Rusiya Azərbaycan da daxil olmaqla 9 ölkədən tərəvəz idxalını artıracaq. Bu barədə Rusiya Qida Təhlükəsizliyi Təşkilatından (Rosselxoznadzor) bildirilib.
“Rosselxoznadzor”dan 9 ölkədən tərəvəz idxalının artırılacağı bildirilib: "Əvvəlki idxal məhdudiyyətləri aradan qaldırılaraq, müvafiq ölkələrin bütün torpaqlarından tərəvəz idxalının davam etdirilməsinə qərar verildi".
“Rosselxoznadzor”un açıqladığı siyahıya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Misir, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Türkiyə daxildir.
TAHİR