Bazar günü günü, 01 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"
Tarix: 11.04.2014 / 11:12
Bölmə: İqtisadiyyat
Haqqında söhbət açdığımız bu rayon 1992-ci ilə qədər Lenin rayonu adını daşıyıb. 29 aprel 1992-ci ildən Lenin rayonunun adı dəyişdirilərək Sabunçu rayonu adlandırılıb. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu alıb. "Stepan Razin qəsəbəsi" adı verilmiş qəsəbə 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılıb.
Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşıb.
Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna malik 75 sənaye, 53 tikinti, 9 nəqliyyat müəssisəsi var. Əhalisi 01.10.2013-cu il tarixə rəsmi qeydiyyatda 233763 nəfərdir.
Azərbaycan Prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqi ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutur.
Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, həmçinin qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanıb, yeni məktəblər, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilir, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.
Dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq Sabunçu rayonunda da bütün sahələri əhatə edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Onu da vurğulayaq ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Prezidentin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənən "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Sabunçu rayonu ərazisində çox mühüm iqtisadi və sosial əhəmiyyətə malik obyektlər tikilib, yollar salınıb, əhalinin elektrik enerjisi, qaz, su və istilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması üzrə böyük işlər görülüb.
Ancaq bütün bunlarla yanaşı, rayonda aparılan abadlıq işlərinə mane olan faktorlar da mövcuddur. Bu kimi halların mövcudluğu isə Sabuncuda aparılan böyük abadlıq işlərinə kölgə salmış olur. Bu səbəbdən də bir qədər mövcud olan problemlər istiqamətində araşdırma aparmaq qərarına gəldik.
"Tolkuçka" problemi
Azərbaycanda "Tolkuçka" sözü sovet quruluşu dağılandan sonra dəbə minməyə başladı. Bağlanan zavod və fabriklərin işçiləri ailələrini dolandırmaq səbəbindən alver etməyə məcbur oldu. Elə həmin dövrdən də el arasında "Tolkuçka"lar kimi tanınan bazarlar yarandı. Yeni formada olan bazar estafetinin ilk qaranquşlarından biri də Bakıxanov qəsəbəsində yerləşən "Razin tolkuçkası" oldu. İndi bu bazarla "həmyaşıd" olan ticarət obyektlərindən yalnız xatirələr qalıb. Çünki ölkə inkişaf etdikcə, belə bazarlar paytaxtda infrastruktur layihələrin gerçəkləşməsinə mane olurdu. Misal kimi aereport yaxınlığında yerləşən "Sədərək" və "Binə" bazarlarını göstərə bilərik. Hər iki bazar, demək olar ki, şəhərdən kənar əraziyə çıxarılıb və uğurla işləyir. Ancaq maraqlıdır ki, şəhərin ən əlverişsiz ərazisində yerləşən və mövcudluğu ilə bir sıra ciddi problemlər yaradan "Razin tolkuçkası" hələ də sökülməyib. Adamın ağlına avtomatik olaraq bir sual gəlir: bu bazarı şəhərin düz ortasında saxlayan kim və hansı səbəbdir?
Araşdırmamız nəticəsində məlum oldu ki, Bakıxanov qəsəbəsi ərazisində yerləşən və el arasında "Razin tolkuçkası" kimi tanınan bu bazar 1995-ci ildən "Azəribiznes" adlanan bir qurumun tərkibində fəaliyyət göstərir. 4 hektarlıq ərazini əhatə edən bazarın sahibi Hacı Fərhad adlı şəxsdir. Bazarda 1200-dən artıq şəxsin dükanının olduğu bildirilir. Bazarın bağlanması ilə bağlı dəfələrlə söz-söhbətlər qalxsa da, sonradan hansısa qüvvə bunun qarşısını almağa nail ola bilib. Ticarət obyektinin sahibi Hacı Fərhadın isə gətirdiyi arqument həmişə bundan ibarət olub: "Mənim bazarımda alver edənlərin böyük əksəriyyəti qaçqınlardır. Onların hüququnu heç kim tapdalaya bilməz".
Son vaxtlar bir sıra səbəblər ucbatından paytaxtın əksər, hətta ən iri küçələrində belə tıxaclar yaranır. Bu problemin aradan qaldırılması istiqamətində dövlət tərəfindən bütün təxirəsalınmaz tədbirlərə əl atılır. Dəfələrlə yol kənarında olan və tıxacların yaranmasına şərait yaradan iri obyektlərin söküldüyünün şahidi olmuşuq. Bizi də bu araşdırmanı aparmağa vadar edən səbəb Bakıxanov qəsəbəsində yaşayan vətəndaşların "Razin tolkuçkası"nın mövcudluğunun onlara yaratdığı problemlərlə bağlı narahatlığıdır. Sakinlər sözügedən bazarın qalmasına heç bir lüzum görmür. Onların dediyinə görə, bazar ətrafında baş alıb gedən antisanitariya, işdən evə gedərkən məhz bazarın mövcudluğu səbəbindən saatlarla tıxacda qalmaları bu şikayəti etməyə əsas verir.
Sakinlər nə fikirləşir?
Şikayətçilər tərəfindən toxunulan problemləri aydınlaşdırmaq üçün "Razin tolkuçkası"nın özündə araşdırma aparmaq qərarına gəldik. Qeyd edək ki, deyilən bazara bitişik bir neçə ticarət obyekti də tikilib ki, onların da Hacı Fərhada məxsus olduğu deyilir. Həmin ticarət mərkəzlərinə aid olan dükanların əksəriyyətinin qapısı magistral yola açılır. Bu da, demek olar ki, onzuz da ensiz olan yolu bir qədər də darlaşdırıb. "Tolkuçka" nın yanından keçən yolla əsasən Bakıxanov, Qaraçuxur qəsəbələrinə gedən avtobuslar hərəkət edir. Bazar ətrafında olan yolun dükanlar səbəbindən darlaşması və üstəlik də bazarda işləyən və ora alver etməyə gələn vətəndaşların yol kənarında saxladıqları avtomobillər hətta "pik" saatları olmayanda da tıxacın yaranmasına səbəb olur.
Bazarın içərisinə daxil oluruq və təəccüb bizi bürüyür. Adam gözünə satıcılardan başqa heç kim dəymir. Tək-tük alıcı görmək olar. Satıcılardan bunun səbəbini soruşuruq. Deyirlər ki, heç yer pulunu ödəyə bilmirlər. Onların bildirdiyinə görə, bazar rəhbərliyi bunları nəzərə alıb yer pullarında heç bir endirim etmir. Dükanların icarə haqqı 250-800 manat arasında dəyişir. Bir faktı da qeyd edək ki, satıcı kontingentini heç də Hacı Fərhadın dediyi kimi qaçqınlar təşkil etmir. Araşdırmamız nəticəsində məlum oldu ki, bazarda sahibkarlıqla məşğul olanların böyük əksəriyyəti Borçalıdan olan soydaşlarımızdır.
Adının çəkilməsini istəməyən parfümeriya məhsulları satan cavan bir satıcı bizimlə söhbətində belə durumdan bezdiyini dedi. Onun sözlərinə görə, iki gündür bir dənə də olsun ətir sata bilməyib. O deyir ki, uzun illərdir bazar rəhbərliyinə icarə haqqı verirlər: "Ziyan da olsa dözürük ki, bəlkə bazar sökülə, hökumətdən bir qədər kompensasiya ala bilək. Belə olsa, başımıza bir çarə taparıq".
Bazarda diqqətimizi cəlb edən digər fakt isə ticarət obyektinin ətrafında baş alıb gedən antisanitariya və səs-küy oldu. Bunu gördükdən sonra ətrafdakı binalarda yaşayan sakinlərin nə çəkdiyini təsəvvür etmək o qədər də çətin deyil. Bazara ən yaxın binalardan birində yaşayan Vaqif Əliyev adlı bir sakinlə söhbət etdik. İxtisasca müəllim olan həmsöhbətimiz "tolkuçka"nın onların həyat ritmini pozduğunu deyir: "Ay balam, "tolkuçka" dövrü bitdi. Düz yolun ortasında tikilib. Burada yaranan sıxlıq ucbatından evimizə gəlib-gedə bilmirik. Gündüz səsdən, gecə isə iydən əziyyət çəkirik. Hara şikayət ediriksə, xeyri yoxdur. Bura sökülsəydi canımız qurtarardı".
Göründüyü kimi, öz dövrünü başa vurmuş "Razin tolkuçkası"nın mövcudluğunu həm tarixi, iqtisadi reallıq, həm də sadə vətəndaşlar qəbul etmək istəmir.
İcra Hakimiyyəti də bazarın köçürülməsini istəyir
Sözügedən ticarət obyektinin yerləşdiyi Sabunçu Rayon İcra Hakimiyyətinin bu məsələyə münasibətini öyrənmək qərarına gəldik. Görək hazırda rayonda geniş abadlıq-təmir işləri aparan icra hakimiyyəti əhali üçün narahatlıq və problemlər mənbəyinə çevrilmiş "Razin tolkuçkasının" taleyi barədə nə düşünür?
İcra Hakimiyyəti başçısının 1-ci müavini Qəzənfər Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, sözügedən bazarla bağlı yaranmış vəziyyət onları hamıdan çox narahat edir: "Biz bu istiqamətdə əlimizdən gələni edirik. Yadınızdadırsa, hələ 2000-ci illərin əvvəlində Bakı şəhərində küçə ticarətinin yığışdırılması ilə bağlı tədbirlər görülürdü. Həmin dövrdə "Tolkuçka"nın ətrafını təmizləmək qərarına gəldik. Bazarın yan-yörəsi çox biabırçı vəziyyətdə idi. Mal-heyvanı kəsib zibilləri elə ora da atırdılar. Ətrafı üfunət bürüyürdü. Sizi inandırım ki, ətrafda yaşayan sakinlərə cavab verə bilmirdik. Biz hələ bazarın ətrafında təmizlik işləri aparanda "Tolkuçka" rəhbərliyinin aqressiv münasibətilə qarşılaşdıq. Sonradan bəlli oldu ki, bazarın tikildiyi yerin düz altından kanalizasiya, su xətləri keçir. Məcbur olub həmin xətləri kənara köçürdük".
Qəzənfər Həsənov daha sonra bildirdi ki, "Razin tolkuçkası" ilə bağlı hazırda onlara çoxlu sayda şikayət ünvanlanır: "Bazara fikir versəniz görərsiniz ki, ticarət obyektlərinin tikintisi çox primitiv formada aparılıb və heç bir müasir tələbə cavab vermir. Mən həm də rayonun Fövqəladə Hallar Komissiyasının sədriyəm. Oradakı vəziyyət bizi təhlükəsizlik baxımından da ciddi narahat edir. Yadınızdadırsa, bu yaxınlarda Sumqayıtda ticarət obyektlərindən birində baş verən yanğın bütün ərazini əhatə etdi. "Razin tolkuçkası"nda isə bu sarıdan vəziyyət daha acınacaqlıdır. Allah eləməsin, hansısa bir qığılcım olsa, yanğının qarşısını almaq qeyri-mümkün olacaq. Bizim fikrimiz bundan ibarətdir ki, sözügedən ticarət obyekti heç bir müasir və təhlükəsizlik tələblərinə cavab vermir. Çox əlverişsiz yerdə olması səbəbindən yersiz tıxacların yaranmasına şərait yaradır. Ətrafda yaşayan sakinlər səsdən, antisanitariyadan əziyyət çəkdikləri ilə bağlı çoxlu sayda şikayətlər edir. Mənə elə gəlir ki, bütün bunlar bazarla bağlı məsələyə yenidən baxılması üçün tam əsas verir. Digər bir tərəfdən isə, həmin bazar rayonda aparılan abadlıq işlərinin ümumi ansamblına xələl gətirir".
İcra Hakimiyyətinin mövqeyini ifadə edən Qəzənfər Həsənov vəziyyətdən çıxış yolunu da göstərdi":Bazar rəhbərliyi də vəziyyəti anlayıb bir qədər güzəşt yolunu tutmalıdır. Ya bazar başqa yerə köçürülməlidir, ya da sökülüb yerində müasir tələblərə cavab verən yeni ticarət obyekti inşa edilməlidir. Belə olarsa, yolun genişlənməsinə, tıxacların aradan qaldırılmasına nail olmaqla yanaşı, həmin ərazidə yaşayan sakinlərin istirahətini təmin etmək üçün parklar da salına bilər. Rayonun abadlaşması planına uyğun olaraq biz deyilən işləri həyata keçirə bilərik".
Biz bu araşdırmamız çərçivəsində maksimum obyektiv olmağa çalışdıq. Hər rayonda görülən böyük abadlıq işlərindən, həm də mövcud problemlərdən yazdıq.
Məhəmmədəli QƏRİBLİ
Yazı Sabunçu rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
DİGƏR XƏBƏRLƏR
Tarix: 31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"???
Daha bu qədər də yox axı...Ağ eləməyin...
01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…
01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı
01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur"
- Prezident
01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir"
- Vüqar Rəhimzadə
01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı -
dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı
01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər
- Tramp açıqladı…
01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı
- bu, cəmi on dəqiqə çəkə bilər…
01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı
– yaralılar var…
01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..
01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj
– geri qayıdacağıq…
31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi
– müvəqqəti kabinetin yaradılması təklif edildi…
31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası
31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır
– etirazçılarla polis arasında toqquşmalar baş verib…
31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı…
Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…
31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı
- tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…
31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…
31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı
- ABŞ üçün oyunun sonu olacaq…
31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…
31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı
– bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…
31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı
– təzminat tələbini isə rədd etdi…
31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir
- prezidentə qarşı prokurorluğa çağırış edildi…
31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər
- Körfəz ölkələri Vaşinqtona çağırış etdi…
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi -
Yunanıstan dəstəkləndi...
XƏBƏR ARXİVİ