Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
İqtisadi tərəqqi əmək bazarında keyfiyyətli işçi qüvvəsinə tələbi artırır
Tarix: 26.05.2014 / 10:51
Bölmə: İqtisadiyyat
Dünyanın maliyyə və iqtisadi böhranın cəngində çabaladığı bir dövrdə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyi danılmaz həqiqətdir. Bunu şərtləndirən ən əsas məqam isə ölkədə siyasi sabitliyin və malik olduğu iqtisadi potensialın Azərbaycan iqtisadiyyatını böhrana qarşı dayanıqlı etməsidir. Bunun nəticəsidir ki, bu gün ölkəmiz yerləşdiyi regionun ən yüksək inkişaf perspektivlərinə malik dövlətinə çevrilib.
Yeni neft strategiyasının uğurla davam etdirilməsi, ölkənin xarici sərmayələr üçün cəlbediciliyini qoruyub saxlaması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına istiqamətləndirilməsi, ölkənin bir nömrəli təbii sərvəti hesab olunan neftdən gələn gəlirlərin ölkədə güclü və keyfiyyətli insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi bu gün dövlətin iqtisadi siyasətinin əsas prioritetləri kimi diqqət çəkir.
Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurlar, onun dünya iqtisadi arenasında investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilməsi eyni zamanda milli inkişaf strategiyamızın fundamental əsaslara söykənməsinin nəticəsi hesab olunmalıdır. Neft gəlirlərinin artması ilə paralel olaraq onun realizasiya mexanizminin düzgün qurulması, bu işdə şəffaflığın təmin olunması ölkənin iri həcmli investisiya qoyuluşlarını həyata keçirməsinə imkan verdi ki, bunun da nəticəsində Azərbaycan qısa bir zaman kəsiyində beynəlxalq təşkilatların siyahısında yer aldığı inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına daxil edildi. Dövlətin iqtisadi siyasətinin inkişafın dayanıqlılığını hədəf götürməsi isə milli inkişaf strategiyasının əsasını təşkil etdi ki, onun da formalaşması sayəsində ölkənin iqtisadi sektoru irəliləyərək dünyanın müasir istehsal sahələri ilə rəqabət apara biləcək müəssisələrin yaradılmasına stimul verdi. Məhz uğurlu iqtisadi reformalar və balanslı inkişaf siyasəti nəticəsində müstəqilliyin ilk illərində dar bir çərçivədə formalaşan, yalnız neft sektoruna söykənən Azərbaycan iqtisadiyyatı keçən illər ərzində qeyri-neft sektorunun da ölü nöqtədən tərpənməsinə şərait yaratdı. Bu gün Azərbaycanın silah idxalatçısı ölkədən ən müasir silahların istehsalçısı olaraq onun ixracatçısına çevrilməsi deyilənlərə ən bariz nümunədir. Üstəlik nəzərə alınsa ki, Azərbaycan müstəqilliyini qazandığı zamandan bəri müharibə şəraitində yaşayır, onun iqtisadi qüdrətini artırmasının nə qədər əhəmiyyətli olduğu bəlli olar. Eyni sözləri ölkə iqtisadiyyatının son illərdə sürətlə inkişaf etməkdə olan digər sahələrinə də aid etmək olar.
Müstəqil Azərbaycanın dünya iqtisadi arenasında ilk uğuru 1994-cü il sentyabrın 20-də imzalanan, "Əsrin müqaviləsi"adlandırılan nəhəng enerji layihəsi oldu. Təxminən 400 səhifəni əhatə edən və 4 dildə hazırlanmış "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanmış Saziş məhz həmin illərdə özünün tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını aldı. Dünyanın 8 ölkəsinin 13 ən məşhur şirkətinin iştirak etdiyi bu müqavilənin bağlanması Azərbaycanın qarşısında investisiya cəlbi baxımından geniş imkanlar açdı ki, bunun da nəticəsində çox keçmədən dünyanın ünlü iqtisadi nəhəngləri Azərbaycana maraq göstərməyə, bunun davamı olaraq investisiya yatırmağa başladı. Bu illər ərzində ölkədə iqtisadi sahədə əldə olunan uğurlar isə onun daxil olan neft pulları hesabına özünün hərbi qüdrətini xeyli dərəcədə artırmasına, silah alıcısı ölkədən silah-sursat istehsalçısı ölkəyə çevrilməsinə, mal və məhsul ixracatının genişlənməsinə, şəhər və kəndlərinin abadlaşaraq gündən-günə simasını dəyişməsinə gətirdi. Bütün bunlarla yanaşı, Azərbaycan artıq son illərdə investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilib ki, bu da düzgün və məqsədyönlü iqtisadi siyasətinin dövlətə qazandırdığı ən böyük dividend sayıla bilər.
Faktdır ki, istər ərazisinə, istərsə də əhali sayına görə dünyanın aparıcı dövlətləri ilə müqayisə olunmayacaq dərəcədə kiçik dövlət sayılan Azərbaycan məhz artan iqtisadi gücü və balanslı siyasəti sayəsində bu gün regionun söz sahibi dövlətinə çevrilə bilib. Lakin məlum həqiqətdir ki, istənilən sahənin inkişafına stimul verən əsas faktor düzgün strategiyanın qurulmasıdırsa, onun realizasiyası işin keyfiyyətli təşkilindən və peşəkarların həmin sahəyə cəlb olunmasından birbaşa asılıdır. Yəni istənilən sahənin inkişafında yüksək nəticələrin əldə olunması üçün peşəkar işçi qüvvəsinin formalaşması mütləq tələb kimi çıxış edir. Digər tərəfdən, qloballaşan dünyamızda hər gün dəyişən, yeniləşən müasir texnologiyaların tətbiqi də keyfiyyətli işçi qüvvəsinə tələbatı artıran amillər sırasında ilk yerlərdə gəlir. Lakin təbii ki, müstəqilliyini yenicə qazanmış, 70 il SSRİ adlı qırmızı imperiyanın boyunduruğu altında qalan, o səbəbdən də özünün milli strategiyası olmayan Azərbaycanda ilk dövrlər peşəkarlar sinfinin formalaşması bir qədər çətin və zaman tələb edən proses idi. Bununla paralel olaraq ölkə dünya dövlətləri üçün investisiya qoyulması baxımından yenicə kəşf olunmuş cəlbedici məkan idi. O üzdən həmin illərdə xaricdən Azərbaycana güclü investisiya axını baş versə də, işçi qüvvəsi də elə həmin ölkələrdən cəlb olunurdu. Bu sırada isə təkcə öz işinin ustası olan, təmsil olunduğu sahədə püxtələşmiş professionallar deyil, sıravi fəhlə ordusunun da böyük qismi investisiyanın cəlb olunduğu yaxın və uzaq xarici ölkələrdən gətirilir, eyni zamanda əməyin qiymətləndirilməsində burada çox az faiz təşkil edən yerli işçilərlə müqayisədə onlara daha çox üstünlük verilirdi. Heç kəsə sirr deyil ki, məhz bu zəmində baş verən narazılıqlar zaman-zaman hətta yerli fəhlələrin tətil və ya piket kimi etiraz aksiyalarından istifadəsinə də gətirib çıxarırdı. Təbii ki, bütün bunlar da haqlı narazılıqlar idi və yerli əməkçi qüvvənin bu şəkildə qiymətləndirilməsi ölkə rəhbərliyini də narahat etməyə bilməzdi. Bütün bunları nəzərə alan Azərbaycan rəhbərliyi bu məqsədlə bir sıra dövlət layihələrinə start verdi ki, bu sıraya ən müxtəlif sahələri təmsil edən əməkçi insanlar üçün treninqlərin təşkil olunması, gənclərin xaricdə təhsil almasına geniş imkanların yaradılması və digər bu kimi fəaliyyətlər daxildir.
Bəlli həqiqətdir ki, Azərbaycanda son on ildə yoxsulluğun aradan qaldırılması yönündə məqsədyönlü və davamlı fəaliyyət həyata keçirilir ki, işsizliyin statistikasının minimuma endirilməsi də həmin siyasətin aparıcı istiqaməti kimi daim diqqətdədir. Bu fonda isə əməkçi qüvvənin maarifləndirilərək ən müxtəlif istehsal sahələrində işlə təmin olunması prioritet götürülür ki, bu da ölkədə həm işsizliyin aradan qaldırılması, həm də yerli keyfiyyətli işçi qüvvəsinin yetişməsinə öz töhfəsini verir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan bu iki problemin birgə çözümünə nail olub. Belə ki, işsizliyin statistikasının minimuma enməsilə paralel olaraq xaricdən ölkəyə işçi qüvvəsinin gətirilməsi halları da kəskin azalıb. Bunun əsas səbəbi odur ki, bir sıra istehsal və emal sənayesi sahələrində çalışanlar üçün vaxtaşırı ən müxtəlif səviyyələrdə treninqlər təşkil olunur ki, bu treninqlərdə xarici təcrübənin öyrənilməsi, müasir texnologiyalardan istifadə kimi önəmli məsələlərdə irəliləyişlərin əldə olunması təmin edilir.
Ölkədə keyfiyyətli işçi qüvvəsinin formalaşmasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti də keçirdiyi tədbirlərlə dəstək verir. Belə tədbirlərdən biri də bu günlərdə Qafqaz Universitetində "Karyerada ilk addım" adı altında baş tutan növbəti tədbir olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə düzənlənən tədbirdə "ATA Holdinq" ASC, "Azərcell Telecom" MMC, "Bakcell LTD" MMC, "Azərfon" MMC, "Qarant Sığorta" ASC, "Azərsun" MMC, "Parabank" ASC, Qaradağ Sement ASC, "Nurgün Motors" MMC və digər iri şirkətlərin daxil olduğu ümumilikdə 113 müəssisə tərəfindən 818 vakant iş yeri seçim üçün tələbə və məzunlara təqdim olunub. Təqdim olunan vakant iş yerlərinin 726-sı özəl sektora, 92-si isə dövlət sektoruna aid müəssisələrdə olub. Tədbirdə müvəqqəti xarakterli işlə təmin olunmaq istəyənlərə də seçim fürsəti yaradılıb. Belə ki, bu məqsədlə tədbirdə Səyyar Əmək Birjasının fəaliyyəti təşkil olunub. Belə tədbirlərin önəmi həm də ondadır ki, işlə təmin olunan gənc kadr eyni zamanda müasir əmək bazarı, seçdiyi ixtisas və ona olan tələbatla bağlı gərəkən informasiyanı alır, eyni zamanda işəgötürənlər də gələcəkdə işə cəlb etmək üçün ixtisaslı kadrlar əldə etmək imkanı qazanırlar. Qeyd etmək yerinə düşər ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xoş bir ənənəyə çevirdiyi belə tədbirlər bundan əvvəl "Odlar Yurdu" və Azərbaycan Texniki Universitetində də təşkil olunub. Eyni zamanda, Texniki Universitetdə keçirilən sözügedən tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da iştirak edərək iş və ixtisas seçimlərini etmək imkanı qazanıblar. Həmin tədbirlərdə 376 nəfərə vakant iş yerlərinə göndəriş verilib, 78 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb.
Nazirlikdən bildirildiyinə görə, "Karyerada ilk addım" adlanın bu önəmli tədbirin digər bir sıra ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur. Bütün bunlar isə gənc kadrların məhz müstəqil həyata qədəm qoymağın ən önəmli addımını atmasından - işlə təmin olunmasından əlavə, həm də ölkədə yerli kadrlardan ibarət keyfiyyətli işçi qüvvəsinin formalaşmasına, bununla da peşəkar əməkçi insanların yetişməsinə nail olunmasına gətirir ki, bu da ölkənin müvafiq sahədə balanslı siyasətinin tərkib hissəsi kimi çıxış edir. Çünki unutmaq lazım deyil ki, ölkənin gələcəyi gənclərin əlindədir və onu dünya iqtisadi arenasında birincilər sırasında tutacaq güc də məhz onlardır.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentlə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ