Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Taxıl həm bahalaşır, həm də bu strateji məhsulu almaq müşkülə çevrilir...

Image


Rusiya-Ukrayna savaşı, gözlənildiyi kimi, enerjidaşıyıcıları ilə yanaşı, dünya taxıl bazarında da kəskin qiymət artımı ilə müşahidə edilir. Məlumata əsasən, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda buğdanın qiymətləri son 14 ilin maksimal həddinə çatıb.Bu kənd təsərrüfatı məhsulunun qiyməti 1 kiloqram üçün 0,33  dolları keçib.

Məlumata görə, bahalaşma Ukraynanın Qara dəniz limanlarından kommersiya tədarükünün dayanması ilə əlaqədardır. Belə ki, bu ölkənin payına Rusiya ilə birlikdə qlobal buğda ticarətinin təxminən üçdə biri, günəbaxan yağı ixracının 80 %-i, yemlik qarğıdalının ixracının 19 %-i düşür. Xatırladaq ki, daha əvvəl Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bisli Ukraynada baş verənləri “fəlakətin zirvəsindəki fəlakət” adlandırıb: “Yaxın Şərqə tədarük edilən buğda və taxılın yarısı Rusiya və Ukraynadan gəlir”. Davam edən hərbi əməliyyatlar fonunda iri alıcılar buğda tədarükünə dair tenderləri ləğv edirlər və gözləmə mövqeyi tuturlar. Çünki qeyd edildiyi kimi Qara dənizdən və Azov dənizindən yükdaşımalarla bağlı mürəkkəb vəziyyət yaranıb. O cümlədən Qərbin sanksiyalarının təsiri ilə regionun əsas buğda istehsalçısı olan Rusiyada rublun devalvasiyası o deməkdir ki, fermerlər taxılı daha baha sata bilmək üçün əllərində saxlamağa üstünlük verir.  Məsələn, Rusiya buğdasının ən iri alıcılarından olan Misirin GASC şirkəti son tenderi ləğv edib. Tenderə əsasən taxıl alıcıya aprelin 11-12-də çatdırılmalı idi. Tenderə cəmi bir şirkət təklif verib-“Viterra” şirkəti 60 min ton fransız taxılını göstərilən tarixdə daşınma xərci də daxil olmaqla tonunu 449 dollardan çatdırmağa hazır olub. Bu isə indiki bazar qiymətindən xeyli yüksəkdir. Hazırda buğdanın tonu birjalarda təxminən 382 dollardan satılır, bu da 2021-ci ilin mayından bəri ən yuxarı qiymətdir. Rusiyada fəaliyyət göstərən, aqrar bazarların təhlili ilə məşğul olan “SovEkon” analitik mərkəzi hesab edib ki, buğdanın bir tonunun 400 dollaradək bahalaşması gözləniləndir. Müharibənin mümkün təsirləri ilə bağlı “Reuters”in sorğusuna qatılan analitiklər də dünyada nəinki taxılın, o cümlədən digər vacib  ərzaq məhsullarının bahalaşacağını deyiblər. Çünki həm Rusiya, həm də Ukrayna əsas ərzaq ixracatçılarıdır. Qlobal buğda ticarətinin üçdə birindən çoxu, təxminən 35 faizi bu iki ölkənin payına düşür.

Baş verənlər ölkəmizdə də diqqətlə izlənilir. Xatırladaq ki, Azərbaycanın buğda təlabatı təxminən 3,1 milyon tondur və buğda ilə özünü təminat səviyyəsi isə 60 faizdir. İdxal edilən 40 faiz buğdanın böyük həcmi un istehsalında istifadə edilən ərzaqlıq buğdadır. Azərbaycanın buğda idxal etdiyi ölkələr Rusiya, Qazaxıstan və Ukraynadır. Amma ekspertlər hesab edir ki, Azərbaycan digər ölkələr kimi xüsusilə taxıl idxalında ciddi problemlə qarşılaşmayacaq. İlk növbədə ona görə ki, Rusiya dünyada baş verən prosseslər fonunda buğda ilə bağlı Azəbaycana problem yaratmayacaq, məhdudiyyət tətbiq etməyəcək. Çünki Azərbaycaan mütəffiqlik münasibəti bəsləyir. Buna rəğmən, dünyada taxılın bahalaşması fonunda Azərbaycan bu məhsula daha çox xərc çəkməli olacaq. Onu da bildirək ki, son bir ildə Azərbaycana ehtiyacını ödəyəcək qədər taxıl idxal edilib. Ölkəyə yalnız qış aylarında taxıl gətirilir. Bir neçə aydan sonra taxıl yığımına da başlanılacaq. Builki mövsümdə işğaldan azad edilmiş torpaqlarda da taxıl əkilib, ən azından 300 min ton əlavə taxılımız olacaq. Bu da əvvəldən açıqlandığı kimi idxalın həcmini bir qədər azalmasına təsir edəcək. Aam Ukrayna ilə bağlı vəziyyət fərqlidir. Bu ölkə Azərbaycana cari il ərzində müharibə səbəbəindən ixrac həyata keçirə bilməyəcək. Son illərin rəsmi məlumatlarına əsasən Ukraynadan Azərbaycana daha çox kənd təsərrüfatı məhsulları, bitki yağları, buğda və taxıl məhsulları, un məmulatları ixrac olunurdu. Ancaq ekspertlər düşünür ki, son zamanlar gündəmi silkələyən Rusiya-Ukrayna savaşı iqtisadi əlaqələrə də öz təsirini göstərəcək. Nəzərə alınmalıdır ki, Azərbaycan bazarında Ukrayna bazarının kifayət qədər yeri var. Amma müharibə səbəbindən artıq bəzi əlaqələrin kəsildiyini söyləmək mümkündür. Logistik əlaqələr kifayət qədər problemə çevrilib, sərhədlər bağlanıb. Ukraynadan Azərbaycana gətirilən məhsulların həcminin bu halda azalmasl qaçılmazdır. Bu da yerli bazarlarda  Ukrayna məhsullarının qiymətinin artmasına səbəb olacaq. Həmçinin anoloji digər ölkə məhsullarının da bahalaşmasına səbəb olacaq. Çünki bu hadisələrə görə təklif azalır. Ekspertlər bildirir ki, istənilən halda buğda və taxıl məhsulları bahalaşacaq. Hərbi əməliyyatlar dayandırıldıqdan sonra infrastrukturla bağlı Ukraynanın ciddi problemləri olacaq. Çünki yollarda ciddi problemlər yaranıb, körpülər, dəmir yolları zədələnib. Bu fonda müharibə bitdikdən sonra da Ukraynadan gələn məhsulların həcmində artım olması gözlənilmir. Bu da qiymətlərə təsirsiz ötüşməyəcək. Lakin Azərbaycanda qiymət artımı ilə bağlı vəziyyət nəzarət edilən çərçivədədir və bu sahədə hökumət preventiv tədbirlərin miqyasını genişləndirir. Burada əsas mqəsədlərdən biri idxal inflyasiyasının qarşısını almaqdır. Çünki hazırda Azərbaycanda qiymət artımını tətikləyən başlıca faktorlardan biri idxal məhsullarının ölkəyə daha baha qiymətə başa gəlməsidir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ