çərşənbə günü, 23 sentyabr 2026
     

Neft 60 dollar bahalaşdı, ÜDM artmadı - niyə?...

Image


Akif Nəsirli: “Səbəb neft hasilatının azalması, qeyri-neft sektorunun zəif inkişaf tempi, investisiya və məhsuldarlıq problemidır”

Bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783.8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.

Son bir ildə ölkənin neft-qaz sektoru üzrə ÜDM 1 faiz azalaraq 16 milyard 125.4 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-i isə 0.4 faiz artaraq 35 milyard 658.4 milyon manata çatıb. Azərbaycan ixracının təqribən 85 faizi neft və qazın payına düşür.

Burada diqqəti çəkən məqam odur ki, bu ilin əvvəlindən Yaxın Şərqdə gərginliyin artması səbəbindən dünya bazarında neft 60 dollar civarında bahalaşıb. Ancaq neftin kəskin bahalaşmasına baxmayaraq, Azərbaycanda ÜDM-də artım qeydə alınmayıb. Niyə və bunun səbəbi nə ilə bağlıdır? Üstəlik, ÜDM-in artım tempinə görə Azərbaycan qonşu ölkələrdən geri qalır.

Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Akif Nəsirli baki-xeber.com-a açıqlamasında ÜDM-nin artmamasını bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanda 2025-ci ilin yanvar-may aylarında ÜDM-in nominal həcmi 51,8 milyard manata çatsa da, iqtisadi artımın faktiki olaraq sıfır səviyyəsində qalması ilk baxışdan paradoksal görünür. Çünki bu dövrdə dünya bazarında neft qiymətləri əvvəlki illə müqayisədə daha yüksək olub və ölkənin ixrac gəlirlərinin böyük hissəsi hələ də neft-qaz sektorundan formalaşır. Lakin ÜDM-in hesablanması prinsipləri göstərir ki, neftin bahalaşması avtomatik olaraq iqtisadi artım demək deyil. Əsas səbəblərdən biri odur ki, ÜDM qiymətlərin deyil, istehsal olunan məhsul və xidmətlərin real həcminin dəyişməsini ölçür. Əgər neftin qiyməti artır, lakin hasilat həcmi azalırsa və ya dəyişmirsə, bu zaman ölkəyə daxil olan valyuta gəlirləri arta bilər, amma real iqtisadi artım zəif qalır. DSK-nın məlumatına görə, neft-qaz sektorunda ÜDM bir il ərzində 1 faiz azalıb. Bu isə göstərir ki, sektorun fiziki istehsal göstəricilərində geriləmə baş verib. Azərbaycanın əsas yataqlarının bir hissəsində hasilat uzun illərdir təbii azalma mərhələsindədir və yeni layihələr bu azalmanı tam kompensasiya edə bilmir. Digər mühüm amil neftin qiymətinin artmasının ÜDM-ə təsirinin əvvəlki dövrlərlə müqayisədə zəifləməsidir. Azərbaycan iqtisadiyyatı hələ də enerji sektorundan asılı olsa da, neft gəlirlərinin əhəmiyyətli hissəsi Dövlət Neft Fonduna yönəldilir və həmin vəsaitlərin iqtisadiyyata təsiri zamanla formalaşır. Buna görə də qısamüddətli qiymət artımları dərhal yüksək iqtisadi artıma çevrilmir”.

A.Nəsirlinin fikrincə, qeyri-neft sektorunda da vəziyyət çox dinamik deyil: “Qeyri-neft-qaz ÜDM-i cəmi 0,4 faiz artıb ki, bu da iqtisadiyyatın digər sahələrinin kifayət qədər sürətlə inkişaf etmədiyini göstərir. Normal şəraitdə iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi məhz sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm, informasiya texnologiyaları və xidmət sektoru olmalıdır. Lakin bu sahələrin əksəriyyətində artım tempi məhdud qalır. İnvestisiyaların strukturunda dövlət sektorunun üstünlüyü, özəl sektorun iqtisadi fəallığının məhdud olması və məhsuldarlıq artımının zəifliyi qeyri-neft iqtisadiyyatının sürətli genişlənməsinə mane olur. Azərbaycanın qonşu ölkələrdən geri qalmasının səbəbləri də əsasən bununla bağlıdır. Məsələn, Gürcüstan və Ermənistan son illərdə daha yüksək iqtisadi artım nümayiş etdiriblər. Bu ölkələrdə informasiya texnologiyaları, xidmət sektoru, turizm, logistika və xarici investisiyalar daha sürətli inkişaf edib. Xüsusilə Ermənistan son illərdə xaricdən gələn kapital, İT xidmətləri və biznes aktivliyinin artması hesabına yüksək iqtisadi artım əldə edib. Gürcüstanda isə turizm gəlirlərinin bərpası və xidmət sektorunun genişlənməsi mühüm rol oynayıb. Azərbaycanda isə iqtisadiyyatın böyük hissəsi hələ də enerji sektorunun təsiri altındadır. Neft-qaz sektoru yüksək gəlir yaratsa da, məşğulluğa və ümumi iqtisadi aktivliyə təsiri məhduddur. Buna görə də enerji gəlirlərinin artması ölkənin bütün iqtisadi göstəricilərində eyni sürətlə əks olunmur. Digər tərəfdən, dövlət xərclərinin və investisiyaların iqtisadi artımdakı rolu yüksək olduğundan, özəl sektorun inkişaf tempinin zəifliyi ümumi artımı aşağı salır.

Bundan əlavə, qlobal iqtisadi mühit də təsirsiz deyil. Dünyada ticarət artımının zəifləməsi, regional geosiyasi risklər və əsas tərəfdaş ölkələrdə iqtisadi aktivliyin aşağı olması Azərbaycan məhsullarına və xidmətlərinə olan tələbatı məhdudlaşdırır. Bu da qeyri-neft sektorunun daha sürətli böyüməsinə mane olur. Nəticə etibarilə, neftin bahalaşması Azərbaycanın ixrac gəlirlərini və büdcə imkanlarını artırsa da, ÜDM-in artmaması əsasən neft hasilatının azalması, qeyri-neft sektorunun zəif inkişaf tempi, investisiya və məhsuldarlıq problemləri ilə bağlıdır. Bu vəziyyət onu göstərir ki, ölkənin uzunmüddətli iqtisadi artımı artıq neft qiymətlərindən daha çox qeyri-neft sektorunun nə dərəcədə rəqabətqabiliyyətli və məhsuldar olacağından asılıdır. Buna görə də Azərbaycanın qonşu ölkələrlə müqayisədə daha yüksək artım tempinə nail olması üçün iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, ixracın şaxələndirilməsi və yüksək əlavə dəyər yaradan sahələrin inkişafı həlledici əhəmiyyət daşıyır”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ