çərşənbə günü, 23 sentyabr 2026
     

Rusiya özündən başqa 160 ölkəni də aqrar məhsulla təmin edir(?) - nazirlikdən şübhəli açıqlama...

Image


Rusiyanın kənd təsərrüfatı nazirinin birinci müavini Yelena Fastova bildirib ki, Rusiya artıq əsas ərzaq məhsulları üzrə özünü tam təmin edir və məhsullarını dünyanın 160 ölkəsinə ixrac edir. Onun sözlərinə görə, 2025-ci ildə ölkə 84 milyon ton ərzaq məhsulu ixrac edərək 41,5 milyard ABŞ dolları gəlir əldə edib. Hazırda Rusiya ərzaq ixracında əsas diqqəti Asiya, Afrika və Latın Amerikası ölkələrinə yönəldib. Fastova qeyd edib ki, Rusiyanın ərzaq ixracının 38 faizi BRICS ölkələrinin payına düşür və bu ölkələr arasında ticarət dövriyyəsi davamlı şəkildə artır.

O həmçinin bildirib ki, dünyada istehsal olunan 3 milyard ton taxılın 51 faizi BRICS ölkələrinin payına düşür. Bu göstəriciyə əsaslanaraq, BRICS ölkələrinin yalnız öz əhalisini deyil, digər ölkələri də ərzaqla təmin etmək potensialına malik olduğunu vurğulayıb. Fastovanın sözlərinə görə, Rusiyanın BRICS-ə sədrliyi dövründə irəli sürülən BRICS Taxıl Birjası ideyası artıq üzv dövlətlər tərəfindən dəstəklənir. Layihə çərçivəsində taxıl və digər kənd təsərrüfatı məhsullarının ticarəti üçün neytral texnoloji platforma yaradılması nəzərdə tutulur. Hesablaşmaların milli valyutalarla aparılması, alternativ qiymət formalaşdırma mexanizminin qurulması və Qərb ticarət platformalarından asılılığın azaldılması əsas məqsədlər kimi təqdim olunur.

Lakin bu bəyanatlara daha dərindən baxdıqda görünür ki, təqdim olunan rəqəmlər iqtisadi reallığın yalnız bir hissəsini əks etdirir və onların əsasında çıxarılan nəticələr kifayət qədər şişirdilmişdir.

İlk növbədə, 84 milyon ton ərzaq ixracı və 41,5 milyard dollarlıq gəlir böyük göstəricilər kimi səslənsə də, qlobal iqtisadiyyatın miqyasında bu rəqəmlər daha təvazökar görünür. Dünya üzrə ərzaq və kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi illik 2 trilyon dollardan çoxdur. Bu baxımdan Rusiyanın 41,5 milyard dollarlıq ixracı qlobal bazarın cəmi bir neçə faizinə bərabərdir. Başqa sözlə, Rusiya mühüm ixracatçıdır, lakin dünya ərzaq sisteminin əsas dayağı və ya həlledici gücü deyil.

"160 ölkəyə ərzaq ixrac edirik" ifadəsi də ilk baxışda təsirli səslənsə də, bu, həmin ölkələrin Rusiyanın hesabına qidalanması anlamına gəlmir. Müasir qlobal iqtisadiyyatda bir məhsulun onlarla, hətta yüzlərlə ölkəyə satılması adi haldır. Məsələn, Türkiyə, Misir, Çin və Azərbaycan Rusiyadan taxıl və digər məhsullar alsalar da, eyni zamanda ABŞ, Kanada, Avropa Birliyi, Braziliya və başqa ölkələrdən də ərzaq idxal edirlər. Yəni söhbət dünyanın Rusiyadan asılı olmasından deyil, Rusiyanın geniş ixrac coğrafiyasına malik olmasından gedir.

Digər tərəfdən, Rusiyanın özünü tam təmin etməsi barədə deyilənlər də müəyyən şərtlərlə doğrudur. Rusiya həqiqətən taxıl, günəbaxan yağı, şəkər və quş əti kimi məhsullar üzrə böyük istehsalçı və ixracatçıdır. Lakin kənd təsərrüfatının səmərəliliyini təmin edən bir çox vacib sahələrdə xarici texnologiyalardan və idxaldan asılılıq qalmaqdadır. Toxum materialları, damazlıq heyvandarlıq, aqrokimya məhsulları və müasir kənd təsərrüfatı texnikası sahələrində son illər dövlət səviyyəsində idxaldan asılılığın azaldılması proqramlarının həyata keçirilməsi də bunu göstərir. Əgər tam təminat mövcud olsaydı, belə proqramlara ehtiyac qalmazdı.

Fastovanın çıxışındakı ən böyük ziddiyyət isə Rusiyanın bir tərəfdən özünü tam təmin etdiyini və qlobal ərzaq bazarında aparıcı rol oynadığını iddia etməsi, digər tərəfdən isə BRICS çərçivəsində alternativ maliyyə və ticarət platformaları yaratmağa çalışmasıdır. Əgər ölkə həqiqətən qlobal sistemdən asılı deyilsə, yeni mexanizmlər yaratmaq zərurəti haradan yaranır? Cavab sadədir: problem taxıl istehsalında deyil, maliyyə və ticarət infrastrukturundadır. Rusiyanın məhsulu istehsal etməsi kifayət etmir. Həmin məhsulun satılması üçün beynəlxalq ödəniş sistemləri, banklar, sığorta şirkətləri, logistika marşrutları və hüquqi təminatlar lazımdır. Məhz bu sahələrdə Qərb institutlarının təsiri hələ də güclü olaraq qalır.

BRICS Taxıl Birjası ideyası da məhz bu asılılığı azaltmaq cəhdidir. Lakin burada da ciddi məhdudiyyətlər mövcuddur. Birja yaratmaq texniki baxımdan mümkündür, lakin dünya bazarlarında etimad qazanmaq uzun illər tələb edir. Taxıl qiymətlərinin formalaşmasında əsas rol oynayan platformalar onilliklər ərzində hüquqi sabitlik, şəffaflıq və maliyyə etibarlılığı əsasında nüfuz qazanıblar. Yeni BRICS platformasının qısa müddətdə Çikaqo və London kimi bazarlara real alternativə çevrilməsi iqtisadi baxımdan inandırıcı görünmür.

Fastovanın qeyd etdiyi 51 faizlik taxıl istehsalı göstəricisi də diqqətlə təhlil edilməlidir. Bu rəqəm ilk növbədə Çin və Hindistan kimi nəhəng əhalisi olan ölkələrin hesabına formalaşır. Həmin ölkələr istehsal etdikləri taxılın böyük hissəsini öz daxili tələbatlarının ödənilməsinə sərf edirlər. Bu səbəbdən BRICS ölkələrinin dünya taxılının yarısını istehsal etməsi onların dünya taxıl bazarına yarıbayarı nəzarət etməsi demək deyil.

Nəhayət, Rusiyanın ərzaq ixracının iqtisadi əhəmiyyətini də şişirtmək düzgün olmazdı. Son illərdə aqrar sektorun rolu artsa da, ölkə iqtisadiyyatının əsas gəlir mənbəyi hələ də enerji sektorudur. Neft və qaz satışından əldə olunan gəlirlər uzun müddət ərzində ərzaq ixracından bir neçə dəfə çox olub. Bu isə göstərir ki, Rusiyanın iqtisadi dayanıqlığı əsasən aqrar sektordan deyil, enerji bazarlarından asılı olaraq qalır.

Bu səbəbdən Fastovanın çıxışında təqdim olunan faktların bir hissəsi doğrudur, lakin həmin faktlardan çıxarılan siyasi nəticələr iqtisadi reallıqdan daha böyük göstərilir. Rusiya həqiqətən iri taxıl ixracatçısıdır və dünya ərzaq bazarında mühüm rol oynayır. Ancaq bu, onun dünya ərzaq təhlükəsizliyinin əsas təminatçısı olduğu, 160 ölkəni qidalandırdığı və ya Qərb iqtisadi infrastrukturundan tam müstəqil fəaliyyət göstərdiyi anlamına gəlmir. Əksinə, BRICS Taxıl Birjası yaratmaq təşəbbüsünün özü belə göstərir ki, Rusiya mövcud qlobal maliyyə və ticarət sisteminin təsirindən tam kənarda fəaliyyət göstərə bilmir və alternativ mexanizmlər axtarmağa məcburdur.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ