Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Dünyada yeni enerji mənbələri; Yeni enerji mənbələrinin ölkəmizdə tətbiqi vəziyyəti və perspektivləri

Image


Ənənəvi və hazırda da enerji portfelinin əsas hissəsini təşkil edən mənbələrin tədricən tükənməsi, həmçinin, onlardan istifadə olunması zamanı ətraf mühitə vurulan zərərlərin yüksək olması bu enerji mənbələrinin daha təhlükəsiz, ətraf mühitə qarşı zərərsiz olan və tükənməyən alternativ və bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini zəruri edir.

Qlobal istiləşmənin yaratdığı fəsadların artması, iqlim dəyişikliyi, hava və suyun çirklənməsi kimi həyacan doğuran hadisələr təbiətdən zərərli və qeyri-rasional istifadənin yaratdığı problemlərin ölkədaxili deyil, beynəlxalq miqyas aldığını göstərir. Bu cəhətdən dünya ölkələrinin qarşısında bərpa olunan və təbiəti çirkləndirməyən alternative enerji mənbələrinə keçidin sürətləndirilməsi vacib məsələ kimi durur.

Beynəlxalq Enerji Agentliyinin (İEA) və digər əlaqədar beynəlxalq qurumların təsnifatına əsasən alternativ və bərpa olunan enerji mənbələri beş qrupa bölünür:

1.  Külək enerjisi;

2.  Günəş enerjisi;

3.  Bioenerji;

4.  Geotermal enerji;

5.  Hidro enerji (okean və dənizlərdə qabarma daxil olmaqla).

Faydalı qazıntılara və nüvə enerjisinə əsaslanan ənənəvi enerji sistemi ilkin, alternativ və bərpa olunan enerji mənbələrinə əsaslanan qeyri-ənənəvi enerji sistemi isə yeni və müasir strateji sistem hesab olunur. Mütəxəssislərin fikrincə alternativ və bərpa olunan enerji mənbələrini ənənəvi enerji mənbələrindən aşağıdakı fərqləndirən xüsusiyyətləri var:

1. Alternativ və bərpa olunan enerji mənbələri təbii və yerli enerji mənbələridir.

2. Alternativ və bərpa olunan enerji mənbələri adından da göründüyü kimi bərpa olunandır və tükənməzdir. Ənənəvi enerji mənbələri isə məhdud miqdardadır və tükənəndir.

3. Alternativ və bərpa olunan enerji mənbələri ekoloji cəhətdən səmərəlidir və atmosferin karbon qazı kimi zərərli tullantılarla çirkləndirmir. Yeni enerji mənbələrindən istifadə genişləndikcə gələcəkdə ənənəvi enerji mənbələrinə olan tələbat azalacaq ki, bu da atmosferin çirklənmə səviyyəsini böyük miqdarda azaldacaq.

Alternativ və bərpa olunan enerji təbiətdə mövcud olan, istifadə olunmaqla tükənməyən, mühüm və strateji əhəmiyyətə malik enerji mənbəyidir. Bir çox mühüm üstünlüklərə malik alternativ və bərpa olunan enerji mənbələrindən istifadə hazırda dünya ölkələrinin fasiləsiz enerji təminatı baxımından böyük önəm kəsb edir. Xüsusi ilə karbohidrogen ehtiyatı ilə zəngin olmayan dövlətlər dünya bazarlarında yanacaq məhsullarının qiymətində baş verən bahalaşmanın yaratdığı risklərdən xilas olaraq enerji təminatını təhlükəsiz qaydada həyata keçirə bilərlər.

Avropa İttifaqı Komissiyası 2030-cu ilə qədər karbon emissiyalarını ən az 55 faiz azaltmağı, 2050-ci ilədək sıfıra endirməyi hədəfləyir. 2030-cu ilədək Aİ ölkələrində bərpaolunan enerji payının ümumi elektrik istehsalında 40 faizə çatdırılması planlaşdırılır.

Dünya Enerji Şurasının məlumatlarına görə, bərpa olunan enerjinin ilkin enerji təminatındakı payı 1993-cü ildə 12%, 2011-ci ildə isə 13% olub. İqlim və Enerji Həlləri üçün Mərkəzin hesablamalarına görə bərpa olunan enerjinin enerji təminatındakı payı 2017-ci ildə 17,1 % olub. 2020-ci ilin birinci rübündə isə bu rəqəm 28%-ə yüksəlib.

Prezident İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamında aydın qeyd olunur ki, ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Bu istiqamətdə müsbət təcrübə mövcuddur və bir sıra ölkələrdə günəş, külək və digər təmiz və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə genişlənir.

Sərəncamda bildirilir ki, Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Sərəncamla dünya təcrübəsindən geniş istifadə etməklə ölkədə mövcud olan alternativ və bərpa olunan enerji mənbələri hesabına yeni enerji güclərinin yaradılmasını təmin etmək məqsədilə  "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq edilib.

Xəzər hövzəsinin dünyanın neft və qazla zəngin regionu olmasına və Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olmasına baxmayaraq dövlətimiz yeni – alternativ, bərpa olunan enerji mənbələrinin qurulması və inkişafını prioritet sayır.  Ölkənin mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Energetika Nazirliyinin məlumatlarına əsasən 2013-2019-cu illərdə külək və günəş elektrik stansiyaları Azərbaycanda 408 mln. kVt-saat elektrik enerji istehsal edilib. Əgər  2013-cü ildə bu stansiyalar cəmi 1,6 mln. kVt-saat elektrik enerjisi istehsal etmişdirsə, 2019-cu ildə bu göstərici 149 mln. kVt-saat təşkil edib, bu da son 7 ildə 93 dəfə artım deməkdir. Ölkənin bioelektrik stansiyaları 1,19 mlrd. kVt-saat elektrik enerjisi istehsal edib və 2013-2019-ci illəri əhatə edən dövrdə enerji istehsalı 46,3% artıb.

Bəli, alternativ enerji mənbələrindən istehsal hələ ki, bir o qədər də yüksək deyil. Buna baxmayaraq, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

  Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür. Bu ərazilərin ümumi günəş enerjisi potensialı 3000-4000 meqavatdır. İşğaldan azad olunmuş ərazilərimizdə külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Hazırda potensialın daha dəqiq hesablanması üçün müasir ölçə vasitələrindən istifadə edilməkdədir.

Alternativ enerji mənbələrinin effektiv realizəsi proqramı həyata keçiriləcəyi halda Qarabağı regionunu bərpa olunan enerji mənbələrinin mərkəzinə çevirmək mümkündür. Bunun üçün böyük potensial var. Ekspertlərin hesablamaları göstərir ki, Azərbaycan bərpa olunan enerji mənbələri hesabına özünü enerji ehtiyaclarını ödəyərək qonşu ölkələrə digər mənbələr hesabına əldə etdiyi elektrik enerjisi satışının həcmini önəmli ölçüdə artıra bilər.

Hazırda yaşayış məntəqələrinin enerji ehtiyaclarının alternativ və bərpaolunan enerji mənbələri hesabına qarşılanması məsələsi inkişaf etmiş və inkişaf etməkdə olan müxtəlif ölkələrin yerli özünüidarəetmə orqanları üçün də prioritet təşkil edir.

Qardaş Türkiyənin İstanbuldan sonra ikinci ən böyük sənaye istehsalına malik olan Bursa şəhər bələdiyyəsinin (Bursa Böyükşəhər bələdiyyəsi) də bu sahədəki layihələri maraqlı və diqqətiçəkəndir. Belə ki, Bursa Böyükşəhər bələdiyyəsi 30 metro stansiyasının dam örtüyünə illik istehsal gücü təqribən 2 Mv olan günəş batareyaları quraşdırmaqdadır. Bu layihə həyata keçirildikdən sonar əhalisinin sayına görə Türkiyənin dördünücü böyük şəhərinin metrosunun elektrik təminatı alternativ enerji mənbəyi hesabına qarşılanacaq. Eyni zamanda Bursa Böyükşəhər bələdiyyəsi 2012-ci ildən etibarən İnəgöl ilçəsində qurduğu tullantılardan elektrik enerjisi istehsal edən, gücü 2,4 Mv olan stansiya vasitəsi ilə də alternative enerji mənbələrini gücləndirməyə çalışır. İnəgöldəki stansiyanın gücünün qarşıdakı dövrdə 7,4 Mv-a çatdırılması nəzərdə tutulur.

Əhalisinin sayına görə Azərbaycanın 4-cü böyük şəhəri olan Xırdalanın da təbii resursları günəş, külək və tullantıların emalı vasitəsi ilə bərpa olunan enerji qaynaqları yaradaraq küçə, park və meydanların işıqlandırılmasını təşkil etməyə imkan verir. Xırdalan bələdiyyəsi bu istiqamətdə beynəlxalq təcrübəni öyrənməkdə və müvafiq donorlarla işləməkdədir.

Orxan Musayev
Xırdalan bələdiyyəsinin sədri



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ