şənbə günü, 11 iyul 2026
     

Bələdiyyə vergilərinin yığılmasında qanunsuz tikililər problemi...

Image



Arif Rəhimzadə: "Qanun qəbul ediləcək, mənzilin 30 kv. metrindən vergi tutulmayacaq, qalan sahədə hər 1 kv. metrə görə vergi alınacaq"
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin APA-ya müsahibəsini ixtisarla çap edirik.
- Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesi gedir. Bu nə ilə bağlıdır?
- Azərbaycan qanunvericiliyinə görə, beş nəfər də bələdiyyə yarada bilər. Düzdür, Azərbaycanda 5 nəfərin yaratdığı bələdiyyə yoxdur, ən azı 50, 30 ailənin yaratdığı bələdiyyələr var. Bu bələdiyyələr heç bir iş görə bilmir, bu yolla bələdiyyə ideyasını, ümumiyyətlə, diskreditə edirlər. Bələdiyyələr birləşəndə isə onların imkanları birləşir. Məsələn, görürsən ki, kiçik bələdiyyə olan yerdə bələdiyyə üçün bir ağsaqqal da tapa bilmirlər. Ağsaqqal var, ancaq o eyni zamanda mütəxəssis olmalı, biliyi, savadı olmalıdır. Ən başlıcası odur ki, kiçik bələdiyyələrin maliyyə imkanları məhdud olur və onlar heç bir iş görə bilmir. Milli Məclisdə də bəzi çıxış edənlər dedilər ki, bələdiyyələri birləşdirirsiniz. Bələdiyyələri biz birləşdirmirik. Onu da deməzdim ki, bələdiyyələrin özlərinin ağlına birdən birləşmək ideyası gəlib. Yox. Müəyyən təbliğati, izahat işləri görülüb, ancaq bələdiyyələrin birləşməsi tamamilə könüllülük prinsipinə əsaslanan bir məsələdir. Qanunvericiliyə əsasən, bələdiyyələr Milli Məclisə müraciət edir, Milli Məclis müraciətlərə baxır, sənədlərin qaydasında olub-olmadığı yoxlanır, sənədlər qaydasındadırsa, qanun layihəsi hazırlanır, plenar iclasa çıxarılaraq qəbul edilir.
- Bundan sonra da bələdiyyələrin birləşməsi prosesi gedəcəkmi?
- Bələdiyyələr görsələr ki, birləşmə prosesi onlar üçün əlverişlidir, onların birləşməsinə heç kəs qadağa qoya bilməz. Hansısa bələdiyyə digər bələdiyyə ilə birləşmək istəyirsə, bununla bağlı müraciət etmək hüququ var. Ola bilər ki, birləşmə prosesi böyük miqyasda getməsin.
- Ümumiyyətlə, bələdiyyələrin özünü doğruldub-doğrultmaması məsələsi həm cəmiyyətdə, həm də parlamentdə müzakirə mövzusu olur. Siz necə düşünürsünüz, Azərbaycanda bələdiyyə institutu özünü doğrultdumu? Doğrultdusa, niyə bələdiyyələrin bu qədər problemləri var? Bəlkə problemlər bələdiyyələrin səlahiyyətlərindən qaynaqlanır?
- Azərbaycanda yerli özünüidarə həmişə olub. Ancaq sovet dövründə bu formal xarakter daşıyırdı, yerli sovetlər, kənd, qəsəbə sovetləri vardı. Bu da yerli özünüidarəetmə idi, ancaq əslində onlar dövlət orqanları idilər. İndi yerli özünüidarəetmə orqanları olan bələdiyyələr əhalinin iradəsi əsasında yaradılır, tam müstəqil, yerli məsələləri həll edən bir qurumdur. Burada, şübhəsiz ki, böyük çətinliklər var. Məsələn, bələdiyyələrin büdcə məsələsinin nə üçün həllini tapmadığını deyirik. Bələdiyyələrin büdcəsini formalaşdıran bir neçə vergi və ödənişlər var, onların əsasında bələdiyyələr öz büdcələrini formalaşdırmalıdır. Rusiyada dövlət büdcəsindən bələdiyyələrə pul verilir. Azərbaycan Konstitusiyası, qanunlar hazırlananda belə fikir var idi ki, bələdiyyələr hökumətdən asılı edilməsin. Yəni bələdiyyələrin vəsaiti olsa, qanun çərçivəsində istədiyi kimi hərəkət edə bilər, daha hökumətə "bəli!", "baş üstə!" deməyəcək. Bu yanaşma doğru idi. Ona görə də bələdiyyələr üçün vergilər müəyyənləşdirilib və bələdiyyələr vergisini yığaraq büdcəsini formalaşdırmalıdır. Ən böyük vergi mənbəyi daşınmaz əmlakdan torpaq və onun üzərindəki tikililərdən alınan vergi olmalıdır. Bələdiyyələr pis-yaxşı torpaq vergisini yığa bilirlər, ancaq tiklilərdən bu vergi yığıla bilmir. Çünki qanunda yazılıb ki, vergilər tikililərin balans dəyərindən faiz formasında tutulan bir vəsaitdir. Ancaq binanın balans dəyərini müəyyən etmək üçün 4-5 il və çoxlu vəsait lazımdır. Bələdiyyə vətəndaşa müraciət edir ki, sən evinin daşınmaz əmlak kimi vergisini verməlisən. Vətəndaş soruşur ki, nə qədər vergi verməliyəm? Bələdiyyə deyir ki, evin qiyməti filan qədərdir, bu qədər də vergi verməlisən. Vətəndaş da həmin qiymətlə razılaşmır, evinin qiymətinin bələdiyyə bəyan edən qədər olduğunu təsdiqləyən sənəd istəyir. Yaxud dövlət binalarında yaşayan insanlara deyilir ki, sənin 3 otaqlı evin var, qiyməti bu qədərdir, bu qədər vergi verməlisən. Vətəndaş isə ya evin bələdiyyə tərəfindən bildirilən qiyməti ilə razılaşmır, yaxud evin yararsız hala düşdüyünü, özü tərəfindən təmir edildiyini söyləyir. Bir sözlə, bələdiyyənin əlində evin qiymətinin müəyyənləşdiyi sənəd olmur, vətəndaş da daşınmaz əmlakla bağlı vergini vermir. Belə vəziyyət yaranır.
- Vəziyyətdən çıxış yolu nədir?
- Ümid edirəm ki, biz bu yaxınlarda bir qanun qəbul edəcəyik. O qanunda daşınmaz əmlakın balans dəyəri yox, sahəsinə görə vergi əsas götürüləcək. Məsələn, mənzilin 30 kv.m-dən vergi tutulmayacaq.
- Adambaşına 30 kv.m-dən?
- Yox, cəmi sahənin 30 kv. m-dən söhbət gedir. Tutaq ki, mənzilin sahəsi 100 kv.m-dirsə, 30 kv.m-dən vergi tutulmayacaq, qalan sahədə hər 1 kv m-ə görə vergi tutulacaq. Bu artıq mübahisə yaratmayan məsələ olacaq.
- Ancaq regionlarla şəhər, paytaxt, kəndlər məsələsi də var.
- Bu da nəzərə alınacaq. Tutaq ki, Bakıda regionlardan fərqli vergi olacaq. Bakının da hər yerində eyni olmayacaq. Bakının mərkəzində vergi dərəcəsi yüksək, ətrafında aşağı olacaq. Sumqayıtda hər kv.m-ə görə başqa qiymətlər olacaq. Gəncədə, kənd yerlərində də tamam fərqli qiymətlər tətbiq ediləcək. Hər halda bir müəyyənlik yaradılır. Ona görə də bələdiyyə də gedib vergisini ala biləcək, fəaliyyətini də qura biləcək. Pulsuz heç nə etmək olmur.
- O halda qanunsuz tikililər problemi ortaya çıxır. Bakıda da yüz minlərlə qanunsuz tikili var. Evlər bələdiyyələrin torpaqlarla bağlı verdikləri sənədlər əsasında tikilib, o sənədləri də dövlət orqanları qəbul etmir, mülkiyyətə dair çıxarışları yoxdur. Bəs bələdiyyə o evlərdən daşınmaz əmlakla bağlı vergini necə yığacaq, evin sahəsini necə ölçəcək?
- Qanunsuz tikililərin də hansısa formada bir çarəsi tapılacaq. Ya o qanunsuz tikililər qanuniləşdiriləcək, ya da ləğv olunacaqlar. Üçüncü yol varsa, o yolla məsələ həllini tapmalıdır.
- Bir neçə il əvvəl Azərbaycan hökumətində qanunsuz tikililər məsələsi gündəmə gəlmişdi, hətta Azərbaycan Prezidenti bununla bağlı komissiya yaradılması barədə də sərəncam vermişdi. Hazırda bu məsələ nə yerdədir, qanunsuz evlərlə bağlı hansı addımların atılması planlaşdırılır, Milli Məclisin komitə sədri kimi bu sahədəki proseslərdən xəbəriniz varmı?
- Bu əslində bizə aid olan məsələ deyil. Ancaq bir vətəndaş kimi bilirəm ki, o istiqamətdə işlər aparılır. Böyük çətinliklər var. Bizim cəmiyyətdə qanuna riayət etməyən insanlar həddindən artıq çoxdur. Bir balaca imkan tapan kimi gəlib tikir, deyir ki, mən qaçqınam, köçkünəm və s. Hamısına qarşı da qanunu işə salmaq mümkün olmur, hərdən o işlə məşğul olan insanlar boşluq göstərir. Nəticədə də belə bir problem yaranıb. Elə başa düşürəm ki, qanunsuz tiklilər məsələsi həllini tapacaq. Bununla bağlı hazırda iş aparılır.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

11.07.2026 / 10:54
Zakir Həsənov Türkiyədə səfərdədir - FOTO

11.07.2026 / 10:45
“Həkəriçay” su anbarının təməli qoyuldu

11.07.2026 / 10:31
Jan-Mişel Brun Fransa mətbuatını ifşa etdi - müstəmləkə xalqlarına qarşı zorakılığı kölgədə saxlayır, təhrif edirdilər...

11.07.2026 / 10:22
Avropa Parlamenti ermənilərdən başqa həm də yunan lobbisinin əsirliyində imiş... SÜBUT...

11.07.2026 / 10:08
Hakan Fidan S-400-lərin üçüncü ölkəyə göndərilməsi ilə bağlı danışıqların davam etdiyini açıqladı...

11.07.2026 / 09:53
“Azərbaycanca-Norveçcə sözlük" yayınlandı

11.07.2026 / 09:48
"Media dekolonizasiya prosesində qlobal məlumatlılığın artırılmasında mühüm rol oynayır" - Abbas Abbasov

11.07.2026 / 09:44
Vətənə və xalqa xidmət edən ömür Doğum gününüz mübarək, hörmətli Rasim Məmmədov!

11.07.2026 / 09:37
Bakıda medianın dekolonizasiya prosesində roluna həsr olunmuş konfrans keçirilir

11.07.2026 / 09:30
Amerikalı mütəxəssislər TRIPP layihəsi ilə bağlı Ermənistana səfər edib...

11.07.2026 / 09:15
İran Trampın iddialarını təkzib etdi – onlardan danışıqların bərpasını istəməmişik...

11.07.2026 / 08:49
İran ABŞ-ın bombaladığı nüvə obyektlərini bərpa edir - peyk görüntüləri ortaya çıxardı...

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

09.07.2026 / 22:51
Separatçı qüvvələrin ortaya atdığı “Bakılılar günü”, “Bakılılar milləti” - “Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu... Cinayətlərin açılma faizi xeyli yüksəlib...

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

09.07.2026 / 19:21
Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...

09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ