Cümə axşamı günü, 26 noyabr 2026
     

Manat rubla nisbətən bahalaşır, Rusiya məhsulları ucuzlaşır

Image


Rusiya prezidenti Vladimir Putinin qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyinin” tanınması barədə fərmanlar imzalaması Qərblə Moskva arasında iqtisadi müstəvidə yeni qarşıdurmaya rəvac verib. Artıq Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiqinə start verilməsi indidən öz nəticələrini hiss etdirir.

Məsələn, Rusiya rublunun məzənnəsi Kremlin Ukraynadakı separatçılarla bağlı məlum addımları fonunda aşağı düşüb. Artıq ABŞ dollarının məzənnəsi 80 rublu keçib. Rusiya fond birjalarında da ucuzlaşma qeydə alınır.

Rusiya iqtisadiyaytında baş verənlərin Azərbaycana təsiri isə yenidən diqqət mərkəzində yer alır. Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi ucuzlaşıb və 0,0213 manat (46,95 rubl) təşkil edib ki, bu da 2020-ci il noyabrın 3-dən bəri qeydə alınan ən aşağı göstəricidir. Xatırladaq ki, iki ölkə arasında ticarət dövriyyəsi də yüksək həddədir. Rusiya Azərbaycanın ən çox idxal gerçəkləşdirdiyi ölkədir. Təkcə ötən il Rusiyadan gətirilən məhsullara 2 milyard dollar xərclənib. İxraca gəlincə, ötən il Azərbaycan Rusiyaya 921 milyon dollar dəyərində məhsul göndərib. Bu göstərici ilə Rusiya Azərbaycanın ən çox ixrac həyata keçirdiyi üçüncü ölkə olub. Rusiya eyni zamanda Azərbaycanın qeyri-neft sektoru məhsullarının əsas alıcısıdır. 2021-ci ildə ölkənin qeyri-neft sektoru məhsullarının üçdə biri məhz Rusiyaya göndərilib. Bakı və Moskva qarşılıqlı ticarət həcminin daha da artırılması istiqamətində fəal iş aparır. Amma Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar, xüsusən də rublun ucuzlaşması vəziyyətə fərqli təsir edə bilər. Millət vəkili Vüqar Bayramov bu fonda qeyd edir ki, Kremlin son qərarı qlobal iqtisadiyyata təsirsiz ötüşməyib: “Şərqi Avropada yarana biləcək daha böyükmiqyaslı gərginlikdən təsirlənən birjalarda strateji məhsulların qiymətində artımlar müşahidə edilib.

 Ötən həftəni 1 barreli 90,70 dollarla qapayan “Brent” markalı neft indi 97 dollara təklif edilir. Yeni həftədə neft 7%-ə yaxın bahalaşıb. Rusiya rublu da təzyiq altındadır. Son hərraclarda dollar Rusiyada 76,70 rubldan 81 rubla qalxıb. Bu, bir gündə rublun 4%-ə yaxın ucuzlaşması anlamına gəlir. Avropanın şərqində baş verənlər hələlik avrozonaya xüsusi təsir etməyib”. V.Bayramov deyib ki, istər neft, istərsə də valyuta, xüsusən də rublun məzənnəsi birbaşa Qərbin qəbul etidiyi qərarlardan asılı olacaq: “Ağ Evdə, eləcə də Brüsseldə Rusiyaya qarşı sanksiyalarla bağlı açıqlamalar verilsə də, hələlik hansı addımların atılacağı dəqiqləşdirilməyib. Bir müddət öncə də Vaşinqtonda Moksvaya qarşı SWIFT-dən çıxarılma kimi sərt sanksiyalarla bağlı bəyanatlar verildi. Lakin sonradan bu qərar ertələndi. Bununla belə, Qərb Rusiyaya qarşı əvvələr bəyan etdiyi sanksiyaları tətbiq edərsə, o halda “Brent” markalı neftin qiyməti qısa zamanda 100 dollarlıq psixoloji həddi keçə və rubl kəskin ucuzlaşa bilər. Bu baxımdan, indi bütün gözlər Vaşinqtondadır”. Artıq məlumdur ki, ABŞ Rusiyanın qondarma “DXR” və “LXR”in müstəqilliyini tanıması səbəbindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. ABŞ prezidenti Co Bayden ilk olaraq Rusiyanın qondarma “DXR” və “LXR”i tanıması ilə əlaqədar bu “respublika”lara qarşı sanksiyalar haqqında fərman imzalayıb. Fərman ABŞ-dan “DXR” və “LXR” malların, xidmətlərin və texnologiyaların ixracını, satışını, tədarükünü qadağan edir. Bayden həmçinin sanksiya ilə bağlı fərmanda qeyd edib ki, “DXR” və “LXR”in tanınması ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhdid yaradır. Amma əsas gözləntilər Rusiyanın özünə hansı sanksiyalar tətbiq ediləcəyidir. Avropanın da bu sanksiyalara qoşulması Rusiya iqtisadiyyatına, o cümlədən rubla mənfi təsir edəcək. Bu da  iqtisadi müstəvidə Azərbaycana öz təsirini göstərəcək. Hazırda Azərbaycan Rusiyaya ən çox kənd təsərrüfatı malları ixrac edir. Rublla aparılan bu ticarət Rusiya bazarının ümumilikdə 7 faizini təşkil edir. İlk əsas təsirlər də məhz bu istiqamətdə ola bilər. Rublun ucuzlaşması Azərbaycan məhsulalrının Rusiyada bahalaşmasına səbəb olacaq. Azərbaycanın Rusiyaya ixracının 30%-ni isə ərzaq və kənd təsərrüfatı məhsulları tutur. Son vaxtlar Avropa İttifaqı və Rusiya arasında qarşılıqlı sanksiyalar qitə ölkələrindən şimal qonşumuza mal axınını məhdudlaşdırıb və Azərbaycan məhsullarına ehtiyacı artırıb. Odur ki, rublun dəyərdən düşməsi Azərbaycandan Rusiyaya ixracı elə də zəiflətməyəcək. Amma rubl dəyərsizləşməkdə davam edərsə, qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya rublunun ucuzlaşması bu ölkədən Azərbaycana pul köçürməsi edən azərbaycanlılara da müəyyən təsir göstərəcək. Eyni zamanda, Rusiyadan gələn məhsullar Azərbaycanda xeyli ucuzlaşacaq. Rusiyadan Azərbaycana, əsasən yarımfabrikat sənaye məhsulları, maşın və avadanlıqlar, nəqliyyat vasitələri və ərzaq məhsulları gətirilir. Onların böyük bir qismi sahibkarlıq məqsədlidir və rublun ucuzlaşması hesabına Azərbaycana ucuz başa gəlməsi yerli sənaye məhsullarının maya dəyərinin aşağı düşməsinə səbəb ola, istehsalı stimullaşdira bilər.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ