Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti
Tarix: 27.05.2014 / 10:51
Bölmə: İqtisadiyyat
Mərhum prezident Heydər Əliyevin birbaşa təşəbbüsü ilə Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları yaradılıb, bu sahədə kompleks islahatların istiqamətləri müəyyən edilib. Məlum olduğu kimi, H.Əliyevin müstəqil dövlətimizə rəhbərliyi dövründə aparılmış məqsədyönlü islahatlar Azərbaycanda liberal iqtisadi münasibətlərə keçid üçün möhkəm zəmin yaradıb. Böyük strateq ölkənin milli maraqlarını əsas götürərək Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının prioritetlərini müəyyənləşdirib, müstəqil dövlətimizin iqtisadi-siyasi baxımdan qüdrətlənməsi üçün fundamental əhəmiyyətli tədbirlər həyata keçirib.
Onun həyata keçirdiyi mükəmməl iqtisadi strategiyanın əsas istiqamətlərindən biri də ölkəmizdə vergi xidmətinin formalaşması ilə bağlıdır.
Azərbaycanda müasir dövrün tələblərinə cavab verən vergi sisteminin formalaşdırılması mərhum prezidentin adı ilə bağlıdır. Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin ortalarına qədər vergi xidməti köhnə inzibati idarəetməyə əsaslanan, yalnız vergilərin toplanması ilə məşğul olan bir qurum kimi fəaliyyət göstərirdi. Məhz dövlət nəzarətinin qaydaya salınması və bu sistemin təkmilləşdirilməsi, həmçinin, sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində H.Əliyevin imzaladığı fərman və sərəncamlar vergi xidmətinin fəaliyyətinin yenidən qurulmasını şərtləndirdi. Bütün bunlar isə bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsinə, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşmasına, çevik vergi siyasətinin aparılmasına xidmət edirdi.
2001-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsi isə müstəqil Azərbaycanın həyatında yeni tarixi hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan birinə çevrildi.
Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, professor Akif Musayevin mətbuata verdiyi açıqlamaya görə, Vergi Məcəlləsinin qəbulu, yeni və vahid qanunvericilik bazasının yaradılması vergi sistemində aparılan islahatlara mühüm təkan verməklə, dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını qoyub. Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyulub: "Vergi Məcəlləsində əvvəllər tətbiq edilən 13 vergi növündən 9-u təsbit olunub, əksər vergi növləri üzrə dərəcələr aşağı salınıb, aksizə cəlb olunan malların siyahısı azaldılıb. Eyni zamanda, Vergi Məcəlləsində vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyiciləri və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər qaydalar müəyyən edilib".
Qeyd edək ki, mükəmməl qanunvericilik bazasının yaradılması vergi siyasətinin güclü və işlək mexanizmlərini formalaşdırıb. Heç şübhəsiz, sözügedən istiqamətdə uğurların əldə olunmasında qanunvericilik bazasının yaradılması da öz rolunu oynayıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadənin sözlərinə görə, vergi sahəsində mükəmməl qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, kadr potensialının çevik idarəetmə sistemində fəaliyyətinin təkmilləşdirilməsi vergi siyasətinin güclü və işlək mexanizmlərini formalaşdırıb.
Millət vəkilinin dediyinə görə, mərhum prezidentin "Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" fikri nəinki respublikada, eləcə də nüfuzlu beynəlxalq maliyyə qurumlarında azad bazar münasibətlərinin inkişafının fundamental əsaslarından biri kimi qiymətləndirilib: "Ötən əsrin 90-cı illərində vergilərdən yayınmaların qarşısının alınması, vergi mədəniyyətinin yüksəldilməsi, bütövlükdə cəmiyyətdə şəffaflığın artırılması istiqamətində Heydər Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanıb. Respublika iqtisadiyyatında çətinliklə əldə olunmuş makro sabitliyi qorumaq, yeni inkişaf planlarını həyata keçirmək üçün daha güclü maliyyə resursları tələb edilirdi. Bu vəzifənin yerinə yetirilməsi iqtisadi qanunvericiliyi təkmilləşdirmədən, vergi sisteminin idarəetmə strukturunu yenidən təşkil etmədən mümkün deyildi. Vergilər Nazirliyinin yaradılması ilə bu sahədə ciddi dönüşə nail olundu. Nazirliyin ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində, maliyyə resurslarının səfərbər edilməsində müstəsna rolu var".
Millət vəkili onu da əlavə edib ki, onun tapşırığı əsasında ölkəmizdə həyata keçirilən vergi siyasətinin daha da gücləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, təkmil qanunverici bazanın yaradılması ilə bağlı ardıcıl tədbirlərin davamı kimi Vergi Məcəlləsi qəbul edilib. Həmin Məcəllədə ölkə sahibkarlarının stimullaşdırılmasına, vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunmasına xidmət edən müddəalar geniş əksini tapıb: "Sənədin qəbulu vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində mühüm addım olub, eyni zamanda vergi sektorunda islahatların genişləndirilməsinə əhəmiyyətli zəmin yaradıb".
Beləliklə, Azərbaycanın vergi inzibatçılığının təkmilləşdirilməsi dövlətin iqtisadi siyasətində prioritet istiqamətlərdən biri olub və bu sahədə sistemli tədbirlər həyata keçirilir. Vergi xidmətində yeni üsul və vasitələrin tətbiqi, vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında şəffaf münasibətlərin qurulması, vergi bəyannamələrinin yeni formada qəbulu, bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlanması vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına, şəffaflığın təmin edilməsinə şərait yaradıb.
Z.Səmədzadənin sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafının sürətlənməsi, yeni iqtisadi çağırışların meydana çıxması, bir çox sahələr kimi, vergi sistemində də qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. Vergi Məcəlləsinə edilən dəyişikliklər iqtisadi həyatın real qiymətləndirilməsindən, dünya iqtisadiyyatında baş verən proseslərdən, ölkənin milli maraqlarını qorumaq tələblərindən irəli gəlir. Qanunvericiliyin təkmilləşdirilməsi ilə paralel aparılan islahatlar elektron xidmətlər, ümumilikdə vergilərin könüllü ödənilməsi sisteminin inkişafına, vergi ödəyicilərinin hüquqlarının etibarlı müdafiəsinin təminatına, vergi fırıldaqçılığına və vergilərin ödənilməsindən yayınma halları ilə mübarizənin gücləndirilməsinə, vergi orqanlarında beynəlxalq standartlara uyğun idarəetmə sisteminin inkişafı və müasir tələblərə cavab verən informasiya sisteminin yaradılmasına dərin əsaslar yaradır.
Akif Musayevin vurğuladığı kimi, bu istiqamətdə həyata keçirilən islahatların nəticəsində son 10 ildə mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə, ƏDV-nin dərəcəsi 20 faizdən 18 faizədək azaldılıb, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilib. Aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə kənd təsərrüfatı istehsalçıları, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilib, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən gəlir vergisinin tutulmasına güzəştlər tətbiq edilib, bankların, sığorta və təkrar sığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad olunub: "2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə əlavə və dəyişikliklər paketini nəzərdən keçirdikdə dövlətimizin mütərəqqi vergi sisteminin formalaşmasında nə qədər maraqlı olduğu bir daha aydın görünür. Vergi Məcəlləsinə son əlavə və dəyişikliklər həm mahiyyəti, həm tətbiq dairəsi, həm də təqdim olunmuş güzəştlərin həcmi və kateqoriyaları baxımından son illərin ən geniş dəyişikliklər paketidir. Təkcə onu qeyd etmək yerinə düşər ki, Vergi Məcəlləsinin 63 maddəsinə 131 bənd üzrə 176 əlavə və dəyişiklik edilib ki, bu da ümumilikdə Məcəllənin müddəalarının 30 faizinə dəyişiklik olunması deməkdir. Son dəyişikliklərin tətbiqi ilə əlaqədar 35-dən yuxarı müxtəlif normativ-hüquqi sənədin hazırlanması nəzərdə tutulur".
A.Musayev bildirib ki, vergi qanunvericiliyində edilmiş dəyişikliklərin konseptual əsasları bir tərəfdən yeni qlobal iqtisadi çağırışlara əsaslanır, digər tərəfdən də ölkənin ortamüddətli hədəflərə istiqamətlənmiş məqsədlərinə xidmət edir. Bu dəyişikliklərdə, həmçinin, vergi qanunvericiliyinin beynəlxalq normalara uyğunlaşdırılması, habelə son bir neçə il ərzində qarşıya çıxan problemlərin həlli ilə bağlı məsələlər nəzərə alınıb: "Qruplaşdırsaq, dəyişikliklər vergi siyasətinin aşağıdakı 4 istiqamətini əhatə edir. Vergi ödəyicilərinin hüquqlarının müdafiəsi: vergi ödəyicilərinin mənafelərinin qorunması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi nəzarətinin təkmilləşdirilməsi.
Bunların sırasında Vergi Məcəlləsinə vergi orqanları ilə vergi ödəyiciləri arasında əməkdaşlıq münasibətlərinin qurulmasını təmin edən normaların daxil edilməsi xüsusi yer tutur. Bu bizim ölkənin təcrübəsində ciddi yenilikdir. Vergi tərəfdaşlığı sazişi vergi orqanı ilə ödəyici arasında risqlərin minimallaşdırılması məqsədilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. Bu, vergi inzibatçılığı prosesində vergi orqanları ilə ödəyici arasında münasibətlərin tamamilə yeni əsaslarda qurulması deməkdir. Dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 30 faizdən 25 faizə endirilib, aylıq və illik gəlirlərin 14 faiz dərəcə ilə vergiyə cəlb edilən məbləğləri, müvafiq olaraq, 2000 manatdan 2500 manata və 24000 manatdan 30000 manata qaldırılıb. Bununla yanaşı, gəlir vergisi üzrə güzəştlərin həcmi də genişləndirilib. Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb.
Bir sözlə, bütün bunlar bir daha təsdiqləyir ki, H.Əliyev tərəfindən əsası qoyulan, hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən vergi siyasəti hər bir vətəndaşın maraq və mənafeyini özündə ehtiva edir.
Heydər Əliyevi çox haqlı olaraq müstəqil Azərbaycanın memarı və qurucusu adlandırırlar. İkinci dəfə qazanılan müstəqilliyin dönməz, sarsılmaz və əbədi olmasını təmin edən mərhum prezident bu məqsədə çatmaq üçün çoxlu sınaqlardan keçməli oldu. Ölkəmiz üçün ən ağır və ən məsuliyyətli bir dövrdə - 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ən böyük risq idi. Müstəqilliyimizin xilası və əbədiliyi üçün bu risqə gedən H.Əliyev bir daha müdrik və dahi şəxsiyyət, uzaqgörən dövlət başçısı olduğunu əməli şəkildə sübut etdi.
1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində Heydər Əliyev bunları deyib: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".
Günel CƏLİLOVA
Yazı Vergilər Nazirliyinin "Vergilər" qəzetinin və Azərbaycan Mətbuat Şurasının birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ