Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Sosial müdafiə sistemində islahatlar: şəffaflıq və keyfiyyətli xidmətə doğru
Tarix: 30.05.2014 / 09:42
Bölmə: İqtisadiyyat
Hazırda cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəetməsində köklü islahatlar aparılması prinsipial əhəmiyyət kəsb edir. Bu sahədə islahatlar dövlət idarəetməsinin səmərəliliyini artırmalı, iqtisadiyyatın tarazlaşdırılmış tənzimlənməsi məqsədi ilə zəruri təsisatların formalaşdırılmasını, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiya olunmasını sürətləndirmək məqsədi ilə iqtisadi fəaliyyət üçün beynəlxalq standartlara cavab verən idarəetmə sistemi və hüquqi baza yaradılmasını təmin etməlidir.
Eyni zamanda, bu məqsədlər üçün dövlət xərclərinin şəffaf tənzimlənməsi mexanizminin formalaşdırılması, audit və dövlət idarəetmə (o cümlədən dövlət qulluğu) sisteminin yenidən qurulması, iqtisadiyyatın idarə olunmasının təsisat sisteminin təkmilləşdirilməsi, hüquqi və məhkəmə islahatlarının aparılması sistemli yanaşma əsasında kompleks şəklində həyata keçirilməlidir.
İslahatların keçirilməsinin zəruri olduğu sahələrdən biri də sosial müdafiə sistemidir. Qeyd edək ki, sosial islahatlar bütün dünyada ağrılı, gərgin keçib, hətta inqilablarla nəticələnib. Çünki bu çox ciddi bir islahatdır, insanların, hamının ailəsinə, məişətinə toxunan islahatlardır.
Ümumilikdə götürəndə bu yöndə islahatların iki baş xətti olur. Birinci xətt "Polşa modeli" adlanan "şokaterapiya"dır ki, həmin ölkənin özündə bu proses 2 il ərzində getdi, bütün məsələləri korladı, qiymətlər qalxdı, cəmiyyət dəydi bir-birinə, sonra hər şey oturumlaşdı. Azərbaycan isə bu məsələdə evalyusion yolu seçdi, təkamül yolunu seçdi və biz zaman-zaman, addım-addım sosial islahatları apardıq...
Bunlar çox ciddi islahatlardır. Birincisi pensiya islahatları idi. Biz pensiya islahatlarında həmrəylik prinsipindən fərdi uçot prinsipinə keçdik. Həmrəylik belə idi ki, adamlar pul verirdilər, axırda son iki il ərzində kim nə qədər əmək haqq alıb, o əmək haqqına görə orta pensiya məbləği hesablanırdı. Bu ədalətsizlik idi. Bu sistem təkmilləşdi,özü də zaman-zaman təkmilləşdi, hələ bu gün də təkmilləşir.
Fərdi uçot sistemində artıq ödəmələri poçtalyonlardan keçdik kartlarla paylanma sisteminə. Təsəvvür edin ki, poçt-rabitə şöbələrində pensiyaların paylanmasından faydalanan yüzlərlə adam var idi ki, onlar bunun əleyhinə idilər. Amma kart bankomat sisteminə keçid baş tutdu. Təbii ki, burada Səlim Müslümovun rəhbərlik etdiyi qurumun - Dövlət Sosial Müdafiə Fondunun böyük xidmətlərini danmaq olmaz.
Biz sığorta fonduna keçirilən vəsaitlərin məcburiliyini və ilkinliyini təmin etdik. Belə ki, əvvəllər bütün pullar bölünürdü, Sosial Sığorta Fonduna köçürməyə pul qalmırdı. İndi biz birinci qoymuşuq əmək haqqı, sonra sığorta haqqı. Təkcə bu addım sığorta sistemini xeyli gücləndirdi. Sığorta sistemi, yəni sosial müdafiə sisteminin sosial müdafiə fondu gücləndi və bu gün bizdə pensiyaların ödənilməsində, demək olar ki, problem yoxdur. Hər ayın sonunda pensiyalar hesablanır, ödənilir. Bu böyük islahatlardır.
Ünvanlı yardımların ödənilməsində də mexanizm çox narahat idi, təzədən təkmilləşdirildi. İlkin ünvanlı yardıma keçəndə 17 sənəd istənilirdi, indi bu sənədlərin sayı minimuma endirilib.
Bu dəqiqə sosial müdafiədə, sosial xidmətdə əsasən dövlət iştirak edir, qocalara, əlillərə, xəstələrə xidmət göstərilir. Amma bəzən yaddan çıxarılır ki, həm də sosial psixoloji xidmət lazımdır. Gənc ailənin sosial müdafiəsi ilə bağlı xidmətin elementləri var.
Ahılların sosial müdafiəsi haqqında qanunumuz var. Azərbaycanda bu gün sosial müdafiənin yaxşılaşdırılması üçün çox ciddi hüquqi baza artıq formalaşır. Səhiyyə ilə bağlı Azərbaycanda çox böyük işlər görülüb. Sevindirici hal odur ki, səhiyyə sistemində dövlət müəssisələrində pullu xidmət deyilən məfhum ləğv olundu, sağlamlığın qorunması haqqında qanun qəbul olundu. Özəl səhiyyə xidmətinin hüquqi bazası təmin olundu. Tibbi sığorta haqqında qanun qəbul olundu...
Azərbaycanda bu illər ərzində sosial müdafiə sistemi kökündən təzələnib, müasirləşib, təkmilləşib. Bir baş istiqaməti mütləq yadda saxlamaq lazımdır ki, Prezident İlham Əliyev cənablarının məqsədi Azərbaycanda sosial rifah tipli dövlət qurmaq, azərbaycanlıların, Azərbaycan xalqının real gəlirlərini artırmaq, güzəranını daha da yaxşılaşdırmaqdır. Bəzən biz birbaşa aldığımız sosial müdafiəni görürük, amma dolayısı yolla olanları görmürük. Məsələn, xəstəxana tikilib, onu görə bilmirik, yol çəkilib onu görə bilmirik, məktəb tikilir, onu görə bilmirik.
Hava təmizlənir, onu hiss etmirik, su çəkilir, onu hiss etmirik. Bəs bunlar sosial müdafiə deyilmi?
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra sosial sığorta və pensiya təminatının yaxşılaşdırılması istiqamətində addımlar atılmağa başlandı. Azərbaycanın eks-prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi həmin istiqamətlər çərçivəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb, həm əhaliyə pensiya və müavinətlərin ödənilməsi, həm də digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə olunub, ümumiyyətlə, bu sahədə köklü dəyişikliklər baş verib.
Belə ki, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olub ki, bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artıb.
Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sistemində köklü dəyişikliklərin əsası Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın (2001-2005-ci illər) reallaşdırılması ilə qoyulub.
Sabit və ardıcıl inkişaf tempinin fəaliyyətin əsas meyarı kimi götürülməsi nəticəsində mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatının aparılması sosial siyasətin strateji istiqamətlərindən biri kimi tam gerçəkləşdirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi ölkəmizdə beynəlxalq standartlara uyğun yeni sığorta-pensiya sistemi təşəkkül tapıb. Bu məqsədlə 2003-2005-ci illərdə pilot və hazırlıq tədbirləri başa çatdırılıb, 2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilib. 2006-cı ilin yanvarın 1-dən ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sistemi tətbiq olunub, pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimləməsi və bazar münasibətləri əsasında təminatının müasir forması yaranıb.
Sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir.
Həyata keçirilən islahatlar nəticəsində əldə edilmiş nəticələr ölkəmizin sığorta-pensiya modelinin müxtəlif beynəlxalq uğurlar qazanması ilə müşahidə edilib. Hazırda yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində davam etdirilir.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat Elmira Axundova bu gün pensiya islahatı sahəsində atılan addımları uğurlu hesab edir. Onun sözlərinə görə, sosial ədalətli reformu bir milyona yaxın insan öz həyatında hiss eləyib.
"Əvvəllər çox stajı olanların pensiyasının az olması məsələsi ilə rastlaşırdıq. Amma bu gün rayona gedəndə həyata keçirilən islahatlar nəticəsində çox stajı olanların pensiyasının artmasını eşitmək xoşdur. Sentyabrda rayonda olarkən 60 ilə yaxın stajı olan müəllimə mənə yaxınlaşaraq son islahatlar nəicəsində pensiyasının 245 manat olduğunu deyib. Bu isə onun yaşaması üçün kifayət edir".
Ancaq millət vəkili bunun sonuncu hədd olmadığını bildirib: "Respublikamız güclü və varlıdır. Ümidvaram ki, yenə də bu yöndə addımlar atılacaq və bizim pensiyaçılarımızın aldığı məbləğ, o cümlədən pensiyanın baza hissəsi qalxmalıdır".
Ümumiyyətlə, sosial müdafiənin Azərbaycan modelinin əsas cəhəti ondan ibarətdir ki, bu proses, digər keçid dövrü ölkələrində olduğu kimi, birbaşa deyil, əvvəlki sistemlə əhatə olunmuş insanların davamlı sosial müdafiə tədbirləri vasitəsilə yeni şəraitə mərhələlərlə tam inteqrasiyası yolu ilə reallaşdırılıb. Hazırda ölkəmizdə qurulmuş sığorta-pensiya sistemi məcburi dövlət sosial sığortası əsasında fəaliyyət göstərir və sistemin əsas məzmununu sığortaolunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması təşkil edir. Bu baxımdan qurulmuş modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi də səciyyələndirmək olar.
Vətəndaşlarin Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun fikrincə, həm hüquqi, həm də praktik baxımdan pensiya sahəsində həyata keçirilən tədbirlər düzgündür.
"Yəni həmrəylik sistemindən fərdi yığım sisteminə keçilib. Hər kəs nə qədər işləyirsə o qədər də özü üçün toplayır".
Lakin S.Məmmədov bu gün işləyənlərin əksəriyyətinin əmək müqaviləsi olmadığına görə sığortalanmaması və buna görə də Dövlət Sosial Müdafiə Fonduna vəsait toplanmaması probleminin yaşandığını qeyd edib.
"Qeyri-formal əmək bazarı o qədər güclüdür ki, Sosial Müdafiə Fonunda vəsaitlərin toplanmasında ciddi problemlər yaşanır. Bu da bu sahədə həyata keçirilən islahatları heçə endirir".
Pensiya islahatı sahəsində həyata keçirilən digər addım pensiya və müavinətləri ödənişinin avtomatlaşdırılmasıdır. Ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması əldə edilmiş mühüm nəticələrdəndir. DSMF-nın verdiyi məlumata görə, hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 98,7 faizinin pensiyaları plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ