Bazar günü günü, 01 noyabr 2026
     

Rusiya Azərbaycanla da ticarətdə dollardan imtina edə bilər

Image


Şimal qonşumuz MDB dövlətləri, o cümlədən Azərbaycanla ticarət əməliyyatlarını dollar yox, baş valyuta, məsələn, elə rublla apara bilər. Buna səbəb isə, heç şübhəsiz, Qərb tərəfindən üzləşdiyi sanksiyalar fonunda Rusiyanın dollardan imtina niyyətlərinin meydana çıxmasıdır. Sanksiyalar məsələsi gündəmə gəldikdən dərhal sonra prezident Vladimir Putinin müşaviri Sergey Qlazyev deyib ki, ABŞ sanksiyalarının tətbiqi təqdirində Rusiya başqa valyutanın istifadəsinə keçməklə yeni hesablaşma-ödəniş sistemi yaratmağa məcbur ola bilər:
"Biz baş valyutalara keçməli, öz hesablaşma-ödəmə sistemimizi yaratmalı olacağıq. Bizim həm Şərqdə, həm də Cənubda müttəfiqlərimizlə gözəl ticari-iqtisadi əlaqələrimiz var və ABŞ-dan maliyyə asılılığımızı sıfıra endirmək üsulunu tapacağıq. Bu sanksiyalardan özümüz üçün böyük fayda ilə çıxacağıq". Onun sözlərinə görə, ABŞ Rusiya müəssisələri və vətəndaşlarının hesablarını dondurmaq qərarına gəlsə, Moskva Rusiya strukturlarına Amerika bankları tərəfindən verilmiş kreditlərin qaytarılmasının qeyri-mümükünlüyünü tanıya bilər: "ABŞ bizim aktivləri dondurarsa, təşkilatlarımızın dollarla olan passivləri də dondurulacaq. Bu isə o deməkdir ki, bizim bank və müəssisələrimiz amerikalı partnyorlarına istiqrazları qaytarmayacaqlar".
Rusiya Federasiya Şurasının büdcə və maliyyə bazarları komitəsinin başçısı Sergey Ryabuxin də bildirib ki, ABŞ-ın sanksiyalarına cavab olaraq Rusiyada dolların işlədilməsinə məhdudiyyətlər qoymaq olar: "Niyə də yox? Cavab addımı kimi". Senator qeyd edib ki, Rusiyanın zəngin resursları var ki, onların bir qismini başqa ölkələrə ixrac edir. Xatırladaq ki, artıq xeyli müddətdir Kreml bəzi ölkələrlə ticarət əməliyyatını dollar yox, başqa valyutalarla aparır. Məsələn, məlumdur ki, İran və Rusiya ikitərəfli ticarətdə dollardan imtina edib. Dolların rubl və rialla əvəzlənməsi barədə razılaşma əldə edilib. Qeyd edək ki, İran Hindistan, Çin və Yaponiya ilə ticarətdə da alternativ valyutadan istifadəyə başlayıb. Təbii ki, belə vəziyyət dolların mövqeyini sarsıdır. Ümumiyətlə, son dövrlərdə ABŞ dolları dünyanın ehtiyat valyutası kimi statusunu kəskin sürətlə itirməyə başlayır. Dünyanın 10 aparıcı iqtisadiyyatından 5-i, o cümlədən də bir sıra digər ölkələr artıq ticarət zamanı dollardan vasitəçi valyuta kimi istifadə etmir. Bu hal həm dolların özü, həm də Birləşmiş Ştatlar üçün böyük bir risq kəsb edir.
Xatırladaq ki, bundan əvvəl Avstraliya Çinlə ikitərəfli ticarətdə ona dollardan imtina etməyə razılığını bildirməklə, bu valyutaya üz çevirməkdə olan ölkələrin artan siyahısına qoşulub. ABŞ-dan sonra dünyanın ikinci ən nəhəng iqtisadiyyatı hesab olunan Çinin həm də Yaponiya, Braziliya, Hindistan və Rusiya ilə belə bir razılaşması var. Adları qeyd edilən ölkələrin Çinlə birtərəfli əməkdaşlıq müqavilələri artıq uzun müddətdir ki, var. Ekspertlər qeyd edir ki, Birləşmiş Ştatların yaxşı iqtisadi vəziyyəti bütün dünyanın dollardan istifadə etmək məcburiyyətində olması ilə izah olunur. İndi ABŞ dolları dünya ehtiyat valyutası kimi öz mövqeyini itirərsə, bunun Amerika iqtisadiyyatı üçün nəticələri çox ağır olacaq. Dolların qiymətinin əsas hissəsi onun neft sahəsi ilə bağlılığından irəli gəlir. Bu monopoliya öz həyatını başa vurarsa, eyni aqibət dolların dəyərini də gözləyəcək.
Dünyanın təminatsız valyutaları ilə münasibətdə belə vacib keçid mərhələsi bəzi valyutalara müsbət, digərlərinə isə mənfi təsir göstərəcək, lakin son nəticəni təxmin etmək olduqca çətindir. Eyni zamanda gözlənir ki, dollar zəifləsə, qızıl bahalaşacaq. Kağız pullarla bağlı yaranan qeyri-müəyyənlik həmişə qızıl üçün əlverişli şərait yaradır. Borcların getdikcə böyüməsi səbəbindən Amerika hökuməti dolların zəifləməsinin qarşısını almaq üçün bu ildən sərt addımlar atır.
Məlum olduğu kimi, ABŞ Mərkəzi Bankı 2008-ci il maliyyə böhranından sonra aylıq çap etdiyi 85 milyard dolları 10 milyard azaldacağı barədə ötən ilin sonunda qərar verib. Yanvar ayından etibarən ABŞ valyutası aylıq 75 milyard dollar çap olunur. Mart ayından isə pul çapına ara verilib. Bu vəziyyət dolların mövqeyini gücləndirməli olsa da, istənilən nəticə hasil olmayıb. İndi belə şəraitdə dünya ölkələrinin dollardan imtina etməsi bu valyutanın mövqelərinin daha da zəifləməsinə gətirib çıxara bilər.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ