Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Plastik kartlara göndərilən hər 100 manata 1 manat tutulur - nağdsız əməliyyatlar kursuna banklardan təxribat...

Image


Ölkəmizdə nağdsız hesablaşmalar, nağdsız ödənişlərin həyata keçirilməsi geniş təşviq edilir və insanlara çağırışlar edilir ki, daha çox nağdsız əməliyyatlara üstünlük versinlər. Amma məsələ burasındadır ki, nağdsız hesablaşmalar vətəndaş məmnunluğuna səbəb olmur.

Plastik kartlara vəsait göndərərkən banklar dərhal faiz tutur, bu da vətəndaşa qətiyyən sərf etmir. Banklar platik kartlara göndərilən istənilən məbləğdən faiz götürürlər, özü də həmən. Plastik kartlara göndərilən vəsaitdən faiz tutulması isə vətəndaşların ciddi narazılığına səbəb olur. Bəzi vətəndaşlar şikayət edirlər ki, 100 manat pul göndərlirsə, bank dərhal 10 manat faiz tutur. Bəzi vətəndaşlar isə 100 manata 1 manat tutulduğunu deyirlər. Məsələn, bir şikayətçi bizimlə söhbətində bildirdi ki, ona plastik kart vasitəsilə göndərilən 300 manata görə bank 3 manat faiz tutub. Banklar ola bilsin ki, 3 manatı cüzi bir məbləğ sayır, amma elə ailələr var onlar üçün 1 manat da, 3 manat da, lap 20 qəpik də böyük vəsaitdir.

Ölkədə nağdsız ödənişə, hesablaşmaya keçməyi zəruri saydığımız halda pul köçürmə zamani banklar faiz çıxıb camaatın nağdsız ödəməyə marağını öldürürlər. Ekspertlər deyirlər ki, banklar nağdsız ödənişdən faiz tutmaqla əhalidə nağdsız ödənişə marağı söndürürlər. Bunu dövlətin nağdsız ödəmə siyasətinə bankların təxribatı kimi qiymətləndirən ekspertlər hesab edirlər ki, banklar bu soyğunçuluqdan əl çəkməlidir, əks halda bu nağdsız ödənişlərin azalmasına səbəb ola bilər. Bəzi ekspertlərin fikrincə, bankların bu təxribatı nağdsız ödəmədən, hesablaşmadan kütləvi imtinaya səbəb ola bilər.

  • “Nağdsız ödənişləri təbliğ etmək əvəzinə bunlar əksini edirlər”

Altay Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı “Bakı-Xəbər”ə bildirdi ki, banklar əhalini soyurlar: “Bizim banklar aşkar soyğunçuluqla məşğuldurlar. Təsəvvür edin, sən pulunu bu banka qoyursan onu işlədir pul qazanır sonra sən pulunu götürmək istəyəndə səndən 1 faiz (minimum 1 manat) tutur, halbuki bank sənə faiz ödəməlidir. Üstəlik digər bankın bankomatı ilə pul çıxaranda 3 faizlik astromonik faiz tuturlar. Dünyanın heç bir ölkəsində belə şey yoxdur. Nağdsız ödənişləri təbliğ etmək əvəzinə bunlar əksini edirlər. Kredit kartlarda nə istəyir etsinlər, bu bankın puludur. Debet kartlarda bunu hansı əsasla edirlər ki? Bu mənim pulumdur ey bank, sənin deyil. Mən pulumu sənə vermişəm istifadə edib qazanırsan, mən sənə niyə əlavə pul ödəməliyəm buna görə? Sən mənə ödəməlisən. Təkcə bankomatdan yox, kartdan karta köçürəndə də 1 faiz tuturlar. Hər bank yalnız öz kartları arasında köçürmədən faiz tutmur. Hamıda da eyni bankın kartı deyil ki. 40 dənə bank var. Düzdür son vaxtlar bəzi banklar güzəştli debet kartlar təklif edirlər. Bunlarda bankomatdan nağdlaşma və kartdan karta köçürmə zamanı faiz tutulmur, illik qalığa 5-6 faiz ödənilir və s. Lakin maraqlı burasıdır ki, bu şərtlərin hamısı bir kartda olmur. Bir bankda biri ikisi var digərində o biri. Məsələn “ATB”-nin debet kartı bankomatdan nağdlaşmaya komissiya turmur, əvəzində başqa kartlara köçürmədən tutur. “Unibank”ın “Leobank” kartı istənilən karta köçürmədə komissiya tutmur, amma başqa bankomatdan nağdlaşmadan tutur. “Kapitalbank”ın “Birkart”ı onlayn ödənişlərə də bonus verir, xərcləmələrə keşbek verir, amma digər bankomatdan nağdlaşmada və digər bankın kartına köçürmədən faiz tutur. Qısası elə bir bank yoxdur ki, bu şərtlərin hamısı bir arada olsun. Beləcə vətəndaş normal bank xidməti almaq üçün azı 3-4 bank kartı saxlamalıdır ki, uduzmasın”.

E.Bayramlının sözlərinə görə, bu da vətəndaş üçün əlavə əziyyət, başağrısı deməkdir. O, qeyd etdi ki, ona görə də çoxları nağd alış-verişə üstünlük verir. E.Bayramlının bildirdiyinə görə, xüsusən də, 2-3 bank xaric hamısı debet kartını pulla satır. “Halbuki bu kart mənim banka pul qoymağım deməkdir və buna görə hesab kartını mənə niyə pulla verməlisən ki? Beləcə bank sektoru soyğunçuluq əməlləri ilə ölkə iqtisadiyyatına və maliyyə sisteminə ağır zərbə vurmuş olurlar. Mən hələ dünya tarixində görünməmiş astromonik kredit faizlərini demirəm. İlk növbədə Mərkəzi Bank standart tələblər qoymalıdır ki, istənilən bankın bankomatından nağdlaşma və istənilən bankın kartına köçürmə vahid minimum tariflə olmalıdır. Tələb qoymalıdır ki, bank kreditə 25 faiz tutursa onda depozitə də azı 20 faiz ödəməlidir. Ortada 5 faiz bankın gəliri olsun. Yoxsa 25 faizlə kredit verib 10 faizlə əmanət faizi vermək nə deməkdir? Bu aşkar soyğunçuluqdur. Bank sistemində təcili və fundamental islahatlar aparılmalıdır. Dünyanı özümüzə güldürməməliyik” - deyə E.Bayramlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ