Cümə axşamı günü, 26 noyabr 2026
     

Rubl, avro, lari, lirə, rial manat qarşısında “əriyir”

Image


Dünya birjaları və maliyyə sektoru Rusiya-Ukrayna savaşının nəticələrini getdikcə daha qabarıq hiss etməyə başlayıb. Müxtəlif ölkələrin valyutalarının məzənnələrində qeydə alınan göstəricilər də bunun faktiki təzahürüdür. Hazırda savaş aparan tərəf kimi Rusiya və Ukraynanın pullarında daha çox ucuzlaşma qeydə alınır.

Əvvəlcədən gözlənildiyi kimi, Moskva birjası açılan kimi dollar və avro sürətlə bahalaşıb.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulması qərarından sonra rublla bağlı xaos yaşanır. Bəzi banklar artıq dolların kursunu fantastik dərəcədə bahalaşdırıb. Məsələn, “Tinkoff” bankında bir dollar 170 rubla, bir avro isə 182 rubla satılır. “Rayffayzenbank”da bir dollar 150, avro isə 169 rubla təklif olunur. “Promsvyazbank” əhalidən ABŞ valyutasını 72,94 rubla alır və 132,94 rubla satır, avronu isə müvafiq olaraq 83,38 rubla alır, 143,38 rubla satır. Bu fonda Azərbaycanda da rubl kəskin şəkildə dəyər itrir. Məsələn, fevralın 28-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0157 manata enib. 1 manat 63,69 rubl təşkil edib ki, bu da 2015-ci ilin dekabr ayının 18-dən bəri qeydə alınan ən aşağı göstəricidir. Manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar-1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, rublun dollar qarşısında dəyərsizləşməsi manat-rubl cütlüyündə də ikincinin məzənnəsini kəskin endirib. Xatırladaq ki, fevralın 28-də Avropa İttifaqı Rusiya Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları qadağan edib, Rusiya təyyarələri üçün hava məkanını isə tam bağlayıb. SWIFT şəbəkəsi ilə əlaqənin kəsilməsi isə rublun daha böyük itkilərinə səbəb olacaq. Deməli, manat rubla nisbətdə daha çox dəyər qazanacaq. Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı, Rusiya  Azərbaycanın əsas ticarət tərəfdaşlarından sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda əsas yeri tutur. Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizə yaxını məhz şimal qonşumuzun payına düşür. Deməli, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır. Rublun kəskin ucuzlaşması davam edəcəyi halda Azərbaycan məhsulları Rusiya bazarında bahalaşacaq və bu da bizim qeyri-neft ixracatımıza təsir göstərəcək. Həmin məhsullar xeyli bahalaşacaq və bu da ixrac həcminə neqativ təsir edə bilər. Digər tərəfdən, rus rublunun dəyərsizləşməsi Rusiyada çalışan soydaşlarımızın gəlirlərinin azalmasında özünü göstərir. Rublun çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olur. Hər il soydaşlarımız tərəfindən ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərilir. Bu pullar rublla qazanılır və Azərbaycana köçürüləndə dollar və ya avro manata çevrilir. Bu zaman məzənnə fərqi onların da itkilərə məruz qaldığını göstərir. Digər zərər Neft Fondunun Rusiyadakı aktivlərində yaranır. Fond investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Eyni zamanda, Fond Rusiyanın ikinci ən böyük bankı olan “VTB Bank”ın müəyyən səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində həmin səhmlərin ucuzlaşaraq dəyərdən düşməsi də Azərbaycan tərəfi üçün zərər yaradır. Rublun dəyərdən düşməsi Rusiyada həmçinin ərzaq inflyasiyasını gücləndirir. Bunun nəticəsində isə, manatın möhkəmlənməsinə rəğmən, Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir.

Rublla yanaşı, bir sıra digər valyutalar da manata nisbətdə dəyər itirir. Məsələn, fevralın 28-ə olan məlumata əsasən, avronun manata qarşı rəsmi məzənnəsi daha 0,7% enərək 1,8950 manat təşkil edib. Bu, 2020-ci ilin 2 iyun tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir. Sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyunun 2-də qeydə alınıb və 1,8914 manat olub. Ötən il yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 9,5% ucuzlaşıb. Ukrayna böhranı və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları fonunda avro zəifləyir. Belə ki, yeni sanksiyalar nəticəsində dollar və Yaponiya yeninə artan tələbdən sonra avronun dollara qarşı məzənnəsi 0,9% azalaraq 1,1165 dollara, Yaponiya yeninə nisbətdə isə 0,85% azalaraq 129,15 yenə enib. Hazırda investorlar daha çox dollara sığınır və bu da ona artan tələbi şərtləndirir. Gürcüstan larisinin manata qarşı rəsmi məzənnəsi 6,1% azalaraq 0,5315 manat təşkil edib ki, bu da 2021-ci ilin iyun ayının 3-dən bəri qeydə alınan ən aşağı göstəricidir. Beləliklə, larinin manata qarşı məzənnəsi doqquz aylıq minimuma enib. Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi hücumunun valyuta bazarlarında şok dalğaları yaratması fonunda, Gürcüstanın milli valyutası ABŞ dollarına nisbətdə də ucuzlaşıb. Larinin dollar qarşısında dəyərsizləşməsi onu manata nisbətdə də ucuzlaşdırıb. İran, Türkiyə və bir sıra digər ölkələrin milii valyutaları da manat qarşısında dəyər itirir. Bu prosesin hələ müəyyən müddət davam etməsi də əsas proqnozlar sırasında yer alır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ