Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Xammal qıtlığı dünyanı yeni bahalaşmaya sürükləyir, proseslər Azərbaycanda da narahatlıqla izlənir...

Image


Dünya iqtisadiyyatının bu gün üzıəşdiyi əsas problemlərdən biri müxtəlif məhsullar üzrə sürətli qiymət artımıdır. Xammal və məhsul çatışmazlığı isə qiymət artımını tətikləyən əlavə faktora çevrilib.

Baş verənlərlə bağlı məşhur “Financial Times” qəzeti yazır ki, yaxın gələcəkdə dünyanın əksər ölkələrini xammal və məhsul qıtlığı gözləyir. Bu da yeni bahalaşmaya yol açır. Elə bundan irəli gəlir ki, neftin, metalların, taxılın və digər əsas malların, ərzaq məhsullarının qlobal qiymətləri 2021-ci ilin əvvəli ilə müqayisədə orta hesabla 46 faiz artıb. Sözügedən bahalaşma 1995-ci ildən bəri qeydə alınan ən yüksək artımdır. Qiymətlərin artması qismən qlobal biznesin yaxşılaşması və bir sıra aparıcı ölkədə epidemioloji vəziyyətin yaxşılaşması fonunda istehlak tələbinin kəskin artması ilə də bağlıdır. "Goldman Sachs" investisiya bankının eksperti Nikolas Snouden isə qeyd edir ki, hazırda qlobal iqtisadiyyat üçün vacib olan xammal həcmləri, demək olar ki, tükənib. İnvestorlar kənd təsərrüfatı məhsulları, enerji məhsulları və metallar da daxil olmaqla, bütün kateqoriyada malları almağa başlayıblar. Snoudenin fikrincə, bu hal məhsulların tədarükü, tələbatın artmasına cavab vermir: “Məsələn, məşhur yüksək keyfiyyətli espresso qəhvəsini hazırlamaq üçün istifadə edilən "arabica"nın ehtiyatları son 22 ilin ən aşağı səviyyəsinə düşüb”. “Rabobank”ın baş analitiki Karlos Mera bu xammalın qiymətlərində nəzarətsiz artım gözləyir: “ICE fyuçers birjasında qəhvənin qiyməti artıq son 10 ilin ən yüksək səviyyəsinə yüksəlib, hər funt üçün 2,59 dollar (kiloqram üçün 5,7 dollar) təşkil edir. Bu, cari ilin əvvəli ilə müqayisədə 13 faiz, əvvəlki ilin səviyyəsindən isə iki dəfə çoxdur. Səbəblər tədarükün kəsilməsi və Mərkəzi Amerika istehsalçılarından ixracın azalmasıdır”.

“Financial Times” qəzeti yazır ki, metal ticarətçiləri də malı mümkün qədər tez əldə etmək üçün daha yüksək məbləğlər ödəməyə hazırdırlar: “Məsələn, mis və alüminium ehtiyatları tükənməkdədir. Nəticədə, bir ton metalın qiyməti artıq 3,2 min dollara yüksəlib. Bundan əlavə, akkumulyatorların istehsalı üçün litium çatışmazlığı gözlənilir. Litium karbonatın qiyməti dörd dəfədən çox artaraq bir ton üçün 50 min dolları ötüb. Bu metalların bahalaşması enerji daşıyıcılarının bahalaşması ilə bağlıdır, buna görə də Avropa və Çindəki istehsalat zavodları hasilatı azaltmağa başlayıb. Dünyada neft hasilatı da "donub". Səbəblər pis hava şəraiti, yeni mədənlərə və neft yataqlarına investisiya qoyuluşunun olmaması, həmçinin koronavirus səbəbindən təchizat problemləridir. Nəticədə xam neftin qiyməti artıq 95 dollardan yuxarı qalxıb. Lakin ekspertlərin fikrincə, bu son hədd deyil. Bundan əlavə, qazın qiyməti Avropa ilə qaz münaqişəsi və Rusiya ilə Ukrayna arasında gərginlik fonunda bahalaşır”. “Bloomberg” analitikləri isə bildirir ki, neftin qiymətinin çoxillik maksimumları yeniləməsi dünya iqtisadiyyatına müəyyən zərbə vura bilər: “Neftin 100 ABŞ dolları səviyyəsinə qədər bahalaşması qlobal artım perspektivlərini zəiflədəcək, inflyasiyanı isə sürətləndirəcək. Hesablamalara görə, neftin orta qiymətinin 2021-ci ilin sonundakı 70 dollardan bu il 100 dollara yüksəlməsi ABŞ və Avropada inflyasiyanı daha 0,5% artıracaq. "JPMorgan Chase"in analitikləri güman edir ki, neftin qiymətinin rekord səviyyələrə çatması ümumiyyətlə qlobal ÜDM artımını dayandıracaq və dünya iqtisadiyyatına resessiya yaşadacaq”.

Xatırladaq ki, "Goldman Sachs Group" transmilli investisiya bankının proqnozlarına görə, bu il neftin orta qiyməti 100 dollara çatacaq. Digər transmilli investisiya bankı – "Bank of America Corporation"un proqnozuna görə isə, neftin qiyməti artıq bu ilin ortasında 120 dollara çata bilər.

Qeyd edək ki, dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin də qiyməti artıb. Artıq Azərbaycan neftinin 1 barrel üçün qiyməti 99,7 dollar təşkil edir. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 50  dollardan götürülüb. Lakin indiki qiymətlər bundan iki dəfə yüksəkdir. Təbii qaz satışından da Azərbaycan nəzərdə tutduğundan çox gəlir əldə edir. Amma Azərbaycanı maraqlandıran məsələ dünyada baş verən bahalaşmanın ölkəyə təsirinin azaldılmasıdır. Beynəlxalq təşkilatların, dünyanın aparıcı mərkəzi banklarının və Azərbaycan hökumətinin proqnozları ondan ibarətdir ki, ilin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru getməlidir. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, bütövlükdə Azərbaycan hökuməti və Mərkəzi Bankı qarşısında duran başlıca hədəf inflyasiyanın həcminin, səviyyəsinin azaldılmasıdır: "Bildiyiniz kimi, inflyasiya olduqca qlobal bir iqtisadi proses kimi qarşımızda durub. Artıq yanvar ayının nəticələrində də görürük ki, dünyanın aparıcı ölkələrində inflyasiyanın səviyyəsi qalxmaqda davam edir”. E.Rüstəmov qeyd edib ki, bu istiqamətdə Azərbaycan beynəlxalq inflyasiyanın azalmasına çox ümid edir: "Çünki monetar, pul-kredit siyasəti sərtləşməlidir. Onlar antiinflyasiya tədbirlərini gücləndirməlidirlər ki, həm öz ölkələrində inflyasiyanı məhdudlaşdırsınlar, həm də Azərbaycana inflyasiya idxalını azaltsınlar. Digər tərəfdən, inflyasiyanın daxili amilləri də nəzarətdədir. Biz monetar siyasəti addım-addım sərtləşdirməyə doğru gedirik”. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksində artım ötən ilin eyni dövrünə nisbətən 12,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 %, qeyri-ərzaq məhsulları üzrə 5,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1 % təşkil edib. Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7 % artıb.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ