Bazar günü günü, 01 noyabr 2026
     

Əmək müqaviləsi: gələcəyin təminatı

Image


Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəd formasıdır. İşəgötürənlə işçi arasında bu müqavilənin imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Çünki işə qəbul zamanı bu müqavilə bağlanmadıqda insan əməyinin istismarına və əmək hüquqlarının tapdanmasına gətirib çıxarır.
Lakin qanunvericilikdə öz əksini tapmasına və dövlət qurumlarının, o cümlədən Vergilər Nazirliyinin bu sahədə böyük işlər görməsinə baxmayaraq, bir çox ölkələrdə olduğu kimi, bu gün Azərbaycanda da işəgötürənlə işçilər arasında əmək müqaviləsinin bağlanması bir sıra hallarda ciddi problem olaraq qalmaqdadır.
Müqavilənin imzalanmaması nəticəsində ilk növbədə vergi ödənişləri və Dövlət Sosial Müdafiə Fonduna ödənişlər yerinə yetirilmir, qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq dövlətin büdcəsinə milyonlarla ziyan dəyir. Verginin ödənilməməsi, həmçinin, vətəndaşın gələcəkdə sosial müdafiəsinə ciddi zərbə vurur. Çünki hər bir vətəndaşın sosial təminatının gələcəyi öz əlindədir və vətəndaş bilməlidir ki, pensiya-müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanması, əmək haqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır. Ancaq təəssüflər olsun ki, əmək müqaviləsinin bağlanmaması vətəndaşın bütün bu imkanlarını əlindən alır.
Bakıda və bölgələrdə qeydiyyatsız fəaliyyət göstərən mağaza, salon, sex və digərlərində kişilərin, qadınların əməyindən faktiki olaraq müqaviləsiz istifadə olunur. Məhz əmək müqaviləsi bağlanmadığından, sözügedən qadınlar və kişilər cüzi məbləğdə pul alırlar. İstədikləri vaxt onları işdən azad edirlər, işdən çıxdıqdan sonra onlara kompensasiya verilmir və s. Bir növ əmək müqaviləsiz işləyən işçi ilə bəzi işəgötürənlər qul kimi davranır desək yanılmarıq. Kənd yerlərində əsasən yay mövsümündə işçilərin əməyindən müqaviləsiz istifadə olunur. Qeyd edək ki, bağlarda, bostan sahələrində və tarlalarda bəzi məhsulların yığımı daha çox yay aylarına təsadüf edir. Bundan başqa, "qul bazarları" adlanan yerlərdə özlərinə iş axtaranlar günəmuzd işləməklə pul qazanmaq istədikləri üçün onlar daha çox karxanalarda, tikinti və xidmət sektorunda çalışırlar. Ancaq əmək müqaviləsi olmadığından, məhsul yığımında iştirak edənlər, eləcə də tikintidə və karxanada işləmək üçün "qul bazarın"dan gətirilənlər və digər işçilər ilan, əqrəb və qara qurd sancmalarına məruz qalanda onlara dəyən maddi və mənəvi zərər ödənilmir. Hətta ölüm halları baş verdikdə əmək müqaviləsi bağlanmadığı üçün işəgötürən məsuliyyəti öz üzərinə götürmür. Nəticədə ilan, əqrəb və qara qurdun sancmasından dünyasını dəyişənlərin ailələrinə kompensasiyaların ödənilməsi mümkün olmur. Narahatedici məqam ondan ibarətdir ki, bu istiqamətdə aparılan bir sıra təbliğat, reklam xarakterli tədbirlərə rəğmən, işəgötürənlə işçilər buna saymazyana yanaşır. Digər tərəfdən, müşahidələr göstərir ki, işçilərin, yaxud işləməyə hazırlaşanların böyük əksəriyyəti əmək müqavilələrinin mahiyyəti, əmək hüquqları barədə ətraflı məlumata malik deyil və yaxud da bununla bağlı onlarda olan məlumatlar çox məhduddur, yəni natamam xarakterlidir. Elələri də var ki, ümumiyyətlə öz hüquqlarını bilməkdə maraqlı olmur. Problem ondadır ki, bir sıra işəgötürənlər işçilərin öz hüquqlarını bilməməsindən istifadə edərək onlarla müqavilə bağlamır. Necə deyərlər, belə hallardan sui-istifadə edirlər. Nəticədə bundan həm dövlət büdcəsi itirir, həm də işçilər. Belə halların təkrarlanmaması və davamlı hal almaması üçün də bu istiqamətdə geniş təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsi olduqca vacibdir. Bunun üçün KİV-lər vasitəsilə hüquqi maarifləndirmə işləri aparılmalı, müxtəlif reklam çarxları hazırlanmalı və telekanallarda yayımlanmalıdır. Qeyri-leqal məşğulluğun fəsadları, əmək müqavilələri bağlamadan çalışan işçiləri hansı təhlükələrin gözləməsi və sair məsələlərlə bağlı ətraflı və hüquqi cəhətdən əsaslandırılmış tövsiyə xarakterli məlumatları özündə əks etdirən kitabçalar və broşurlar hazırlanaraq çap edilməli və onlar vətəndaşlara paylanmalıdır.
Bu sahədə özünü göstərən digər problem ondan ibarətdir ki, əksər hallarda müəssisələrdə işçilərin əməkhaqlarının ödənilməməsi və ya minimum səviyyədə göstərilməsi hallarına rast gəlinir. Əmək müqaviləsi bağlanmadıqda və ya aylıq əməkhaqqı düzgün göstərilmədikdə hər hansı bir mübahisə yaranarsa, işçi faktiki olaraq əməkhaqqını tələb etmək hüququnu itirir. Başqa bir tərəfdən, işçinin əmək müqaviləsi olmadıqda işəgötürən istədiyi vaxt müxtəlif bəhanələrlə onunla əmək münasibətlərinə xitam verə bilər. Qanunvericilikdə işçilərin sosial müdafiəsi ilə yanaşı, onların iş zamanı sağlamlığının qorunması haqqında da maddə yer alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ var. Əmək Məcəlləsinin 215-ci maddəsinə görə isə, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Məcəllədə qeyd edilir ki, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən tam maddi məsuliyyət daşıyır. Ancaq müqavilə imzalanmadıqda işçinin təhlükəsizliyi təmin olunmadığı üçün iş zamanı başına gələ biləcək mümkün bədbəxt hadisələrdən sığortalanmır. Beynəlxalq Əmək Təşkilatının qiymətləndirməsinə görə, hər il iş yerində 2,2 milyon nəfər ölür. Bu, hər 15 saniyədə 1 nəfərin ölməsi deməkdir. Hər gün isə istehsalatda ölənlərin sayı 5 min nəfəri keçir. BƏT-in məlumatına görə, istehsalatda bədbəxt hadisələrin sayı ildə 250 milyon, peşə xəstəliklərindən əziyyət çəkənlərin sayı isə 160 milyon nəfərə yaxındır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə, işçinin işəgötürənlə əmək müqaviləsi bağlamamsı işçini işəgötürəndən asılı vəziyyətə salır və onlar arasında heç bir rəsmi münasibət olmur: "Əmək müqaviləsi işçi ilə işəgötürən arasında əmək münasibətlərini rəsmiləşdirən yeganə sənəddir. Bu müqavilə ən azı iki orijinal nüsxədə tərtib edilməlidir. Bir nüsxəsi işçidə, biri də işəgötürəndə olmalıdır. Bu gün ən böyük problem odur ki, hətta müqavilə bağlanarkən də ikinci nüsxə onun şəxsi qovluğunda saxlanması və digər bəhanələrlə işçi tərəfə təqdim edilmir. Sonra həmin şəxs işdən çıxmaq istəyəndə bildirirlər ki, "biz səni işə götürməmişdik" və bu zaman mübahisələr yaranır. Müqavilə yalnız bir nüsxədə tərtib olunursa, bu da müqavilənin bağlanmaması kimi qəbul edilməlidir".
S.Məmmədovun sözlərinə görə, müqavilə imzalamamaq həm dövlət, həm də işçi üçün ciddi fəsadlar törədir. Lakin bunun ağırlığı ən çox işçinin üzərinə düşür: "İşçinin əmək müqaviləsində əmək funksiyaları dəqiq müəyyən olunur, işçi hansı işləri yerinə yetirməlidirsə, o müqavilədə qeyd edilir.
Sözügedən müqavilə yoxdursa, onda işəgötürən işçidən çox iş görməyi tələb edəcək, daha sonra da ya onun əməkhaqqını verməyə, ya da işdən qova bilər. Məsələn, bəzən işəgötürən işçini qovmaq istəyəndə heç bir prosedur aparmadan "sabah işə gəlmə" deyir, beləliklə də onun işinə xitam verir. Bununla yanaşı, müqavilə imzalamayan şəxs icbari dövlət sığortasına cəlb olunmur. Bu zaman pensiya üçün yığım getmir, işçi əgər müvəqqəti əmək qabiliyyətini itirirsə, heç bir müavinət ala bilmir. İşçinin əmək müqaviləsi yoxdursa, o, bədbəxt hadisələrdən və peşə xəstəliyindən sığortalanmır. Çünki hər hansı bir sığorta şirkəti əmək müqaviləsi olmadan, hətta işəgötürən özü müraciət etsə belə, həmin şəxsi sığortalamır. Ümumiyyətlə, əmək müqaviləsi imzalanmırsa, burada əmək münasibətlərindən söhbət getmir".
Liqa sədri işçi ilə müqavilə imzalamayan şəxslər üçün qanunvericilikdə nəzərdə tutulmuş cəza tədbirləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, insan əməyini istismar edən şəxslərə cəza tədbirləri həddən artıq sərtdir: "Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işin yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olur.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxsin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək miqdarda cərimə edilir. Əgər işəgötürən əcnəbi ilə belə rəftar edibsə, cərimə 35 min manata qədərdir".
Göründüyü kimi, vətəndaş işə başlayarkən aldığı əməkhaqqının tam məbləğdə mühasibat sənədlərində göstərilməsini tələb etməli, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam ödənilməsinə şəxsən maraqlı olmalıdır. Bunun üçün işçilər öz hüquqlarını dərindən bilməli və onu qorumağı bacarmalıdır. Belə olan halda, dövlət orqanlarının da işi asanlaşmış olar.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ