Bazar günü günü, 01 noyabr 2026
     

Vergi partnyorluğu Sazişi: qarşılıqlı inam və etimad körpüsü

Image



Məlumdur ki, müstəqilliyini qazanan Azərbaycan Respublikasının qarşısında duran ən ümdə vəzifələrdən biri də sosial, siyasi, iqtisadi və mənəvi sahələrdə demokratik dəyərlərə söykənən islahatların aparılması idi. Həmin səbəbdən dünyaya uğurla inteqrasiya edən ölkəmizdə ilk gündən dövlət və özəl sektora müxtəlif müdaxilələrin aradan qaldırılması istiqamətində mühüm işlər görüldü.
Mərhum Prezident Heydər Əliyevin Azərbaycan Respublikası (AR) Vergilər Nazirliyinin işini sivil beynəlxalq təcrübəyə əsaslanan və hüquq-mühafizə orqanlarının iqtisadi sahəyə, xüsusən özəl sektora müdaxiləsinin qarşısını almağa yönələn sərəncamları ölkə iqtisadiyyatının davamlı inkişafının əsasını qoydu.
Hər sahədə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyevin iqtisadi siyasət strategiyasına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev respublikamızdakı vergi siyasətinin mütərəqqi dünya sistemi ilə uyğunlaşması üçün sərəncamlar imzaladı. Ölkəmizin müdafiə qabiliyyətinə, səhiyyə, elm,maarif, mədəniyyətə və digər sahələrin inkişafına yönələn vergi siyasəti Vergi Məcəlləsinə dəyişikliyi, AR Nazirlər Kabinetinin "Vergi Partnyorluğu forması"nı və "Vergi Partnyorluğu Sazişinin bağlanması Qaydaları"nı təsdiq etməsi vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələsinə start verdi.
Bu isə, öz növbəsində, ölkəmizdə vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlərini vacib etdi. Vergi Partnyorluğu Sazişinin Vergi Məcəlləsinə daxil edilməsi bu istiqamətdə gerçəkləşdirilən ən mütərəqqi yeniliklərdən biri kimi vergi tariximizə düşdü. İnkişaf etmiş dünya ölkələrinin vergi administrasiyalarının tətbiq etdiyi bu tərəfdaşlıq modelinin AR-də tətbiqi, ilk növbədə, biznes mühitinin, xüsusən özəl sektorun liberallaşdırılmasına təkan verdi. Qeyd edək ki,vergi siyasətində aparılan bu yenilik xarici mütəxəssislər tərəfindən də təqdir edilir. Bu barədə İOTA prezidenti Samuel Tanner mətbuata açıqlamasında deyib: "Vergi Partnyorluğu Sazişi kimi mühüm yeniliyin Azərbaycanda reallaşdırılması istiqamətində atılan addımlar yalnız təqdir olunmalıdır. Bu,vergilərin könüllü ödənilməsi səviyyəsinin yüksəlməsi ilə yanaşı, vergi orqanları ilə vergi ödəyiciləri arasında hər hansi ziddiyyətin, anlaşılmazlığın, mübahisələrin əhəmiyyətli dərəcədə aradan qalxmasına imkan verəcək. Başqa sözlə, bu saziş hər iki tərəfin məsuliyyətini artıracaq. S.Tanner həm də Azərbaycanın vergi orqanlarının mütərəqqi islahatlara meylli olduğunu vurğulayıb: "Vergilər Nazirliyi vergi ödəyiciləri üçün maksimum əlverişli mühit formalaşdırmağa, onların maraq və mənafeyinə xidmət edən yenilikləri reallaşdırmağa çalışır. Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin böyük əksəriyyəti vergi ödəyicilərinin xeyrinədir. Dünyada maliyyə böhranının başa çatmadığı bir zamanda belə islahatların həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının real imkanlarını göstərir. Vergi Məcəlləsinə edilən dəyişiklər,eyni zamanda, Vergilər Nazirliyinin islahatlara açıq, şəffaf və modern dövlət qurumu olduğunu sübut edir".
Məlumdur ki, həyata keçirilən hər hansı islahat risqlər minimuma endirildiyi təqdirdə cəmiyyət tərəfindən qəbul edilə bilər. Bu, özünü xüsusən vergi sistemində göstərir. Vergi qrupuna daxil olan vergi ödəyiciləri isə bütün dünya ölkələrində mövcuddur. Deməli, hər bir ölkədə vergidən yayınmağa çalışan vergi ödəyiciləri də kifayət qədərdir. Vergi administrasiyasının qarşısında duran əsas vəzifə bu risqləri-yayınmaları minimallaşdırmaq istiqamətində islahatlar aparmaqdır. Həmin səbəbdən,Azərbaycanın vergi orqanları da vergi ödəyicilərində məsuliyyəti, başqa sözlə,könüllü əməletmə səviyyəsini yüksəltməyə xidmət edən islahatlar həyata keçirir və bu, ölkənin vergi həyatında bir intibah kimi dəyərləndirilməlidir. Məsələyə münasibət bildirən vergilər üzrə ekspert Nuran Kərimov deyib ki, bu təcrübənin səmərəliliyi artıq təsdiqini tapıb. Vergi Partnyorluğu Sazişi könüllülük əsasında bağlanılmaqla,ilk növbədə, qarşılıqlı etimada və məsuliyyətə əsaslanır. Bu da gələcəkdə vergi ödəyicisinin vergidən yayınma risqlərini minimallaşdırmaqla onların əlavə maliyyə itkilərinin qarşısını alır. Eyni zamanda, vergi orqanları ilə vergi ödəyiciləri arasında yaranan mübahisələrin minimuma endirilməsini, onların həllinə yönələn inzibatçılıq xərclərinin aşağı salınmasını təmin edir".
Ekspert həm də bildirib ki, belə tərəfdaşlıq münasibətlərinin qurulması heç bir halda vergi öhdəliklərinin azaldılmasını nəzərdə tutmur. Vergi Partnyorluğu Sazişi fəaliyyətində qanunvericiliyə tam əməl etməyə çalışan hər bir vergi ödəyicisi üçün son dərəcədə əlverişlidir. Bu halda vergi ödəyicisi, məsələn, vergi bəyannamələrini vaxtlı-vaxtında təqdim edəcəyinə, hesablanmış vergiləri tam həcmdə ödəyəcəyinə, nağd hesablamalar apararkən nəzarət-kassa aparatlarından istifadə edəcəyinə, müştərilərin plastik kartlarla ödəmələr aparmasına şərait yaradacağına dair öhdəliklər götürür. Vergi orqanları da bunun əvəzində vergi nəzarətinin distant formalarından istifadə edəcəyinə, sahibkarlıq subyektində və onun obyektlərində əlavə yoxlamalar və inzibatçılıqla bağlı təsirlərin olmayacağına razılıq verir.
Qeyd edək ki, sözügedən istiqamətdə müəyyən işlər də görülüb. Bu gün vergitutmanın sadələşdirilməsi, güzəşt və imtiyazlar həyata keçirilir. Ən mütərəqqi müqavilə kimi qəbul edilən Vergi Partnyorluğu Sazişi, ilk növbədə, vergi uçot sistemini elektronlaşmış formada verən vergi ödəyicilərinə aiddir. İkinci növbədə, belə saziş iri vergi ödəyiciləri ilə bağlanır. Və nəhayət, üçüncü halda, borcu olmayan, vergilərini vaxtında ödəyən, bəyannamələrini vaxtında təqdim edən vergi ödəyicilərinə üstünlük verilir. Artıq bu gün Azərbaycanda vergi ödəyiciləri ilə vergi orqanları arasında 360-a yaxın partnyorluq müqaviləsi bağlanıb ki, bunların da 300-dən çoxu Bakı, 55-ə yaxını isə regionları əhatə edir. Lakin proses bu gün də davam edir. Vergilər Nazirliyinin müşaviri A.Musayevin açıqlamasına görə, Vergi Partnorluğu Sazişinin bağlanmasının üstünlüyü ondan ibarətdir ki, həmin sazişi bağlayan vergi ödəyiciləri vergi sanksiyalarına məruz qalmayacaq: "Bundan başqa, ola bilsin ki, onlar səyyar vergidən də azad olsun. Amma bu o demək deyil ki, sazişi bağlayan vergi ödəyicilərinə vergi ödənişlərində güzəşt ediləcək. Onlara bu ödənişdə bir qəpik də güzəşt edilməyəcək. Bundan başqa, bir il müddətinə imzalanan vergi sazişindən istənilən vaxt hər iki tərəf imtina edə bilər. Bu imtina tərəflərin birinin sazişin müddəalarını pozduğu halda da baş verə bilər. Onu da qeyd edək ki, Vergilər Nazirliyi heç bir sahibkarı Vergi Partnyorluğu Sazişinin bağlanmasına məcbur edə bilməz".
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da hesab edir ki, Vergi Partnyorluğu Sazişi sahibkarların mənafeyinə tam uyğundur. Həmin qurumun Dövlət orqanları və sahibkarlarla iş şöbəsinin müdiri Emil Süleymanov bildirib: "ASMK hesab edir ki, Vergi Məcəlləsinə Vergi Partnyorluğu Sazişinin daxil edilməsi yeni dövrün tələblərindən irəli gəlir və sahibkarların mənafeyinə tam uyğundur. Vergi ödəyiciləri belə bir sazişi imzalamaqla müəyyən risqlərdən azad ola bilər. Bu baxımdan, biz bu sazişin əhəmiyyətini vergi ödəyicələrinə geniş izah etməyə çalışırıq. Saziş imzalanarkən risq yarada biləcək bütün nüanslar müəyyən ediləcək. Sonra həmin öhdəliklərin yerinə yetirilməsi üçün partnyorluq sazişi bağlanacaq və sonrakı dövrlərdə vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə yoxlamalar və inzibatçılıqla bağlı təsirlər olmayacaq. Başqa sözlə, vergi ödəyicisinin inzibatçılıq xərci minimuma enəcək".
Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Vergi Partnyorluğu Sazişinin forması" və "Vergi Partnyorluğu Sazişinin bağlanması Qaydaları"na görə, sazişin əsas məqsədləri: 1) sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla, onun inkişafını stimullaşdırmaq, əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək, biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək; 2) könüllülük çərçivəsində partnyorluq etmək, ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq, vergi risqlərini minimallaşdırmaq; 3) vergilərin düzgün və tam ödənilməsində dövlət vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsindən, qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında münasibətlərin qurulmasından ibarətdir. Bu saziş, sözsüz ki, vergi ödəyicilərinin daxili nəzarət sisteminin gücləndirilməsini tələb edir. Saziş həm də vergi ödəyiciləri tərəfindən təqdim edilən elektron məlumatların e-audit alətləri vasitəsilə yerlərə getmədən vergi orqanlarında emal olunmaqla, tərəflərin üzərinə düşən inzibati yükün azalmasını nəzərdə tutur.
Göründüyü kimi, Saziş vergi ödəyicilərinin hüquqlarının qorunmasını yeni bir mərhələyə çıxarmaqla, cəmiyyətdə müasir nümunəvi vergi ödəyiciləri adlanan bir təbəqənin yaranmasına və nəticə etibarilə həmin vergi ödəyicilərinin sosial prestijinin artmasına səbəb olacaq. Qeyd edək ki, "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"ın təsdiqi və artıq fəaliyyət göstərməsi yaxın gələcəkdə vergi bəyannamələrinin əvvəlcədən doldurulma sisteminə keçidini təmin edəcək, elektron kommersiya üzrə xarici təcrübənin öyrəniləcəyini, kameral vergi yoxlamalarının aparılması qaydalarını da sistemləşdirəcək.
Məlumdur ki, Vergi Partnyorluğu Sazişinin işləkliyini təmin etmək üçün onun mahiyyətini açıqlayan təbliğat və maarifləndirmə işinə çox böyük ehtiyac var. Bunu nəzərə alan Vergilər Nazirliyi sahibkarlarla müxtəlif səpkili görüşlər, konfranslar keçirir. Nazirliyin Bakı Şəhəri Vergilər Departamentində 94 vergi ödəyicisinin, özəl vergi məsləhəti xidməti göstərən şəxslərin və sahibkarların ictimai təşkilatların nümayəndələri ilə görüşü bu qəbildəndir.
Beləliklə, apardığımız qısa təhlil göstərir ki, son illər həyata keçirilən qanunverici-institusional islahatların tərkib hissəsi kimi vergi orqanlarının işinin çevik və işlək mexanizmlər əsasında qurulması ölkəmizdə liberal biznes mühitinin təkmilləşməsinə və vergi daxilolmalarının artım dinamikasına müsbət təsir göstərir. Buraya Azərbaycan Vergilər Nazirliyinin bu il ABŞ-ın mühüm dövlət orqanı-Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA-məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə və federal vergi gəlirlərinin artırılmasıdır) ilə xüsusi əməkdaşlığa başlayacağını da əlavə etsək, aydın olar ki, artıq müasir Azərbaycan vergi siyasəti ilə də dünyaya uğurla inteqrasiya edir.
Vaqif Cəliloğlu, tex.e.üzrə fəlsəfə doktoru
Yazı Vergilər Nazirliyinin "Vergilər" qəzetinin və Azərbaycan Mətbuat Şurasının birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ