çərşənbə günü, 23 sentyabr 2026
     

Neft 150 dollara qalxır - daha böyük müharibə başladı...

Image


ABŞ və İran arasında hərbi əməliyyatların yenilənməsi diqqəti yenidən Yaxın Şərqə yönəldib. Qeyd edək ki, bu günlərdə İran İsrailə zərbələr endirib. Ardınca İranın ABŞ ordusuna məxsus "Apache" helikopterini vurmasından sonra Amerika cavab zərbələri endirdiyini açıqlayıb. Əməliyyat çərçivəsində İran ərazisində təxminən 20 hərbi obyekt hədəfə alınıb. ABŞ Mərkəzi Komandanlığı açıqlayıb ki, prezident Donald Trampın əmri ilə ABŞ döyüş təyyarələri Hörmüz boğazı yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemlərinə, yerüstü idarəetmə məntəqələrinə və müşahidə radarlarına zərbələr endirib.

Zərbələrdən sonra İran bir neçə raket və dronla cavab verib. ABŞ rəsmisinin sözlərinə görə, raket və dronların, demək olar ki, hamısı zərərsizləşdirilib. Lakin proses bununla da yekunlaşmayıb. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, ABŞ-nin zərbələrinə cavab olaraq İordaniyadakı ABŞ hərbi bazasına, həmçinin Fars körfəzi regionunda Amerika ilə əlaqəli digər hədəflərə raket və dron hücumları təşkil edib. İran mediasının məlumatına görə, İordaniyadakı "Əl-Əzraq" ABŞ bazası, həmçinin Küveyt və Bəhreyndəki hərbi obyektlər hədəfə alınıb. SEPAH vurulan hədəflər arasında təyyarə anqarlarının və komanda mərkəzinin olduğunu bəyan edib. Cavabında ABŞ qüvvələri İranda bir neçə hədəfə qarşı hərbi əməliyyat həyata keçirib. Donald Tramp bildirib ki, əgər Tehran razılaşma imzalamaqdan imtina etsə, İranın elektrik stansiyaları və körpülər də daxil olmaqla infrastruktur obyektlərinə əlavə zərbələrə icazə verməyə hazırdır. O qeyd edib ki, İranın hələ də razılığa gəlmək imkanı var. Amma Tramp danışıqlar dalana dirəndiyi halda əlavə hərbi əməliyyatların mümkün variant olaraq qaldığına işarə edib. ABŞ-ın hərbi naziri Pit Heqset İrana qarşı güclü zərbələr endiriləcəyini açıqlayıb: "Tramp razılaşma əldə etmək üçün İrana əl uzatdı; onların imkanı var, amma onlar oyun oynamağa üstünlük verirlər. Əgər bombalarla danışıqlar aparmalı olsaq, bombalarla danışıqlar aparacağıq; biz bu işdə yaxşıyıq". Öz növbəsində "Tasnim" xəbər agentliyi bildirib ki, İranın Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir və ABŞ-ın hücumu halında cavab zərbələri endirmək niyyətindədir. Beləliklə, Yaxın Şərq yenidən savaş dövrünə qədəm qoyur. Prosesdə İsrail faktoru da öz sözünü deyir. Bu arada onu da qeyd edək ki, Vaşinqton İran strategiyasını İsrail hökumətinin gündəliyindən ayırmaq niyyətindədir. ABŞ vitse-prezidenti Ceyms Vensin sözlərinə görə, ABŞ və İsrailin maraqları üst-üstə düşür, lakin eyni deyil. Trampın əsas məqsədi hökumət dəyişikliyi və ya nüvə infrastrukturunun dərhal məhv edilməsi deyil, İranı bomba istehsalının astanasında saxlayacaq uzunmüddətli bir razılaşmadır. İsrail bunu eşidir və görünür, təkbaşına hərəkət etməyə hazırlaşır. Əvvəllər "misli görünməmiş birlik" haqqında ritorika ilə örtülmüş strateji boşluq da artıq göz qabağındadır. Sual bu fikir ayrılığının nə qədər dərinə gedəcəyidir. Vens öz mövqeyini çox aydın şəkildə ifadə edir: "Biz İranla müharibə istəmirik, biz razılaşma istəyirik".

ABŞ İrana əsas sanksiyaların qaldırıldığı və Tehranın zənginləşdirməni 3,67%-dən aşağı səviyyədə donduracağı, MAQATE-yə hərbi bazalar da daxil olmaqla istənilən yerdə təcili yoxlamalar aparmağa və uran metalının istehsalından birdəfəlik imtina etməyə icazə verəcəyi bir razılaşma təklif edir. Lakin İran heç vaxt bu səviyyədə şəffaflığa razı olmayıb və ABŞ Tehrana qarşılığında tələb etdiyini - bütün sanksiyaların ləğvini və öz ərazisində zənginləşdirmə hüququnun tanınmasını vermək istəmir. Lakin razılaşma əldə olunsa belə, İsrail bunu qəbul etməyəcək. Çünki o, əvvəlki nüvə razılaşmasının tarixinə baxır və görür ki, İran bu fasilədən "dinc nüvə enerjisi"ni qəbul etmək üçün deyil, raket proqramını inkişaf etdirmək və regiondakı müttəfiqlərini gücləndirmək üçün istifadə edib. İsrailin nöqteyi-nəzərindən Tehrandakı mövcud hakimiyyətlə istənilən razılaşma sadəcə bir gecikmə, vaxt qazanmaq üçün bir yoldur. ABŞ İranın nüvə proqramını diplomatik həll yoluna problem kimi görür. İsrail İran rejiminin özünü mövcudluq təhlükəsi kimi qəbul edir. Beləliklə, ABŞ nüvə bombası olmayan, lakin mövcud hakimiyyətlərin qorunub saxlanıldığı nəzarət altında olan bir İran istəyir, İsrail isə onların dəyişdirilməsini və ya sonrakı hərbi yoxlamalar hüququ ilə nüvə proqramının tamamilə ləğv edilməsini tələb edir. Vaşinqton sanksiyalar, diplomatiya və yoxlamaların kombinasiyasına, İsrail isə gizli əməliyyatlara — alimlərə qarşı sui-qəsdlərə, kiberhücumlara, təxribatlara və tammiqyaslı birtərəfli hücuma hazırlıqlara güvənir. ABŞ üçün yaxşı bir razılaşma problemin daimi həllini ehtiva edir, İsrail üçün isə istənilən razılaşma tələdir, çünki rejim siyasi fürsət əldə edən kimi proqramı yenidən açacaq. İsrailə görə natamam razılaşma razılaşmanın olmamasından daha pisdir, çünki bu, sayıqlığı azaldır və İranın nüvə statusunu legitimləşdirir. Bu gün əsas sual budur: İran uranı zənginləşdirməyə davam edərsə, ABŞ İsrailin hərb ssenarisindən nə qədər qaça bilər? Əgər Tehran uranın zənginləşdirilməsində 90%-i keçərsə, Vaşinqton seçim etməli olacaq: ya İsrailin zərbəsinə icazə vermək, ya da müttəfiq kimi etibarlılığını itirmək. İsrail özünü təsdiqləyə bilmədiyi bir razılaşmaya etibar edə bilməz. Vens daha sərt yoxlamalar təklif edir. Lakin İran raketinin artıq Təl-Əvivə yönəldildiyi bir vaxtda MAQATE müfəttişi İranın nüvə obyektlərinə çıxış əldə edə bilmir. Bu fonda "Rystad Energy" konsaltinq şirkətinin geosiyasi təhlil şöbəsinin müdiri Xorxe Leon bildirib ki, İran və ABŞ arasında gərginliyin artması aprel atəşkəs razılaşmasını təhlükə altına qoyub və tammiqyaslı döyüşlər yenidən başlasa, neftin qiyməti bir barel üçün 150 dollara yaxınlaşa bilər: "Əvvəlki qiymətləndirməmizlə müqayisədə yaxın müddətdə razılığa gəlmə ehtimalı 40% azalıb. Vəziyyət getdikcə qeyri-müəyyənləşir və növbəti bir neçə gün diplomatiyanın yenidən üstünlüyü əldə edə biləcəyini və ya münaqişənin daha uzunmüddətli eskalasiya mərhələsinə girəcəyini anlamaq üçün çox vacib olacaq". "Rystad Energy" şirkətinin qeyd etdiyi kimi, bu qeyri-müəyyənlik neft qiymətlərinin dinamikasında əks olunub.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ