Bazar günü günü, 16 avqust 2026
     

Yeni kriptovalyuta olan stablecoinlər və onların spesifik xüsusiyyətləri

Image


Son bir neçə onillikdə rəqəmsallaşmanın və məlumat bazasının maliyyə sahəsinə ötürülməsi üzrə qlobal tendensiyalar maliyyə və texnologiyanı birgə inkişaf etdirmişdir. 2010-cu illər sürətlə inkişaf edən texnologiyalardan, xüsusən də informasiya və kommunikasiya texnologiyalarından qaynaqlanan maliyyə sahəsində rəqəmsal innovasiyalar üzrə əhəmiyyətli dəyişikliklər baş verdi.

Bu yeniliklər təkcə öz təsirini ödənişlər, kredit, investisiya və sığorta kimi maliyyə xidmətlərinə deyil, həmçinin də maliyyə sisteminin əsası olan pulun özünə təsir göstərdi (BIS, 2018; 2020). COVİD-19 böhranı rəqəmsal ödənişlərə keçidi sürətləndirdi. O, nağd pul vasitəsilə virusun ötürülməsi ilə bağlı ictimai narahatlığı artırdı və rəqəmsal ödənişlərin istifadəsində artıma səbəb oldu. Mərkəzi banklar və tənzimləyicilər üçün bu çağırışlar onların maliyyə və pul sabitliyinə nail olmaqda xüsusi əhəmiyyət kəsb edir. Bu gün dünyanın hər yerində səlahiyyətli orqanlar həm inkişaf etməkdə olan texnologiyalara, xüsusən də paylanmış mühasibatlıq texnologiyasının (DLT) və blokçeynin müxtəlif kombinasiyalarına əsaslanan rəqəmsal valyutaların və qeyri-mərkəzləşdirilmiş maliyyənin yüksəlişi və maliyyəni dəstəkləyən ənənəvi mərkəzləşdirilmiş sistemlərdəki irəliləyişlərlə mübarizə aparır. Bir çoxları pul və ödəniş sistemlərində texnoloji inqilabın baş verdiyini iddia edirlər (Arner et al., 2020).

Mövcud siyasət müzakirələrində stablecoin müəyyən bir aktivə və ya aktivlər hovuzuna və ya səbətinə (FSB, 2020) nisbətən sabit dəyəri saxlamaq məqsədi daşıyan kriptovalyuta kimi müəyyən edilə bilər. Stablecoinlər bitcoin və digər kriptovalyutalarla eyni sahədə “yaşayır”, çünki onlar elektrondur, həmyaşıdlar arasında mübadilə edilə bilər və mərkəzi banklar tərəfindən buraxılmır. Stabilkoinlər token əsaslıdır; onların etibarlılığı hesaba əsaslanan ödənişlərdə olduğu kimi, qarşı tərəfin kimliyinə deyil, işarənin özünə əsaslanaraq yoxlanılır (bax, Kahn, 2016).

Stablecoinlər nədir?

Hazırda dünyada müxtəlif virtual valyuta növləri mövcuddur. Bunlardan biri də stablecoinlərdir. Stablecoinlərin xüsusiyyətinə nəzər salmadan öncə ümumiyyətlə virtual valyutanın mahiyyətinə baxaq. Virtual valyutalar iki növ sxemlə mövcuddur: mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş. Mərkəzləşdirilmiş valyuta sxemləri mərkəzləşdirilməmiş valyutalardan daha əvvəl yaranmışdır. Mərkəzləşdirilmiş valyutaların mərkəzi bir depozitarı vardır və adətən vahid bir təşkilat tərəfindən idarə edilir və nəzarət olunur. Mərkəzləşdirilməmiş valyutaların isə vahid bir depozitar mərkəzi yoxdur və qeyri-mərkəzləşdirilmiş qaydada emissiya edilir və fəaliyyət göstərir. Mərkəzləşdirilmiş virtual valyutalar yeni virtual pul vahidlərinin yaradılması, əməliyyatların yoxlanılması və hesabların mühasibatlığının yeniləməsi üçün üçüncü tərəfə etibar edir. Mərkəzləşdirilməmiş sistemlər dedikdə mərkəzi idarəetmə qurumunun (məsələn, Mərkəzi Bank) olmadığı və virtual valyutaların vahid mərkəzdən emissiya edilmədiyi sistemlər nəzərdə tutulur.

Mərkəzləşdirilməmiş virtual valyutalar blokçeyn (blockchain) və ya paylanmış mühasibatlıq texnologiyası (distributed ledger technology - DLT) əsasında fəaliyyət göstərir. Blokçeyn texnologiyası ödəniş sistemləri, klirinq və hesablaşmalarda, xüsusilə e-Hökumət sistemlərində prosedur və protokollardan istifadə etməklə əməliyyatlar aparmaq imkanı verən innovativ platformadır. DLT arxitektura baxımından mərkəzləşdirilməmiş və əməliyyatların həyata keçirilməsi məqsədi ilə onların verifikasiyası və avtorizasiyası üçün vasitəçilərin iştirakına zərurət olmayan şəbəkə mühitidir. Bütün ödəniş tranzaksiyaları kripto-müdafiə olunaraq DLT şəbəkəsinə daxil olur və benefisiar ilə emitent arasında vasitəçi olmadan birbaşa (Peer-to-Peer) əlaqə yaradılır.

Stablecoinlər, hər hansı bir ölkənin milli valyutası və ya qızıl kimi aktivlərlə dəstəklənən və digər kriptovalyutalardan daha çox sabitlik təmin etmək üçün qurulmuş bir kriptovalyuta növüdür. Stablecoinlərin bir neçə növü mövcuddur:

1.Hər hansı bir ölkənin milli valyutası ilə dəstəklənən stablecoin;

2.Kripto aktivlərlə dəstəklənən stablecoin;

3.Qiymətli metallarla dəstəklənən stablecoin;

4.Alqoritmik stablecoin.

Milli valyuta ilə dəstəklənən stablecoinlər ən çox yayılmış növüdür. Dəyərində kəskin dəyişimlər olan digər kriptovalyutalardan fərqli olaraq, milli valyuta dəstəkli stablecoinlər çox kiçik qiymət kənarlaşmalarına məruz qalır. Ancaq bu, o demək deyil ki, bu növ stablecoinlər tamamilə təhlükəsizdir, onlar bazarda nisbətən yenidir və riskləri barədə kifayət qədər məlumat olmadığı üçün investisiya edərkən ehtiyatlı olmaq lazımdır.

Kripto aktivlərlə dəstəklənən stablecoinlərdə volatillik yüksək olur. Məsələn, 1 ABŞ dolları dəyəri olan kripto aktivlə dəstəklənən stablecoin 2 ABŞ dolları dəyəri olan kripto aktivlə dəstəklənə bilər. Beləliklə, əgər dəstək verən kripto aktiv dəyər itirdikdə 1 ABŞ dollarlıq əlavə dəyər yastıq rolu oynayaraq stablecoinin dəyərinə təsiri dayandırır.

Qiymətli metallarla dəstəklənən stablecoinlər əsasən qızıl və digər dəyərli metallara söykənərək öz dəyərini qoruyur. Bu stablecoinlər mərkəzləşdirilmiş formada olur və bəzi kripto istifadəçilər bunu çatışmazlıq kimi qəbul edə bilərlər, lakin bu xüsusiyyət onları kripto bazardakı volatillikdən qoruyur.

Alqoritmik stablecoinlər heç bir aktivlə dəstəklənmir və bu da onun stablecoin kimi qəbul edilməsini çətinləşdirir. Bu növ stablecoinlər öz dəyərini qiymət dəyişikliyindən kompüter alqoritmi istifadə etməklə qoruyur. Bir alqoritmik stablecoinin qiyməti 1 ABŞ dollarına bağlanarsa, lakin stablecoinin dəyəri daha da yüksələrsə, alqoritm qiyməti aşağı salmaq üçün avtomatik olaraq dövriyyəyə daha çox coin buraxır. Qiymət 1 ABŞ dollarından aşağı düşdüyü halda alqoritm təklifi azaldaraq qiyməti əvvəlki səviyyəyə gətirir. 

Stablecoinlərin ənənəvi pullardan fərqi nədir?

Kriptovalyutalar və adi valyutalar iki əsas xüsusiyyətə malikdir: onlar iki tərəf arasında maneəsiz ödənişləri təmin edir və dəyər ifadəsi kimi çıxış edirlər. Ənənəvi valyutalar ilə hər şey aydın görünür. Ənənəvi pulu nağd pul şəklində xərcləyə və ya debet və ya kredit kartına yükləyə bilərsiniz. Adi valyutalar birbaşa alışlar, pul köçürmələri, fakturaların və ya vergilərin ödənilməsi və s. üçün istifadə edilə bilər. Mövcud ənənəvi pulların əksəriyyəti yalnız ölkədaxili ödənişlər üçün tətbiq olunur. Xaricdə xərcləyərkən onları başqa valyutalara çevirmək lazımdır. Həmin əməliyyatlarda adətən mübadilə haqqı tətbiq edilir. Mübadilə üçün komissiya birbaşa göstərilməsə də, həmişə məzənnə marjası var bu da bankların və valyuta mübadiləsi xidmətlərinin ticarət etdiyi məzənnə ilə istehlakçılara təklif olunan məzənnə arasındakı fərqdir.

Kriptovalyutalara gəldikdə isə onlar ənənəvi pul sisteminin hazırda təklif edə bilmədiyi xüsusiyyətləri də təklif edirlər: kriptovalyutaları hər kəs, istənilən yerdə, istənilən vaxt dünyanın istənilən yerində və bir banka və ya hökumətə ehtiyac olmadan xərcləyə və qəbul edə bilər. Bu kriptovalyutaların ən inqilabi cəhətidir. Stablecoinlər ənənəvi satış nöqtələrində gündəlik alış-veriş üçün də istifadə edilə bilər. Çox valyutalı pul kisələri ilə kriptonu tez bir zamanda ənənəvi pula çevirə bilərsiniz. Məsələn, ən məşhur multi-aktiv kripto pul kisələrindən biri olan Trust Wallet sizə stablekoinlərinizi ənənəvi pula çevirərək və nağdlaşdıraraq xərcləmək imkanı verir. 2019-cu ildə BitPay pul kisəsi proqramı bütün dünyada ticarətçilər və istehlakçılar üçün stabilcoin ödənişlərinin tətbiqini elan etdi. Kanadadakı Instacoin kimi bəzi kripto bankomatları seçilmiş yerlərdə də ən populyar stablecoinlərin nağdlaşdırılmasını dəstəkləyir. Digər tərəfdən stablecoinlər hər yerdə qəbul edilmir. Onlardan istifadənin mümkünlüyü milli siyasət və qaydalardan asılıdır. Bəzi ölkələr kriptovalyutanı tamamilə qadağan edir, digərləri isə onun istifadəsini davamlı olaraq təbliğ edir.

Gündəlik alış-veriş üçün istifadədən başqa stablecoinlərlə kripto birjalarında ticarət də edə bilərsiniz. Bəzi birjalar stablecoinlərinizi borc verməyə və faiz qazanmağa imkan verir. Həm sabit, həm də çevik kreditləşdirmə modelləri, həmçinin şəxsdən şəxsə (P2P) kripto kredit bazarları mövcuddur. Stablecoinlər hazırda əksər birjalarda 5% ilə 25% arasında ən yüksək faiz dərəcələrini təklif edir. Qiyməti sabit aktivlər üzrə gəlir əldə etmək imkanları çoxdur və onlar DeFi (Decentralized finance- vasitəçilərsiz maliyyə əməliyyatlarını aparmağa imkan verən maliyyə sistemi) bazarı böyüməyə davam etdikcə genişlənəcək.

Stablecoinlə mərkəzi bank rəqəmsal valyutası (CBDC) arasındakı fərq nədir?

Mərkəzi bank rəqəmsal valyutası (CBDC) hər hansı bir ölkənin rəsmi valyutasının rəqəmsal for4.mada olan ifadəsidir. CBDC monetar və fiskal siyasətin həyata keçirilməsini asanlaşdırır və iqtisadiyyatda maliyyə inkluzivliyini təşviq edir. CBDC-ni stablecoindən fərqləndirən əsas cəhət CBDC-nin ölkənin monetar siyasətini həyata keçirən orqan və ya mərkəzi bank tərəfindən emissiya edilməsi stablecoinin isə özəl təşkilat tərəfindən emissiya edilməsidir.   

Potensial rəqəmsal avro və rəqəmsal yuan kimi mərkəzi bank tərəfindən dəstəklənən rəqəmsal valyutalar yaxın illərdə reallığa çevrilə bilər. Bitcoin və Ethereum kimi kriptovalyutalardan fərqli olaraq, bu valyutalar daha az volatillik və daha çox təhlükəsizlik vəd edir. Bundan əlavə, onlar maliyyə sabitliyinin təmin edilməsinə cavabdeh olan müvafiq pul institutlarının dəstəyinə sahib olacaqlar.

Xəyaləddin TAĞIYEV
Ödəniş sistemləri üzrə ekspert, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Ülfət YUSİFOV
Ödəniş sistemləri üzrə ekspert



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ