çərşənbə günü, 24 iyun 2026
     

Rusiyadan idxal edilən ərzaq taxılı əslində mal yemidir? - Ağstafalı məmurdan şok iddia...

Image


Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucov mətbuata açıqlamasında iddia edib ki, ölkəyə idxal olunan taxılın böyük əksəriyyəti tam yararsızdır: “Bizim Rusiyadan idxal etdiyimiz taxılların əksəriyyətinin kleykovinası 17,18, heç 20-yə çatmır. Ona görə də bu, mal yemi hesab olunur. Yəni, heyvandarlıqda istifadə olunan taxıldır”.

Doğurudanmı, Azərbaycana idxal edilən taxılın əksəriyyəti heyvandarlıqda istifadə olunur? Ölkəyə idxal onunan taxılın keyfiyyətinə, sortuna aidiyyatı dövlət qurumları niyə nəzarət etmir?

  • Vüqar Hüseynov: “Buna biz tərəfdən açıqlama vermək uyğun deyil”

İddia ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovla əlaqə saxladıq. V.Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələyə təmsil etdiyi nazirliyin aidiyyatı yoxdur, yaxşı olardı ki, bu məsələyə taxıl idxalını həyata keçirən şirkətlər və un istehsalçıları  cavab versin. “O məsələnin bizə aidiyyatı yoxdur. Biz məhsul ixrac etmirik, onu vətəndaşlar gətirirlər. Aqrar Komplekslər ki, var onlar bizim nazirliyə tabe olan qurumlar deyillər. İxrac məsələsi də bizim nazirliyə aid deyil. Hansı məhsulu, hansı məqsədlə gətirdiklərini sahibkarlar özləri müəyyənləşdirirlər. İstəsələr ərzaq buğdası gətirirlər, istəsələr heyvan yemi gətirsinlər, qərarı özləri verir. Buna biz tərəfdən açıqlama vermək uyğun deyil. Bu barədə səlahiyyət bizdə deyil” - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri bildirdi.

Bəzi ekspertlər deyirlər ki, sahibkar ölkəyə müxtəlif sortlarda taxıl idxal edir və bazara çıxarır, onlar arasında ərzaq buğdası da var, heyvan yemi sayılan buğda da. Onlar deyir ki, un və çörək istehsalçıları bazardan əsasən ərzaq buğdası almırlar və aşağı sort buğdanı alıb un istehsal edirlər. Səbəb də qiymətlərlə bağlıdır. Bir sözlə, bəzi ekspertlər hesab edir ki, günah ölkəyə taxıl idxal edənlərdə yox, un istehsalçılarındadır.

  • Vahid Məhərrəmov: “Bizim ölkəyə isə 4-cü, 5-ci sinif mal-qara yemi üçün nəzərdə tutulan buğda gətirilir”

Dövlət qurumundan lazımı cavabı ala bilmədiyimiz üçün ekspertə üz tutduq. Tanınmış kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov bizimlə söhbətində bildirdi ki, Rusiyadan ölkəmizə idxal edilən taxılın əksər hissəsinin heyvan yemi olduğunu yeni məsələ deyil, o, özü bu problemi dəfələrlə  gündəmə gətirib. “Mən görün neçə ildir ki, ölkəyə idxal olunan taxılın çox böyük hissəsinin heyvan yemi olduğunu deyirəm. Onlar mənim dediklərimi əsas gətirib deyirlər. Biz hətta o taxılı xarici ölkəyə göndəririk oradan buğdanın keyfiyyəti ilə bağlı məlumat gəlir”.  V.Məhərrəmov qeyd edir ki, həqiqətən də ölkəyə gətirilən buğda əsasən heyvan yemi kimi də nəzərdə tutulan buğdadır, idxal edilən buğdanın çox az hissəsi ərzaq buğdasıdır. “Bu 16-17 faiz yapışqanlığı olan buğdadı. 16-17 faiz yapışqanlığı olan buğdadan un üyütmək olmaz. Ölkəmizə gətirilən buğdanın yalnız keyfiyyəti ziyanlı deyil, həm də həmin buğdadan az un əldə olnur. Təsəvvür edin ki, belə buğdaların 72-75 faiz un çıxışı var. Deməli, ərzaq buğdasının un çıxışı 85-90 faizdi bununku isə 72-75 faizdir. Təsəvvür edin ki, nə qədər azdı. Bizim əhali də 16-17 faiz yapışqanlığı olan həmin buğdanın unundan bişirilən çörəyi daha çox istehlak etməyə məcbur olur. O çörəyin tutumu azdır, doyumluluğu yoxdur, keyfiyyəti çox  aşağıdır”.

V.Məhərrəmli əlavə etdi ki, keçən əsrin 80-ci illərində və 90-cı illərinin əvvəllərində bişirilən çörəklə indi bişirilən çörəyi heç cür müqayisə etmək mümkün deyil. Gürcüstan təcrübəsinə istinad edən V.Məhərrəmovun sözlərinə görə, Saakaşvli halimiyyəti dövründə 4-cü, 5-ci sinif buğdanın ölkəsinə idxalına qadağa qoyub və bu ölkədə indi də həmin qadağa mövcuddur.

Azərbaycana əsasən neçənci siniz buğda gətirilir? Sualına V.Məhərrəmovun cavabı belə oldu: “Bizim ölkəyə isə 4-cü, 5-ci sinif mal-qara yemi üçün nəzərdə tutulan buğda gətirilir. Ərzaq buğdasına gəlincə, bu ola bilsin ki, çox az həcmdə gəlir. Ondan da özünü “elita” hesab edən yüksək vəzifəli məmurlar üçün çörək bişirilir və onların evlərinə göndərilir. Siz bir çörəyin ətrinə fikir verin, çörəkdən heç bir ətir gəlmir...” - deyə V.Məhərrəmov qeyd etdi.

Hesab edirik ki, aidiyyatı qurumlar, taxıl idxalçıları, un və çörək istehsalçısı olan şirkətlər, sahibkarlar bu ciddi problemə öz münasibətini bildirəcəklər.
İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

SON XƏBƏRLƏR

23.06.2026 / 23:38
Xameneyinin gizli məktubları açıldı, canlı yayım kəsildi, yüksək vəzifəli məmur istefa verdi - İranda XƏYANƏT QALMAQALI…

23.06.2026 / 23:10
Rusiya dizelin ixracına tam qadağa qoymağa hazırlaşır...

23.06.2026 / 22:57
İrəvanın rəqəmsal industriyası Azərbaycandan asılı vəziyyətə düşür...

23.06.2026 / 22:23
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçildi

23.06.2026 / 22:16
Kerç boğazının hər iki sahili bombalanır - Zelenskinin hərbi-taktiki planı...

23.06.2026 / 21:54
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb

23.06.2026 / 21:49
Təhsil nazirinin planı mübahisəli sayılır - regionlarda tələbə sayını bu yolla artırmaq çətin olacaq...

23.06.2026 / 21:34
Türkiyədə sursat anbarında partlayış - Ölənlər var…

23.06.2026 / 21:12
Kılıçdaroğlu “Dəmirtaşı ziyarət edəcəyəm" dedi - “Hansı üzlə?..” cavabını aldı

23.06.2026 / 20:35
Ukrayna və Polşa prezidentlərinin şəxsi intriqası dərinləşir - Zelenski Polşaya getmədi...

23.06.2026 / 20:34
İlham Əliyevlə Berdiməhəmmədov “3-cü ölkələrlə bağlı” maraqlı qərar verdilər...

23.06.2026 / 20:10
Bakının fəallaşan dəstəyi Aşqabadı Transxəzər qaz kəmərinin çəkilişinə həvəsləndirə bilər...

23.06.2026 / 19:48
“Bir pəncərə” prinsipi: QHT-lərin maliyyələşdirilməsində yeni mərhələ

23.06.2026 / 19:44
Harutyunyan, Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib

23.06.2026 / 19:36
Türk dünyasına açılan üfüq yolu - Əhliman ƏMİRASLANOV yazır...

23.06.2026 / 19:23
Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

23.06.2026 / 18:53
Klıcdaroğlunun 250 min dollar paket iddiası tam yalan çıxdı...

23.06.2026 / 17:39
Tramp avqustun 21-dək İran nefti üzərindən embarqonu götürdü...

23.06.2026 / 17:27
Prezident Dövlət qulluqçularını təltif etdi

23.06.2026 / 17:25
İran-Rusiya-Çin üçlüyü Kollektiv Təhlükəsizlik Sazişinə doğru gedir...

23.06.2026 / 17:15
Prezidentin Şuşada inşa edilmiş birinci yaşayış kompleksində uşaqlarla görüşünə dair paylaşım edilib - VİDEO

23.06.2026 / 17:10
Zelenski Lukaşenkoya 2 şərt, bir həftə vaxt verdi...

23.06.2026 / 16:58
Xamneyi Pezeşkianı "vurmağa" hazırlaşır - xalqa müraciətdə müəmmalı fikir...

23.06.2026 / 16:54
Ekspertlər Əmrullayevdən fərqli düşünür - " tam ləğv etmək olar"...

23.06.2026 / 16:33
ABŞ İranla "Yüksək Səviyyəli Komitə" haqda razılaşma əldə etdi...

23.06.2026 / 16:29
Ermənistanda müxalifəti təmsil edən bütün deputatların mandatı ləğv edilir...

23.06.2026 / 16:20
Konstitusiya məhkəməsində Paşinyanın qələbəsinin legitimlik araşdırması başladı - 2 hakim vuruldu...

23.06.2026 / 16:07
Abituriyentlərin apellyasiya müraciətləri ödənişli ola bilər...

23.06.2026 / 15:54
İran iqtisadiyyatı müharibə rejimindən çıxarılır - İsrail yenə hər şeyi məhv etməsə yaxşıdır...

23.06.2026 / 15:42
AzərTelekom Avropa-Asiya "rəqəmsal İpək Yoluna" Ermənistanı da bağladı - narahatlıqlar var...

23.06.2026 / 15:36
Moskva İrəvandan məyus oldu - seçkidən əvvəl gözlədiklərinin əksini görür...

23.06.2026 / 15:15
Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı - FOTO

23.06.2026 / 15:14
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər - FOTO

23.06.2026 / 15:06
İlham Əliyev Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTO

23.06.2026 / 14:57
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

23.06.2026 / 14:31
MDU-nun rektoru Anar Eminov “Clarivate” vebinarında tədqiqatda keyfiyyət və beynəlxalq elmi görünürlük barədə danışıb: "Keyfiyyətli tədqiqat universitetin sərhədlərini aşan ən güclü akademik imzasıdır"

23.06.2026 / 14:29
Vüqar Rəhimzadə: Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır

23.06.2026 / 14:16
Ukraynada məşhur türk seriallarına “müharibə açdılar”...

23.06.2026 / 13:56
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - FOTO

23.06.2026 / 13:50
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:48
ABŞ-dan "Livan yanmalıdır" deyən israilli nazirə sərt reaksiya - "bir qəpik də ABŞ dəstəyinə layiq deyillər" …`

23.06.2026 / 13:26
Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

23.06.2026 / 13:19
Azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalması ABŞ-da müzakirəyə çıxarılır...

23.06.2026 / 13:01
Prezident İlham Əliyev və Berdiməhəmmədov Şuşa inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

23.06.2026 / 12:50
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 408 ton gübrə göndərdi....

23.06.2026 / 12:42
Hikmət Hacıyev prezidentlərin Şuşa gəzintisindən GÖRÜNTÜLƏR paylaşdı

23.06.2026 / 12:29
Masallıda əməliyyat - keçmiş məhkum 7 kq narkotiklə saxlandı

23.06.2026 / 12:21
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

23.06.2026 / 12:15
İran Hörmüzlə bağlı qəti qərarını verdi – artıq əvvəlki kimi olmayacaq…

23.06.2026 / 11:52
Putin və Lukaşenko Zelenskinin təhdidinə birgə cavab verməyə hazırlaşır…

23.06.2026 / 11:36
"Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir" - :

23.06.2026 / 11:25
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

23.06.2026 / 11:20
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTO

23.06.2026 / 11:14
Qumar oyunlarının keçirilməsinə görə sanksiyalar sərtləşdirilir...

23.06.2026 / 11:07
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb

23.06.2026 / 11:01
Narkotikin təsir altında avtomobil idarə edən Mingəçevir sakini saxlandı

23.06.2026 / 10:48
Türkmənistan Prezidenti Berdiməhəmmədov Füzulidə... - FOTO

23.06.2026 / 10:32
Trampın İrana 300 milyardlıq ödəniş planının PƏRDƏARXASI DETALLARI ortaya çıxdı - Səudiyyə və BƏƏ üsyan etdi...

23.06.2026 / 10:09
Azərbaycan nefti 80 dollara düşdü...

23.06.2026 / 09:57
Endi Börnhem növbəti Britaniya Baş naziri?

23.06.2026 / 09:55
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə

23.06.2026 / 09:23
Fransa İraqı məğlub edib 1/16 finala yüksəldi...

23.06.2026 / 09:10
İsveçrədə İran-ABŞ danışıqlarının detalları açılır...

23.06.2026 / 06:17
Bu 4 adam savcı Zəkəriya Öz kimi sifariş icra edəndir.... Mansur Yavaş ifşa edir...

22.06.2026 / 22:58
Kremldən Starmerin istefasına maraqlı reaksiya - bunu birlikdə bacardıq… növbə Almaniyaya kanslerinindir…

22.06.2026 / 22:43
21 il Sovet "KQB" sinin, 5 il Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı - 12 il müstəqil Azərbaycanın səfiri...(????)

22.06.2026 / 22:32
Avropanın Ukrayna üzrə yeni “E-5 məsləhət” formatı başlayır...

22.06.2026 / 21:53
Türkiyə millisi niyə bu günə qaldı - ilk 64 saniyədə qol buraxdı, heç bir qol vurmadan yarışı tərk etdi...

22.06.2026 / 21:37
44 günlük müharibənin niyə məhz 27 sentyabrda başladılmasının səbəbini hamı dəqiq bilsin...

22.06.2026 / 21:26
Tələbə sayı azaldılır: Problemə həll, yoxsa yeni suallar? - Vüsalə AĞABƏYLİ yazır...

22.06.2026 / 20:53
Əliyev bütün dövlətin strategiyasını açdı - “...balansı mütləq dəyişdirməliyik”...

22.06.2026 / 20:42
Ukrayna Moskvada strateji kosmik rabitə mərkəzini vurdu…

22.06.2026 / 20:33
Şagirdlərin monitorinq imtahanında sual kitabçaları niyə yığılır? - Nazir səbəbini açıqladı...

22.06.2026 / 20:10
"Repititorluğu ləğv etmək mümkün deyil" - Nazir

22.06.2026 / 19:55
Ağdamda insan skeletinə bənzər qalıqlar aşkarlandı

22.06.2026 / 19:41
Tramp SEPAH-ı İranda 1 saylı güc halına gətirdi...

22.06.2026 / 19:39
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

22.06.2026 / 19:33
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı...

22.06.2026 / 19:27
Özəlin quracağı yeni partiyanın adı bəlli oldu - Yürüyüş…

22.06.2026 / 19:26
"Ermənistanda parlament seçkilərinin nəticələrini Azərbaycan müəyyən edib"- İddia…

22.06.2026 / 19:09
Rusiya ilə Ermənistanın arasında ən qorxulu ssenari - tarix təkrarlana bilər...

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ