar sayılır. Azərbaycanda bu gün 75 manat sosial yardım verilməsi ölkədə mütləq yoxsulun olmamasını deməyə əsas verir. Söhbət yalnız nisbi yoxsulluqdan gedə bilər ki, onu da artıq tam aradan qaldırmaq üzrəyik. Bu istiqamətdə lazımi işlər görülür və 2003-cü ildən bu yana ölkəmizdə 900 min iş yeri açılıb ki, onun da 700 mindən çoxu daimidir. Əməkhaqları da artırılır və hazırda Azərbaycanda orta aylıq əməkhaqqının məbləği 350 manata çatıb. Bu çox böyük bir rəqəm və göstəricidir. Azərbaycan hökuməti üçün artıq Avropa Birliyinə üzvlük məsələsi hədəf kimi seçilə bilər. Bu, son illərdə Azərbaycan Prezidentinin rəhbərliyi altında uğurlu sosial-iqtisadi, siyasi islahatların əyani bir nəticəsidir. Nəzərə alsaq ki, Azərbaycanda inflyasiya həddi də bu sosial-iqtisadi artım fonunda o qədər də yuxarı deyil və birrəqəmli həddədir, ölkəmizdə əməkhaqqının artım tempi inflyasiya tempini iki dəfə üstələyir. Bu bir daha Azərbaycanın yüksək templə inkişafını təsdiqləyir".


Günel CƏLİLOVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ